Məhkəmə qərarları › İş №8(105)-149/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-149/2020

10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-149/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına dair Abşeron rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-303/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 2(039)-935/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 6160 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-303/2020 saylı qərardadı ilə Yevlax rayon məhkəməsinin 2(039)-935/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 blok 62, mənzil 37 ünvanında yaşayan Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Hazırda Borclu Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)- 303/2020 №-li qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-303/2020 №-li qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, 900 (doqquz yüz) manat, 570 (beş yüz yetmiş) manat, 300 (üç yüz) manat, pul vəsaitini pandemiya dövründə icra məmuru Vadim Əliyevin iştirakı ilə Tələbkar təqdim etmişdir. Lakin ailəsində ağır itki baş verdiyi (oğlu Nurlan Mahmudovun qəfləti ölümü ilə əlaqədar olaraq) o, xx.xx.2020-ci il tarixli məhkəmə iclasına gələ bilməmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-303/2020 №-li qərardadını ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və Abşeron Rayon icra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 8(012)-303/2020 №-li qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən müəyyən etmişdir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə istinad edərək təqdimatı təmin etmişdir. «İcra haqqında» Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırısı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerdə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 935/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 6160 manat pul vəsaitinin tutularaq Tələbkar verilməlidir. Qeyd edilən məbləğdən borclu 900 (doqquz yüz) manat, 570 (beş yüz yetmiş) manat, 300 (üç yüz) manat məbləğində pul ödəmiş, bundan əlavə ödəniş etməmiş və icra məmurunun çağırışlarına getməmişdir. İş materiallarından görünür ki, borclunun icra şöbəsinə gəlməsi üçün xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, məktub xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Borclu göndərilmişdir. Lakin borclu icra məmurunun çağırışlarına məhəl qoymamış və icra şöbəsinə getməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, borclu icra sənədi üzrə borcunun az hissəsini ödəmiş və icra məmurunun çağırışlarına getməmişdir. Belə olan halda onun icra idarəsinə məcburi gətirilməsi üçün də əsaslar vardır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Abşeron rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-303/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-303/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar