Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-144/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı iş üzrə (Açar sözlər: borclunun əmlakı üzərinə həbs qoyulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin təqdimatı əsasında çıxarılmış Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 manat və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu tərəfindən 15000 manat ödəniş olunmuş, qalıq borcu 15030 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
3. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(074)-61/2025 saylı qərarının surətindən görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.
4. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1068/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 1068/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, Tələbkar Borclu və X2 qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi" tələbinə dair ilkin iddiası qismən təmin edilməli, Borclu 30.000 (otuz min) manat pul məbləğinin tutularaq Tələbkar ödənilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Tələbkar aid edilməli, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməli, Borclu Tələbkar qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu cavabdeh Borclu özünə aid edilməlidir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Borclu mülkiyyətində Şamaxı rayonu, İkinci Çaylı kəndində yerləşən 0,3746 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Borclu mülkiyyətində Şamaxı rayonu, İkinci Çaylı kəndində yerləşən 0,6809 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
Birinci instansiya məhkəməsində icraat
8. Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) təqdimatın qismən təmin edilməsi, Borclu adına Şamaxı rayonu, İkinci Çaylı kəndində yerləşən 0,6809 ha və 0,3746 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 1,0 hektarı istisna olmaqla, 0,0555 hektar torpaq sahəsi üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Həmin qərardaddan Tələbkar şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edib icra məmurunun qanuni təqdimatının təmin olunması barədə qərardad çıxarmağı, əks təqdirdə təqdimat və mülki işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şamaxı Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri
11. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuzdur və düzgün çıxarılmamışdır. Təqdimat tam təmin edilməməklə hüquqları ciddi şəkildə pozulmuşdur. Borclu əsas məşğuliyyəti kənd təssərüfatı deyildir. O, torpaq kənd təssərüfatı təyinatlı olsa da, heç əkilib becərilmir və oradan istifadə edilmir. Bununla bağlı Bələdiyyədən rəsmi arayış alıb təqdim edəcək. Onun başqa əsas məşğuliyyəti var, işləyir və maddi ehtiyaclarını oradan təmin edir. Bu halları məhkəmə araşıdırmadan səthi qərardad qəbul etmişdir. Məhkəmə Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əkilib becərilib ya becərilmədiyini dəqiqləşdirmədən, borclunun və onun ailəsinin əsas məşğuliyyətinin kənd təssərüfatı olubolmamasını aydınlaşdırmdan qərardad qəbul etməklə hesab edir ki, məsələyə düzgün qiymət verməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 manat və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu tərəfindən 15000 manat ödəniş olunmuş, qalıq borcu 15030 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Borclu özü Şamaxı rayon İcra və Probasiya Şöbəsinə rəsmi ərizə verərək bildirmişdir ki, torpaq sahəsinin üzərinə həbs qoyulmasına razıdır. Borclu özü həbs qoyulmasına razı olduğu təqdirdə və onun icra sənədinin icrası üsulu kimi torpağının üzərinə həbsin qoyulması vacib ola-ola, məhkəmə işi düzgün araşdırmadan, sübuta istinad etmədən təqdimatı qismən təmin etməklə hüquqlarını pozmuşdur. Şamaxı Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə istinad edir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin bəndin məğzi əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Halbuki, Borclu əsas məşğuliyyəti kənd təssərüfatı deyildir. O, torpaq kənd təssərüfatı təyinatlı olsa da, heç əkilib becərilmir və oradan istifadə edilmir.
Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
14. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 49.2. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
16. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)- 92/2025 nömrəli qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
18. İş materialları ilə müəyyən olunur ki, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Borclu adına Şamaxı rayonu, İkinci Çaylı kəndində yerləşən 0,6809 ha və 0,3746 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 1,0 hektarı istisna olmaqla, 0,0555 hektar torpaq sahəsi üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
20. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz.
21. Həmin qərardaddan Tələbkar şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edib icra məmurunun qanuni təqdimatının təmin olunması barədə qərardad çıxarmağı, əks təqdirdə təqdimat və mülki işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
22. Apellyatorun şikayətinin əsas dəlili Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əkilib becərilib ya becərilmədiyini dəqiqləşdirilməməsi, borclunun və onun ailəsinin əsas məşğuliyyətinin kənd təssərüfatı olub-olmamasının aydınlaşdırılmaması ilə bağlıdır.
23. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarında irəli sürülmüş mövqe əsas məşğuliyyəti kənd təssərüfatı olan və əkilib becərilən torpaqlara aiddir. Məhkəmə Borclu məxsus olan Şamaxı rayonu, İkinci Çaylı kəndində ümumilikdə 1.0555 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin əkilib becərilib ya becərilmədiyini dəqiqləşdirmədən, borclunun və onun ailəsinin əsas məşğuliyyətinin kənd təssərüfatı olub-olmamasını aydınlaşdırmdan mübahisələndirilən qərardadı qəbul etməklə məsələyə düzgün qiymət verməmişdir.
24. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq təqdimat yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
25. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 8(074)-92/2025 nömrəli qərardadı ləğv olunsun. Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin təqdimatı yenidən müzakirə edilməsi üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.