Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-146/2023 22.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında borclu Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının məcburi gətirilməsi barədə iş üzrə (Açar sözlər: məcburi gətirilmə) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X14 Məmmədov və X6 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Borclu Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına əsasən çıxarılmış Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2063/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar övladı - xx.xx.2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 15:00dən 18:00-dək anası Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının (cavabdehin) iştirakı ilə ünsiyyətdə olma vaxtı müəyyən edilməlidir.
2. 15.08.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, borclu X2 icra sənədinin icra olunması barədə məlumat verilmişdir.
3. 22.09.2023-cü il tarixdə borclu Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 saylı qərardadına əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilməmişdir.
5. Tələbkar Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023- cü il tarixli 8(012)- 523/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin mart ayında məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək birgə nikahdan olan yetkinlik yaşına çatmayan 21 aprel 2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 13:00-dan saat 21:00-dək, bayram günləri, uşağın doğum günündə həmin gün saat 11:00-dan saat 18:00- dək, ad günü olan hər ilin 12 martında isə saat 12:00-dan saat 23:00-dək onun ünsiyyət hüququnun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16(012)- 72/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə baxılıb qəbul ediləcək qətnamə qanuni qüvvəyə minənədək iddiaçı Tələbkar cavabdeh X3 ilə nikahından doğulmuş övladı xx.xx.2022-ci təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 13:00-dan saat 16:00-dək olan müddətdə cavabdeh X3 tərəfindən ünsiyyətdə olmağına maneçiliyin aradan qaldırılması qərara alınmışdır. Qətnamədən şikayət verilmiş olsa belə, bu müvəqqəti təminat tədbiri barədə qərardadın icra olunması davam etdirilməlidir. Ona görə də şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur.
7. Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 16(012)-72/2023 nömrəli qərardadına əsasən Tələbkar xx.xx.2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 13:00-dən 16:00-dək Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızı tərəfindən ünsiyyətdə olmasına maneənin aradan qaldırılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadına (hakim Habil Əhmədov) əsasən, Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 8(012)- 523/2023 saylı qərardadından tələbkar X12 tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 8(012)-523/2023 saylı qərardadı ləğv edilmiş, təqdimat təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1994-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.
9. Borclu Ağayeva (Məhərrəmova) X9 Rayon Məhkəməsinin 17 oktyabr 2023cü il tarixli, 8(012)-523/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir.
10. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadına (hakim Habil Əhmədov) əsasən, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 saylı qərardadından borclu Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızı tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
11. Borclu X3 şikayəti onunla əsaslandırmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadı ilə razı deyil, onu əsassız sayır. Hesab edir ki, həmin qərardad ləğv edilməli və icra məmurunun təqdimatı təmin olunmamalıdır. İcra məmuru Vadim Əliyevin onun barəsində məcburi gətirilmə haqqında təqdimatı qanuni əsas olmadan verilmiş və təmin olunmuşdur. Belə ki, o, icra məmurunun qanuni tələblərini hər zaman yerinə yetirmiş, çağrışlarına isə vaxtında getmişdir. Habelə heç zaman onun çağırışlarından yayınmamışdır. Əslində isə icra məmurunun məhkəməyə təqdimat verməsinin kökündə oğlu Turanın tələbkardan qorxması səbəbindən onunla ünsiyyətinin baş tutmaması dayanır. Çünki, 27 may 2023-ci il tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində Tələbkar onun iştirakı ilə oğlu Məhərrəmli Turan ilə ünsiyyətdə olarkən, onunla mübahisə edərək Turanın sağ bud nahiyyəsindən təpiklə vurub onun başının divara dəyməsi nəticəsində sağlamlığına qapalı kəllə beyin travması şəklində qəsdən yüngül zərər vurulmasına səbəb olmuşdur. Həmin vaxtdan oğlu Turan tələbkarı görəndə ondan qorxub ağlayır və ümumiyyətlə ona yaxın getmir. İcra məmuru isə bu halı Tələbkarla oğlu Məhərrəmli Turanın ünsiyyətinə yaradılmış maneə kimi qiymətləndirərək, barəsində məcburi gətirilmə haqqında məhkəməyə təqdimat vermişdir. Abşeron Rayon Məhkəməsi isə tələbkarın əsassız şikayəti ilə bağlı özünün xx.xx.2023-cü İl tarixli, 8(012)-523/2023 nömrəli qərardadını ləğv edib təqdimatı təmin etməklə Turanın mənafeyınə zidd qərardad qəbul etmişdir. Eyni zamanda məhkəmə tələbkarın əsassız şikayətini təmin edərkən, Turanın sağlamlığına qəsdən yüngül zərər vurulması ilə bağlı tələbkarın barəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsində cinayət işinin baxıldığını, həmçinin tərəfindən Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2063/2023 nömrəli qətnaməsindən şikayət verməyi ilə bağlı icra məmurunun İcra haqqında Qanunun 17.1.7-ci maddəsinin tələbinə əsasən icra sənədi üzrə icraatı dayandırmalı olduğu halda, dayandırmamasını nəzərə almamışdır. Məhkəmə mübahisələndirilən qərardadı qəbul edərkən maddi hüquq normalarının tələbləri ilə yanaşı prosessual hüquq normalarını da pozmuşdur. Belə ki, xx.xx.2022-ci il təvəllüdlü oğlu Turanla ünsiyyət zamanı onun sağlamlığına qəsdən yüngül zərər vurması, habelə icra məmurunun çağırışlarından yayanmaması ilə bağlı məhkəməyə təqdim etdiyi məlumatları məhkəmə araşdıraşdırmamış, ümumiyyətlə bu hala qiymət verməmişdir. Halbuki, istinad edilən prosseual hüquq normalarına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla belə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadının ləğv edilməsi, Tələbkar şikayəti və Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin barəsində məcburi gətirilmə haqqında təqdimatının təmin olunmamasını xahiş etmişdir. Şikayətə qarşı etirazın dəlilləri
12. Tələbkar tərəfindən xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızına qarşı uşaqla ünsiyyət hüququ verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunaraq, cavabdeh Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının yanında saxlanılan birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 13:00-dan saat 21:00-dək, bayram günləri, uşağın doğum günündə həmin gün saat 11:00-dan saat 18:00-dək, ad günü olan hər ilin 12 martında isə saat 12:00-dan saat 23:00-dək onun ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh ilə aralarında olan nikah ləğv edilmişdir. Cavabdeh onun uşaqla ünsiyyətdə olmağına maneçilik yaradır. O, aralarındakı nikah ləğv ediləndən sonra 1 ay müddətinə müvəqqəti təminat tədbiri barədə qərar qəbul olunanadək uşağı ümumiyyətlə görməmişdir. Uşaqla ünsiyyət tələbinə dair mediasiya təşkilatına müraciət etsə də, nəticəsi olmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2063/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, övladı xx.xx.2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 15:00-dən 18:00-dək anası Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının (cavabdehin) iştirakı ilə ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. Qeyd etmək istərdi ki, ünsiyyətin müddəti az olmasına, həmçinin qanunvericiliyin tələbinə zidd olaraq ünsiyyətin cavabdehin iştirakı ilə müəyyən olunasına baxmayaraq o, uşaq az yaşlı olduğu üçün qətnamədən apellyasiya şikayəti verməmişdir. O, bir valideyn kimi daimi uşağına maddi və mənəvi dəstək olmağa çalışır. Cavabdeh isə əksinə uşağın onun yanında qalmasından sui istifadə edərək uşağı ilə ünsiyyətdə olmağına maneçilik törədir. Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən edilir ki, komissiya üzvləri tərəflərin fikirlərini dinlədikdən sonra azyaşlı xx.xx.2022-ci il təvəllüdlü X8 onunla hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilir. Odur ki yuxarıda qeyd olunanlara əsasən, Abşeron Rayon Məhkəməsinin 8(012)-523/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan onun rədd olunmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
15. Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadından verdiyi şikayət üzrə izahat daxil olmuşdur.
16. İzahat şikayətin dəlillərinə uyğun əsaslandırılmış və sonda Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadının ləğv edilib, Tələbkar şikayətinin və Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin barəsində məcburi gətirilmə haqqında təqdimatının təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 84.2. İcra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
19. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)- 523/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin müəyyən edilmin hallarından göründüyü kimi tərəflər arasında birgə nikahdan doğulmuş uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, yekun məhkəmə aktın qəbul edilib qanuni qüvvəyə minənədək atanın üşaqla ünsiyyətinin təmin edilməsi məqsədi ilə müvəqqəti təminat tədbiri görülmüş, Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 16(012)-72/2023 nömrəli qərardadına əsasən Tələbkar xx.xx.2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 13:00-dən 16:00-dək Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızı tərəfindən ünsiyyətdə olmasına maneə aradan qaldırılsın qərara alınmış, 14 avqust 2023-cü il tarxdə yekun məhkəmə aktı qəbul edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2063/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək xx.xx.2022-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 15:00-dən 18:00-dək anası Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının (cavabdehin) iştirakı ilə ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. İcra məmuru məhkəmə aktının icrasını təmin etmək məqsədi ilə çağrışlara üzrsüz səbəbdən gəlməməsi əsası ilə borclunun məcburi qaydada icra yerinə gətirilməsi barədə qərar qəbul edilməsi üçün təqdimatla məhkəməyə müraciət etmişdir.
22. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı ilə təqdimat təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2063/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən icra sənədinin könüllü qaydada 10 gün müddətində icra edilməsinə dair qərar qəbul olunmuş və borcluya icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Borclu icra məmurunun çağırışına gəlməkdən yayınmışdır. İcra haqqında qanunvericiliyin birbaşa tələbindən də göründüyü kimi, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir.
25. Kollegiya şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq qeyd edir ki, iddiaçının barəsində cinayət təqibinin aparılması, hazırkı halda uşağın iddiaçı ilə ünsiyyətinin məqsədə müvafiq və uşağın mənafeyinə uyğun olmaması ilə bağlı dəlillər borclunun məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun çağrışlarından yayınmasına əsas olan üzürlü səbəb kimi qəbul edilə bilməz.
26. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Reaspublikası Ali Məhkəməsinin Plenumu 28 oktyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir və bu hüquq qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılmamalıdır”. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.
27. Kollegiya icra sənədinin verilməsinə əsas olan məhkəmə qərarından apellyasiya şikayəti verilməsi ilə bağlı dəlilə münasibət də isə qeyd edir ki, İcra haqqında Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi qaydada dayandırılır.
28. Kollegiya bildirir ki, borclu qeyd olunan əsas olduğu halda icra məmuruna bu barədə məlumat verməklə icra sənədi üzrə icraatın və həmçinin icra hərəkətlərinin həyata keçirilməsinin dayandırılmasına nail ola bilər. Həmçinin bununla bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyini məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir.
29. Beləliklə, məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Borclu X1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(012)-523/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.