Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-145/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(060)-326/2020 saylı qərardadından tələbkar «xxxxxxxxxx» ASC-nin verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(060)-326/2020 saylı qərardadı ilə (hakim A.İ.İbrahimov) Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli, 2(060)-3422/2016 saylı icra sənədi üzrə Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar «xxxxxxxxxx» ASC şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(060)-326/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-326/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(060)-3422/2016 saylı icra sənədinə əsasən borclular X3, Borclu2, Borclu3 və X1 ümumilikdə 10189,84 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar “xxxxxxxxxx” ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə İcra İdarəsinə daxil olmuş “İcraata başlamaq haqqında” qərar qəbul edilərək icra hərəkətlərinə başlanmış və borclulara tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Lakin boclu Borclu2 icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etmədiyindən məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclu2 ölkədən getmək ehtimalı olduğundan onun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Ona görə də, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə Borclu2 ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Bələbkar «xxxxxxxxxx» ASC şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi əsas boclu X2 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi üzrə müəyyən edilmiş 9816,98 ABŞ dolları borcu üzrə heç bir ödəniş edilmədiyi və borclunun respublikanın hüdudlarından kənara çıxması ehtimalını nəzərə almamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, İcra məmurunun məcburi icra tədbirlərinin tətbiqi barədə təqdimatının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatını təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməsi nəzərdə tutulsa da, Borclu2 icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərənin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3422/2016 saylı icra sənədinə əsasən borclular X3, Borclu2, Borclu3 və X1 ümumilikdə 10189,84 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar “xxxxxxxxxx” ASC-yə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2016-ci il tarixli «İcraata başlamaq haqqında qərar»ına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3422/2016 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu2 tələbin könüllü icra icra edilməsi barədə xx xxxxxx 2016-cı il tarixdə və xx xxxx 2020-ci il tarixlərdə xəbərdalıq bildirişi göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verimiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə hər hansı məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının, pensiyasının, təqaüdünün və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirlərinin görülməsi və müvafiq qurumlara sorğuların göndərilməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Baxmayaraq ki, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalıdır. Əgər tərəflər (borclu və borcun qaytarılmalı olduğu şəxs) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edirsə, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldilirsə və bir sıra digər hallarda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın şikayətini təmin etmədikdə haqlı olmuşdur. Belə ki, icra məmuru borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamalı olduğu halda, bunu etməmiş, sonuncu və mühüm icra tədbiri olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst surətdə ölkəyə gedibgəlmək hüququ konstitusion hüququ olmaqla dövlət tərəfindən qorunan hüquqdur və bu hüququn məhdudlaşdırılması müstəsna hal olmaqla, yalnız buna ciddi hüquqi əsaslar olduqda təmin oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Borclu2 ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur və şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Tələbkar «xxxxxxxxxx» ASC-nin verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(060)-326/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(105)-145/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-145/2020
02.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver