Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-148/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (məruzəçi), X1 və və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Tələbkar Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra məmurunun hərəkətsizliyinə görə təzminat qaydasında pul ödənilməsi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-418/2024 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Tələbkar şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs icra məmuru X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,8 manat pulun icra məmuru Orxan Məmmədovdan təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinə əsasən 400 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X3 ona 128,8 manat məbləğində borcu vardır. Hər iki məhkəmə aktının icrası Maraqlı şəxs icra məmuru Orxan Məmmədova həvalə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 750/2020 saylı qətnaməsinin icraya yönləndirilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq icra məmuru borcun cəmi 100 manatını alaraq ona verə bilmişdir. Hazırki dövrdə borclu X5 ona Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsi üzrə 300 manat və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı üzrə 128,8 manat borcludur. O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının hazırki dövrədək icra edilməməsinin səbəbini icra məmuru Orxan Məmmədovun səhlənkarlığında və icra məmurunun özünün bildirməsinə əsasən icraatında doqquz mindən artıq icra sənədinin olmasında görür. Hesab edir ki, icra məmuru Orxan Məmmədov icraatında olan icra işlərini qanunla müəyyən olunmuş vaxtlarda icra etsəydi, onun icraatında olan icra işlərinin sayı da doqquz mini keçməzdi. İcra məmuru Orxan Məmmədova dəfələrlə müraciət etməsinə baxmayaraq o, borcluya qarşı qanunla müəyyən olunmuş icra tədbirlərini tətbiq etməmişdir, tətbiq olunmuş icra tədbirlərinin gücləndirilməsi üçün tədbir görməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ümumi həcmi cəmi 400 manatdan ibarət olan və 4 ildən çox müddətdir ki, icra olunmayan Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində icra məmurunun hərəkətsizliyi müəyyən olunduğu halda o, süründürməçiliyə və dəymiş ziyana görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.4-cü maddəsinə istinad etməklə icra məmurundan təzminat tələb edə bilər. Qeyd olunanlara əsasən o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-418/2024 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Tələbkar şikayət verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-418/2024 nömrəli qərardadının ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin 8(012)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icrasının təmin edilməsində Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,8 manat pulun Maraqlı şəxs icra məmuru Orxan Məmmədovdan təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-418/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hesab edir ki, aşağıda göstərilən səbəblərə və hüquq normalarına istinad edərək hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-418/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ərizəyə baxılarkən nəzərə alınmamışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsi, artıq 4 ildən çoxdur, icraata verilmişdir və qətnamənin icra edilməməsi birbaşa icra məmurunun səhlənkarlığıdır. Məhkəmə tərəfindən icra məmurunun səhlənkarlığı müəyyən edilmişdir, lakin onun ərizəsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, 4 ildən artıqdır, icraatda olan icra işi üzrə son aylarda borcluya qarşı bəzi axtarış və məcburi tədbirlər görülməsi icra məmurunu əvvəlki dövrlər üzrə yol verdiyi hərəkətsizliyinə bəraət qazandırmır. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-418/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılamsı üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 418/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 750/2020 nömrəli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X2 380 manat məbləğində pulun və ödənilmiş 20 manat rüsumun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 8(012)- 236/2023 nömrəli qərardadından görünür ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 236/2023 nömrəli qərardadından görünür ki, şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)- 236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi üzrə borcun indeksləşdirməklə tutulması barədə ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə X5 tərəfindən ödənilməli olan 400 manat məbləğində pulun 2023-cü ilin fevral ayına indeksləşdirməklə 128,80 manat pulun borclu X2 tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İşin hallarına görə ərizəçi Tələbkar şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs icra məmuru X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 nömrəli qətnaməsinin və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-236/2023 nömrəli qərardadının icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərəkətsizliyinə görə 428,8 manat pulun icra məmuru Orxan Məmmədovdan təzminat qaydasında xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş icra işi materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli və 8(012)-236/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş lazımi icra tədbirləri görülmüş, borclu X5 barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli qərardada əsasən təqdimat təmin edilmiş, borclu X3 məcburi qaydada Maraqlı şəxsnə gətirilməsi qərara alınsa da borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu X5 barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-750/2020 saylı qətnaməsi üzrə borclu X3 adına hər hansı bir əmlakın olması elektron məhkəmə informasiya sistemində müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hər iki icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi, icra iş üzrə icra tədbirlərinin aparılmaması kimi hallar müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Tələbkar icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra məmurunun hərəkətsizliyinə görə təzminat qaydasında pul ödənilməsi barədə ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Tələbkar Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra məmurunun hərəkətsizliyinə görə təzminat qaydasında pul ödənilməsi barədə tələbkarın ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-418/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-148/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-148/2024
27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver