Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-148/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Tələbkarın nümayəndəsi: X2, Maraqlı şəxsin nümayəndəsi: X1 iştirakları ilə, Borclu «Samur Abşeronsutikinti» TM-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru H.Nəcəfovun təqdimatına dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(81)-139A/2013 saylı xx xxxx 2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun mülkiyyətində olan AZ-27T-433 dövlət qeydiyyat nişanlı, «K- 701» markalı traktor və 4 ədəd «Kamaz» markalı yük maşınlarının üzərinə həbs qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(81)-139A/2013 saylı xx xxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən «Samur Abşeronsutikinti» TM tərəfindən indeksayi qaydasında hesablanmaqla, 21513,56 manat olmaqla Tələbkar MMC-nə ödənilməsi qət olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru H.Nəcəfovun borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 8(81)-139A/2013 saylı xx xxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən ««Samur Abşeronsutikinti» TM tərəfindən indeksiya qaydasında hesablanmaqla, 21.513,56 manat olmaqla Tələbkar MMC-nə ödənilməsi qət olunmuşdur. İcra sənədi xx xxxxxxx 2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkar təşkilatın haqlı narazılığına səbəb olmuşdur. İcra sənədinin icrasıyla əlaqədar olaraq aparılan araşdırmalar nəticəsində «Samur Abşeronsutikinti» TM-nin mülkiyyətində AZ-27T-433 dövlət qeydiyyat nişanlı, «K-701» markalı traktor və 4 ədəd «Kamaz» markalı yük maşınları aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi R.Cəlilov şikayəti onunla əsaslandırmışdır ki, borclunun balansında olan nəqliyyat vasitələri dövlət mülkiyyətində olduğundan, həmin əmlakın üzərinə həbs qoyulmasına dair icra qurumunun təqdimatına baxılmasında dövlət mənafeyinin müdafiəsi məqsədi ilə ƏMDX-nin iştirakının zəruri olmasına baxmayaraq, məhkəmə Xidməti prosesə cəlb etmədən qərar qəbul etmişdir ki, bu da dövlət əmlakının qorunub saxlanılmasına nəzarəti həyata keçirən, dövlət əmlakını idarə edən və onun barəsində sərəncam verən orqan kimi ƏMDX-nin hüquq və vəzifələrinə toxunmuşdur. Digər tərəfdən, məhkəmə icra şöbəsinin təqdimatını təmin etsə də, borclu “Samur Abşeronsutikinti” Törəmə müəssisəsinin sərəncamında icra sənədinin icrasının təmin edilməsi üçün digər əmlakın (pul vəsaiti, qiymətli kağız və s.) olub-olmasını və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 58-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyə əməl edilib-edilməməsi araşdırmadan, birbaşa borclunun sərəncamında olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə tərəfindən icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə deyil, hazırkı bazar dəyəri bundan dəfələrlə artıq olan borclunun əmlakının üzərinə həbs qoyulmuşdur ki, bu da əsassız olaraq dövlət əmlakının özgəninkiləşdirilməsi ilə nəticələnmiş və dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsinin təmin edilməsi baxımdan bu yolverilməzdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi T.B.Məhərrəmov şikayətin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunması barədə yeni qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Tələbkarın nümayəndəsi S.Ə.Əkbərov şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə təqdimat verən şəxs və borclunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, şikayət isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qrarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbi borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından götürülməsindən və satılmasından ibarətdir. Həmçinin, Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əçanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Eyni zamanda, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakın istifadə hüququnun məhdudlaşdırmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxx 2019-cu il tarixli 41/xx-xx-1251 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorguda qeyd edilən hüququ şəxs “Samur Abşeronsutikinti Törəmə Müəssisəsinin” Xaçmaz tikinti filialının adına AZ-27T-433 dövlət qeydiyyat nişanlı K-701 markalı traktor dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Borclunun balansında olan nəqliyyat vasitələri dövlət mülkiyyətində olduğundan, həmin əmlakın üzərinə həbs qoyulmasına dair icra qurumunun təqdimatına baxılmasında dövlət mənafeyinin müdafiəsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakının zəruri olmasına baxmayaraq, məhkəmə Xidməti prosesə cəlb etmədən qərar qəbul etmişdir ki, bu da dövlət əmlakının qorunub saxlanılmasına nəzarəti həyata keçirən, dövlət əmlakını idarə edən və onun barəsində sərəncam verən orqan kimi Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq və vəzifələrinə toxunmuşdur. Digər tərəfədn, məhkəmə icra şöbəsinin təqdimatını təmin etsə də, borclu “Samur Abşeronsutikinti” Törəmə müəssisəsinin sərəncamında icra sənədinin icrasının təmin edilməsi üçün digər əmlakın (pul vəsaiti, qiymətli kağız və s.) olub-olmamasını və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyə əməl edilib-edilməməsini araşdırmadan, birbaşa borclunun sərəncamında olan nəqliyyat vasitələrinin üzərinə həbs qoymuşdur. Həmçinin, məhkəmə tərəfindən icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə deyil, bazar dəyəri dəfələrlə artıq olan borclunun əmlakının üzərinə həbs qoyulmuşdur ki, bu da əsassız olaraq dövlət əmlakının özgəninkiləşdirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Təqdimata əlavə olunmuş sənədlərin hamısı kserosurətdir və notariat və ya digər qaydada təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Rafiq Cəlilovun şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(012)-57/2020 saylı qərardadı ləğv edilsin. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8(81)-139A/2013 saylı, xx xxxx 2013-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimata yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-148/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-148/2020
10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver