Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-150/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsinə dair Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(012)-289/20 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) təqdimatın təmin olunması, xx xxx 1983-cü ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 24-cü küç., ev.51-də qeydiyyatda olan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi, qərardadın icrasının Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Taleh Mustafayev təqdimatla məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun məcburi gətirilməsi” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu 22.000 (iyirmi iki min) manat məbləğində vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən dəfələrlə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq, Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməkdən yayınmış və səbəbləri barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə icra sənədi üzrə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və bununla da icra sənədi üzrə onun məcburi gətirilməsi zərurəti yaranmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Nəsirov X2 rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayəti müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasındn xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən borclunu dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsini təqdimata əlavə edilmiş sənədlərə əsasən icra sənədi üzrə Borclu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası barədə məlumatlandırılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Borclu tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi şöbəyə daxil olmuş, icra məmuru tərəfindən icra sənədi icraata qəbul edilmiş, icra hərəkətləri edilməsindən ötrü borcluya qeyd olunan ünvana bildiriş göndərilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, sonuncu icra hərəkətlərinin edilməsi üçün İcra İdarəsinə gəlmədiyinə görə barəsində, məcburi gətirilmə barədə qərar qəbul edilməsi üçün icra məmuru təqdimat ilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2. maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya qeyd edir ki, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icra edilməsindən ötrü aidiyyatı üzrə müvafiq icra qurumuna göndərilir. İcra qurumunun icra məmuru məhkəmə aktının icrasının təmin edilməsindən ötrü icra hərəkətləri aparılması üçün borclu şəxsin dəvət edilməsindən ötrü bildirişin göndərilməsi məhkəmə aktının icrasına yönəldilmiş hərəkətdir. Məhkəmə aktının icrası hər bir şəxs üçün məcburi olmaqla, məhkəmə müdafiəsi hüququnun tərkib hissəsini təşkil edir. Məhkəmə aktının icrasına maneə törədilməsindən ötrü icra məmurunun bildirişlərinə məhəl qoyulmayaraq, müvafiq icra qurumuna gedilməməsi və ya gedilməsindən yayınması, bir sıra mülki və cinayət məsuliyyətinin yaranmasını, o cümlədən borclu şəxsin məcburi gətirilməsini qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin borclunun məcburi gətirilməsinə dair təqdimatın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-150/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-150/2020
13.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver