Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-15/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim),Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar Tahirov Vüsalə Tahir qızının iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)2036/2017 saylı icra sənədinin icasını təmin etmək məqsədi ilə Borclu Sumqayır şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə təqdimata dair Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 8(060)-448/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2036/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir( hakim Almaz Süleymanova) Qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, borclu bilərəkdən, müxtəlif bəhanələr gətirərək artıq 5 ildir ki qətnamənin icrasından yayınır. Dəfələrlə icra idarəsinə çağırılmış, izahatları alınmışdır.Sonradan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamasına dair arayış təqdim edərək icra işinin Qaradağ rayon İcra və Probasiya Şöbəsinə yönəltdirmişdir. Sonradan məlum olmuşdur ki, borclu Qaradağ rayonunda yaşamır. xx.xx.2020-ci il tarixdə icra sənədi yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmlşdır. Göründüyü kimi borclu icradan yayınır, busəbəbdən də təqdimat əsaslıdır. Odur ki, qərardadın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə borclu, eləcə də Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini, tələbkarı dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 8(060)-448/2020 saylı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin etməyərkən borclunun yaşayış yeri üzrə çağırış vərəqəsinin göndərilərək icra şöbəsinə dəvət olunmasını təsdiq edən, borclunun üzürsüz səbəbdən icra məmurunun çağırışına gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınmasını təsdiq edən hər hansı sübutun təqdim edilməməsi əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. İş materiallarından müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2036/2017 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 24.498 manat tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Lakin həmin tarixdən təqdimatın verildiyi tarixədək borclunun İcra şöbəsinə çağırılması, bu barədə borcluya bildirişlərin rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Bir halda ki, borclunun İcra şöbəsinə çağırılması barədə bildiriş borcluya təqdim edilməyib, başqa sözlə, borclu İcra şöbəsinə çağrılmasından məlumatsız olub, belə olan halda borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerdə gəlməkdən üzrsüz səbəbdən yayınması nəticəsinə gəmək üçün heç bir əsas yoxdur. Halbuki «İcra haqqında» Qanunun 84.2-ci maddəsinin tətbiqi üçün məlumatı olan borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerdə gəlməkdən üzrsüz səbəbdən yayınması əsas şərtdir. Hazırki işdə də borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerdə gəlməkdən üzrsüz səbəbdən yayınması halı olmasa da İcra şöbəsi bu təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə də haqlı olaraq tədimatı təmin etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməsi, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 8(060)-448/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 8(060)-448/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Tələbkar şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-15/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-15/2021
16.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver