Məhkəmə qərarları › İş №8(105)-149/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-149/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-149/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair iş üzrə (Açar sözlər: təqdimat üzrə icraatın dayandırılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Borcu Borclu məxsus “Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Bentley Continental” markalı, **- HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5836 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 37519 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində "Bentley Continental” markalı, **- HL-***, “Hyundai Sonata” markalı, 99-RG905 və UBMW 428İ” makalı, **-NM-***- dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması üçün təqdimat Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt şəhər Məhkəməsinin 8(060)- 257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin avtomobillərin üzərinə həbs qoyulmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında icra sənədi üzrə Borclu mülkiyyətində olan “Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilmiş və ilkin satış qiyməti 40 000 AZN qiymətlə satılması üçün hərraca çıxarılmışdır. "xxxx" MMC-nin 238/23 saylı, xx.xx.2023-cü il tarixli hərrac yekunları barədə protokoluna əsasən Borclu məxsus "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobil satılmışdır. Hazırda həmin avtomobilin alıcı X3 mülkiyyətinə keçirilməsi üçün avtomobil üzərindəki həbs götürülməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-827/2023 saylı qərardadı ilə təqdimatın təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “Bentley Continental” markalı, **- HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.

4. Bundan sonra Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-827/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra şöbəsi məhkəməyə təqdimat verərək Bentley Continental markalı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Həmin həbs götürülməməlidir. Belə ki, avtomobil qanunsuz hərrac nəticəsində Borclu qanuni mülkiyyətindən çıxmışdır. Hazırda hərracın qanuniliyi barədə tərəflər arasında məhkəmə mübahisəsi mövcuddur.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-827/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-827/2023 saylı qərardadı ləğv edilmiş, təqdimata baxılmasının məhkəmə iclasına təyin edilməsi qərara alınmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Borclu məxsus “Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına baxılması üzrə icraatın iddiaçı Borclu cavabdehlər "xxxx" MMC-yə, X4, 3-cü şəxs Abşeron Rayon İcra və probasiya şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə mülki işə baxılıb yekun qərar çıxarılana (məhkəmə aktı qanuni qüvvəsini alanadək) kimi dayandırılması qərara alınmışdır.

8. Hazırda həmin qərardaddan narazı qalan Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Borclu cavabdehlər "xxxx" MMC-yə, X4, 3-cü şəxs Abşeron Rayon İcra və probasiya şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin 28300 manata satılması barədə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)5844/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, həmin ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə hesab edib ki, iddiaçı Borclu sözügedən iddia ərizəsinə baxılıb yekun qərar çıxarılanadək hazırki işə mahiyyəti üzrə baxılması mümkün deyil. Belə ki, hazırki təqdimatın (mübahisəli avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi) əsaslı olub olub-olmaması həmin işin (hərracın nəticələrinin ləğv edilib-edilməməsi) nəticəsindən asılıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, Borclu məxsus “Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına baxılması üzrə icraat iddiaçı Borclu cavabdehlər "xxxx" MMCyə, X4, 3-cü şəxs Abşeron Rayon İcra və probasiya şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə mülki işə baxılıb yekun qərar çıxarılana (qərar qanuni qüvvəsini alanadək) kimi dayandırılmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254, 255, 256.3 –cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin təqdimat üzrə icraatın dayandırılması barədə mövqeyi əsassız və qanunsuzdur. Qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalı və icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməlidir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində "Bentley Continental” markalı,**-HL-***, “Hyundai Sonata” markalı, 99-RG905 və “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması üçün təqdimat Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə avtomobillərin üzərinə həbs qoyulmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında icra sənədi üzrə Borclu mülkiyyətində olan “BentleyContinental” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilmiş və ilkin satış qiyməti 40 000 AZN qiymətlə satılması üçün hərraca çıxarılmışdır. "xxxx" MMC-nin 238/23 saylı, xx.xx.2023-cü il tarixli hərrac yekunları barədə protokoluna əsasən Borclu məxsus "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobil satılmışdır. Hazırda həmin avtomobilin alıcısı X3 mülkiyyətinə keçirilməsi üçün Borclu məxsus "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmuru təqdimatla məhkəməyə müraciət edərək qərardad çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi icra məmurunun təqdimatı əsasına həbs qoyulmuş əmlak icra icraatı qaydasında hərrac vasitəsi ilə üçüncü şəxsə satılmış və hərracla bağlı nüvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi Borclu hərracla bağlı məlumatı olmuş lakin hərracda iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İcra məmurunun təqdimatı əsasında həbs qoyulmuş əmlak icra icraatının yekunu olaraq hərracdan satılmış və artıq bu hissədə icra hərəkətləri yekunlaşmışdır. Eyni zamanda məhkəmə qərardadında digər məhkəmədə olan “hərracın yekunlarına dair protokolun ləğv edilməsinə dair” iddia ərizəsinə istinad edərək hesab etmişdir ki, həmin məhkəmə üzrə yekun qərar qəbul edilənə kimi iş dayandırılmalıdır. Əfsuslar olsun ki, hərracın keçirilməsi ilə bağlı təqdim edilən sübutlara qiymət verilmədən, eyni zamanda hazırki, icra işinin digər məhkəmədə olan iddia ilə əlaqəsinin olmamasına baxmayaraq məhkəmə belə bir nəticəyə gəlmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi Borclu2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icra olunmasından qəsdən yayınmış eyni zamanda 2023-cü ildə hərracın keçirilməsi ilə bağlı məlumatının olmasına baxmayaraq həmin hərracda iştirak etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

16. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırnalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə əsasən Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

18. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

20. Araşdırılan işdən müəyyən edildi ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 37519 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

21. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində "Bentley Continental” markalı, **-HL-***, “Hyundai Sonata” markalı, 99-RG905 və “BMW 428İ” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması üçün təqdimat Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

22. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin avtomobillərin üzərinə həbs qoyulmuşdur. Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında icra sənədi üzrə Borclu mülkiyyətində olan “Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilmiş və ilkin satış qiyməti 40 000 AZN qiymətlə satılması üçün hərraca çıxarılmışdır.

23. "xxxx" MMC-nin 238/23 saylı, xx.xx.2023-cü il tarixli hərrac yekunları barədə protokoluna əsasən Borclu məxsus "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobil satılmışdır. Bu səbəbdən həmin avtomobilin alıcısı X3 mülkiyyətinə keçirilməsi üçün Borclu məxsus "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmuru təqdimatla məhkəməyə müraciət edərək qərardad çıxarılmasını xahiş etmişdir.

24. Qeyd olunan təqdimat üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmiş məhkəmə mövqeyini bu formada əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı Borclu cavabdehlər "xxxx" MMC-yə, X4, 3-cü şəxs Abşeron Rayon İcra və probasiya şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "Bentley Continental” markalı, **-HL-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin 28300 manata satılması barədə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2023cü il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)5844/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, həmin ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə iclası təyin edilmişdir.

25. İşə baxan məhkəmə həmin sənədlərə istinad edərək hesab etmişdir ki, iddiaçı Borclu sözügedən iddia ərizəsinə baxılıb yekun qərar çıxarılanadək hazırki işə mahiyyəti üzrə baxılması mümkün deyil.

26. Apellyasiya kollegiyası işə baxan məhkəmənin bu cür mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı təqdimatın (mübahisəli avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi) əsaslı olub-olmaması yuxarıda qeyd olunan mülki işin (hərracın nəticələrinin ləğv edilməsi) nəticəsindən asılı olsa belə, bu hal hazırkı vəziyyətdə verilmiş təqdimatın uzun müddət dayandırılması üçün yox, ən yaxşı halda icra icraatının dayandırılması üçün əsas ola bilər.

27. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci, icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi)

28. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.

29. Göründüyü kimi mövcud qanunvericilikdə nəzərdə tutulan maddi hüquq normaları icra sənədi üzrə icraatın dayandırılması qaydasını və hallarını tənzimləyir. Hazırkı təqdimat isə daha öncəki məcburi icra tədbirinin tətbiqinin davamı nəticəsində yaranmış məhdudiyyətin götürülməsindən ibarətdir ki, bu halda təqdimat üzrə icraatın dayandırılması qanunda nəzərdə tutulmadığı kimi, işə baxan məhkəmə tərəfindən qanunun analogiyası üzrə tətbiq nəticəsində yeni və qeyri-müəyyən məhkəmə presedentinin yaranmasına səbəb ola bilər. Eyni zamanda bu hal özlüyündə icra sənədi üzrə tələbin təmin edilməsi üçün Qanunda alternativ tədbirlər kimi nəzərdə tutulmuş məcburi icra tədbirinin mahiyyətinə də uyğun gəlmir.

30. Beləlilkə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, bu halda verilmiş təqdimatın icrası deyil, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Apellyasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən işə baxan məhkəmə təqdimatın verildiyi icra sənədi üzrə icraatın hansı mərhələdə olması, habelə hazırkı qərardadda qeyd olunan halları nəzərə almaqla, təqimata yenidən baxmalı və mahiyyəti üzrə qərar qəbul etməlidir.

31. Sadalananlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilən xüsusatlar araşdırılmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 399, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Tələbkar ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-827/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar