Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-150/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 24.08.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimata Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı 24.08.2018-ci il tarixli icra sənədinə əsasən Borclu kreditor Tələbkar ASC-nin xeyrinə 70.062,66 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Borclu məxsus Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı evin 3 otaqlı, 76,1 k.m. ümumi, 50.3 k.m. yaşayış, 25.8 kv.m. yardımçı sahədən ibarət 65 saylı mənzilinə (mənzilinin ilkin satış qiyməti 59.000 manat açıq hərracda satılmalı) və xüsusi mülkiyyət hüququ əsasında cavabdeh Borclu məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 2 otaqlı, 50.94 k.m. ümumi, 30.05.k.m. yaşayış sahəsindən ibarət 8 saylı mənzilə (mənzilin ilkin satış qiyməti 45.000 manat) açıq hərracda satılmalı) yönəldilməlidir. Satıldıqdan bir ay sonra hər iki mənzil boşaldılaraq Tələbkar ASC-yə təhvil verilməlidir. Sumqayıt şəhər üzrə İcra İdarəsinin İcra məmuru Kənan Məhərrəmov təqdimatla Sumqayıt Apellyasiya Məhkəməsinə müracət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 24.08.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Borclu tərəfindən idarəyə 21.05.2021-ci il tarixdə ərizə daxil olduğu və həmin ərizədə Borclu ikinci vətən müharibəsində yaralandığı, hal-hazırda Sumqayıt şəhər Səhiyyə şöbəsində təcili tibbi yardım xəstəxanasında müalicə olunduğu göstərilmişdir. Təqdimata baxılması barədə təqdimat verən şəxsə, tələbkar və borcluya məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki Prosessual Məcəllənin 231.2. maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. ”İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra-icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatı-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibatı-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatı-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır (MPM-nin 231.3. maddəsi). Göründüyü kimi məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən dayandırılır. Lakin icra məmuru Kənan Məhərrəmov icra sənədi üzrə icraatın dayandırılması məsələsi ilə bağlı icra məmurunun olduğu yer üzrə məhkəməyə, yəni birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqdimat rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3., 263, 264, 365, 372, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt şəhər üzrə İcra İdarəsinin İcra məmuru Kənan Məhərrəmovun təqdimatı rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-150/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-150/2021
07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver