Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-148/2023 21.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatın dayandırılması haqqında təqdimatına dair Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 8(027)- 474/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək,Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)- 138/2022 saylı icra sənədi üzrə icaatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-138/2022 saylı icra sənədinə əsasən Borclu 11900 manat və 3000 ABŞ dolları əsas borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 38301/23 saylı icra işi açılaraq, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon polis şöbəsində Borclu barəsində xx.xx.2023-cü il tarixdə 560455/23 saylı axtarış işi açılmışdır. Ona görə də Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)- 138/2022 saylı icra sənədi üzrə icraat dayandırılmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsini rəhbər tutaraq icraatın dayandırılmasına dair məsələyə baxılmasını xahiş edir. Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 8(027)-474/2023 saylı qərardadına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-138/2022 saylı icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmışdır (hakim Vüqar Seyidov). Tələbkar Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 8(027)-474/2023 saylı qərardadının ləğv edilməsini və icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatın təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 8(027)-474/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, icra işi və icra hərəkətləri düzgün aydınlaşdırılmamışdır. Qəıtnamənin icrası üçün lazımi tədbirlər görülməmişdir. Həmin qətnamədən və icraya yönəldilməsi tarixindən artıq illərin keçməsini və bu günə kimi lazımı hərəkətlərin edilməsi müəyyən edilmir. İcra vərəqəsindən görünür ki, borcun məbləği xeyli məbləğdir. Bu icra vərəqəsinin hərəkətsiz dayanması şəxsən onun bir tələbkar kimi hüquqlarını məhdudlaşdırır. Borcli icra şöbəsində olmuş, icra hərəkətlərində iştirak etmişdir. Belə olan halda icra vərəqəsi üzrə icraatın dayandırılması yolverilməzdir. İcra hərəkətləri davam etdirilməlidir. Qeyd edir ki, məhkəmə nəzərə almamışdır ki, çıxarılmış qətnamə icra olunmalıdır. İcra hərəkətləri davam etdirilməlidir. İcra məmurunda kifayət qədər uzadılmış və icra olunmamaış məhkəmə qərarları mövcuddur. Lakin bu təqdimatda göstərilənlər və qərardadda olanlar təqdimatın təmin olunmasına əsas ola bilməzdi. Həmin sübutlarla təqdimat təmin edilməməli idi. Qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 8(027)- 474/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən müəyyən etmişdir ki, icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-138/2022 saylı icra sənədinə əsasən Borclu 11900 manat və 3000 ABŞ dolları əsas borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb Tələbkar verilməlidir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu barəsində xx.xx.2023-cü il tarixdə 560455/23 nömrəli axtarış işi açılaraq olduğu yerin müəyyən olunması üçün tədbirlər həyata keçirilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanununun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda—müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək, yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Yuxarıda sadalanan qanunvericilik normasından da göründüyü kimi borclu axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Hazırki işdən də müəyyən edilir ki, borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış işi açılmışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, borclu barəsində axtarış işi açıldığından birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 8(027)-474/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 8(027)-474/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-148/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-148/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver