Məhkəmə qərarları › İş №8(105)-147/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-147/2021

01.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-147/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsinin izah edilməsinə dair cavabdeh Əliyeva Gülbəniz Nadir qızının ərizəsinə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 2(060)-3134/2017 saylı qətnaməsi ilə iddiaçı “Amrahbank” açıq səhmdar cəmiyyətinin cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızına və Nadir Yusif oğluna qarşı kredit müqaviləsinin ləğvi, kredit məbləğinin və kredit faizinin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, “Amrahbank” açıq səhmdar cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanılmış 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızından və Nadir Yusif oğlundan birgə qaydada milli manat ekvivalentində əsas borc üzrə 58442 ABŞ dolları, faiz məbləği üzrə 11930 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları, ümumilikdə 70472 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumundan 28 manatın “Amrahbank” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə və Sumqayıt şəhəri, 41A məhəlləsi, 2A nömrəli binada yerləşən 12 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000 manat, Sumqayıt şəhəri, 41A məhəlləsi, 2A nömrəli binada yerləşən 12 nömrəli mənzilin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin və Sumqayıt şəhəri, 41A məhəlləsi, 2A nömrəli binada yerləşən 12 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 70472 ABŞ dolları, 30 manat DƏDRX-nə ödənilmiş haqq və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “Amrahbank” açıq səhmdar cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Əliyeva Gülbəniz Nadir qızına və Nadir Yusif oğluna qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmiş, cavabdeh Əliyeva Gülbəniz Nadir qızı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli, 2(105)-2729/2018 saylı qətnaməsi ilə cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 04 aprel 2017-ci il tarixli, 2(060)-3134/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əliyeva Gülbəniz Nadir qızı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2(102)-1404/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi ilə cavabdeh Əliyeva Gülbəniz Nadir qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 2(060)-3134/2017 saylı qətnaməsinə faiz borcuna və ipoteka predmetlərinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş, cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızından və Nadir Yusif oğlundan müştərək qaydada iddiaçı “Amrahbank” açıq səhmdar cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla manatla əsas və faiz borcu üzrə 27321,05 ABŞ dollarının tutulması, ipoteka predmetləri olan Əliyeva Gülbəniz Nadir qızına məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsi, 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat, Nadir Yusif oğluna məxsus Sumqayıt şəhəri, 41A məhəllə, 2A saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin Əliyeva Gülbəniz Nadir qızının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1383/2021 saylı qərarı ilə cavabdeh Əliyeva Gülbəniz Nadir qızının kasasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçı ləğv prosesində olan “Amrahbank” açıq səhmdar cəmiyyətinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əliyeva Gülbəniz Nadir qızı ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsinin izah edilməsini xahiş etmişdir. Cavabdeh Əliyeva Gülbəniz Nadir qızı ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu, ondan və Nadir Yusif oğlundan müştərək qaydada iddiaçı “Amrahbank” açıq səhmdar cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla manatla əsas və faiz borcu üzrə 27321,05 ABŞ dolları tutulmuşdur. 27321,05 ABŞ dolları məbləğində borcun nə qədərinin əsas borca və faiz borcuna silinməli olması barədə qətnaməyə izah verilməlidir. İddiaçı “Amrahbank” açıq səhmdar cəmiyyəti, cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızı və Nadir Yusif oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 2(060)-3134/2017 saylı qətnaməsi qismən dəyişdirildiyindən, qətnamənin izah edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 2(060)-3134/2017 saylı qətnaməsi ilə mülki iş üzrə iddia qismən təmin edilmiş, “Amrahbank” açıq səhmdar cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanılmış 13 oktyabr 2015-ci il tarixli, 399/E saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızından və Nadir Yusif oğlundan birgə qaydada milli manat ekvivalentində əsas borc üzrə 58442 ABŞ dolları, faiz məbləği üzrə 11930 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları, ümumilikdə 70472 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumundan 28 manatın “Amrahbank” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinə və Sumqayıt şəhəri, 41A məhəlləsi, 2A nömrəli binada yerləşən 12 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000 manat, Sumqayıt şəhəri, 41A məhəlləsi, 2A nömrəli binada yerləşən 12 nömrəli mənzilin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin və Sumqayıt şəhəri, 41A məhəlləsi, 2A nömrəli binada yerləşən 12 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 70472 ABŞ dolları, 30 manat DƏDRX-nə ödənilmiş haqq və dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun “Amrahbank” açıq səhmdar cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Əliyeva Gülbəniz Nadir qızına və Nadir Yusif oğluna qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi ilə cavabdeh Əliyeva Gülbəniz Nadir qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, 2(060)-3134/2017 saylı qətnaməsinə faiz borcuna və ipoteka predmetlərinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş, cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızından və Nadir Yusif oğlundan müştərək qaydada iddiaçı “Amrahbank” açıq səhmdar cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla manatla əsas və faiz borcu üzrə 27321,05 ABŞ dollarının tutulması, ipoteka predmetləri olan Əliyeva Gülbəniz Nadir qızına məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsi, 16 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat, Nadir Yusif oğluna məxsus Sumqayıt şəhəri, 41A məhəllə, 2A saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin Əliyeva Gülbəniz Nadir qızının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1383/2021 saylı qərarı ilə cavabdeh Əliyeva Gülbəniz Nadir qızının kasasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçı ləğv prosesində olan “Amrahbank” açıq səhmdar cəmiyyətinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsinin izah verilməsinin xahiş edildiyi nəticə hissəsi aydındır, qətnamədə hər hansı anlaşılmazlıq yoxdur və qətnaməyə izah verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsində cavabdehlər Borclu, Əliyeva Gülbəniz Nadir qızından və Nadir Yusif oğlundan müştərək qaydada iddiaçı “Amrahbank” açıq səhmdar cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla manatla əsas və faiz borcu üzrə 27321,05 ABŞ dollarının tutulması müəyyən edilmişdir. Qətnamədə əsas və faiz borcu ümumilikdə 27321,05 ABŞ dolları təşkil edir. Bu baxımdan qətnamə aydın olduğundan onun izahına da zərurət yoxdur. Sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsinə izah verilməsi barədə ərizə təmin edilməməli və qətnaməyə izah verilməsindən imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264 və 365ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsinə izah verilməsi barədə cavabdeh Əliyeva Gülbəniz Nadir qızının ərizəsi təmin edilməsin, qətnaməyə izah verilməsindən imtina edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar