Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-148/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10 (məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X1 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-497/2025 nömrəli qərardadından Maraqlı şəxs Şahnəzər oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İcra sənədi üzrə X1 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi ilə Maraqlı şəxs Şahnəzər oğlundan xx.xx.2016-cı il təvəllüdlü X2 üçün müəyyən olunmuş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi ilə onun Maraqlı şəxs Şahnəzər oğluna qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Maraqlı şəxs Şahnəzər oğlundan hər ay 130 manat məbləğində sabit alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 6 ildən artıq vaxt keçir. Bu müddətdə uşaq böyümüş, təbii ki, onun təlabatları da artmışdır. Hazırda 3-cü sinifdə təhsil alır, onun saxlanılması üçün müəyyən olunmuş aliment ehtiyaclarını ödəmir, uşağın saxlanılmasında ciddi çətinlik çəkir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-497/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi əsasında tutulan aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.12 misli həddində sabit pul məbləğində alimentin Maraqlı şəxs Şahnəzər oğlundan tutularaq X4 ödənilməsi qərara alınmışdır (hakim Aynur Əliyeva). Maraqlı şəxs Şahnəzər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-497/2025 saylı qərardadını ləğv edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi əsasında aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlarla nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-497/2025 saylı qərardadı ilə xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.12 misli həddində sabit pul məbləğində aliment ondan tutularaq X4 ödənilməsi barədə qərar qəbul edilmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017~d il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi ilə ona qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2016-a il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.112017-ci il tarixdən başlayaraq ondan hər ay 130 manat məbləğində sabit aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 6 ildən artıq vaxt keçir. Bu müddətdə uşaq böyümüş, təbii ki, onun tələbatları da artmışdır. Hazırda 3-cü sinifdə təhsil alır, onun saxlanılması üçün müəyyən olunmuş aliment ehtiyacları ödəmir, uşağın saxlanılmasında ciddi çətinlik çəkir. Məhkəmə iclasında icra sənədi üzrə X1 göstərmişdir ki, ona 2500 manat pulu mənzilinin təmiri üçün vermişdir. Onunla razılaşmışdır ki, 2500 manat pulu aliment məbləğindən çıxsin. Bundan sonra ona aliment ödənişi etməmiş, uşaqla maraqlanmamışdır. 130 manat alimentlə uşağı saxlamaqda çətinlik çəkir. 270 manat aliment borcu var, alimenti kəsirlə ödəmiş və s. Qərardaddan da göründüyü kimi məhkəmə iclasında bildirmişdir ki, digər aliment öhdəliyi də var, həmin aliment öhdəliyinə görə 200 manat aliment ödəyir, daimi iş yeri yoxdur, müqavilə əsasında işləməklə 700 manat gəlir əldə edir. Bankdan 2500 manat kredit alıb ərizəçiyə vermiş, faizlərini özü ödəyir. Ərizəçinin gəliri daha yüksəkdir. Məhkəmə yuxarıda göstərilən qaydada qərar qəbul etmişdir. Qərarda "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına edilmiş dəyişikliklərə istinad edilmişdir. Lakin sonda məhkəmə səhv nəticəyə gələrək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1.12 misli həddində sabit pul məbləğdə alimentin ondan tutulması barədə qərar qəbul etmişdir. Məlum olduğu kimi 2025-ci ilin yanvarın 1dən minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Başqa sözlə qərara görə hər ay 400 x 1.12 = 448 manat aliment hesablanmışdır. Bu isə tamamilə əsassız yanaşmadır. Ona görə də qərardad əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə qərar qəbul edərkən Ali Məhkəmənin Plenumunu 20 dekabr 2024-di il tarixli qərarı ilə edilən dəyişikliklərə istinad etsə də, ondan tutulmalı alimentin indeksasiyasını düzgün hesablamamışdır. Məhkəmə onun digər aliment öhdəliyinin olmasna əhəmiyyət verməmiş, iddiaçının maddi vəziyyətinin onun maddi vəziyyətindən daha yüksək olmasına dair göstərdiklərini nəzərə almamış, maddi imkanlarını lazımınca qiymətləndirmədən qərar qəbul etmişdir. Qeyd edildiyi kimi qərardadda göstərilən nəticə, yəni Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-6252/2017 saylı qətnaməsi əsasında aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlarla nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.12 misli həddində sabit pul məbləğində alimentin ondan tutulması barədə qəbul edilmiş qərar işin hallarına uyğun deyildir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-497/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)- 497/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 6252/2017 saylı qətnaməsinin surətindən görünür ki, 01.09,2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 noyabr 2017-ci ildən başlayaraq Maraqlı şəxs Şahnəzər oğlundan hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cüil tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4.1ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alinmalıdır. Şikayətin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.12 misli həddində indeksasiya olunması şəklində qeyd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, 2017-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, 2017-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, indiyədək uşaq üçün 130 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə minimum əmək haqqının 1.12 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-497/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-148/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-148/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver