Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-150/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X21 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Tələbkar nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə X4 şikayəti üzrə Quba Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 8(027)-434/2023 saylı qərardadından Tələbkar nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsiylə məhkəməyə müraciət edərək, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon icra və probasiya şöbəsindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsinə əsasən həmin qətnamə ilə dəyişdirilmiş alimentin 15 sentyabr 2020-ci ildən hesablanmalı olması haqqında qərar daxil olmuşdur. Qərarda Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun 44.979 manat aliment borcu olduğu bildirilmişdir. Lakin onun bu qədər aliment borcu yoxdur və ümumiyyətlə Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz qəbul olunmuşdur. Belə ki, iddiaçı Tələbkar ilə xx.xx.2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşağı anadan olmuş, uşaqlardan biri xx.xx.2020-ci ildə vəfat etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-7743/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah ləğv edilmiş, uşaqlara hər biri üçün ayda 136,60 manat aliment təyin olumuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə hər uşaq üçün ayda 110 manat aliment təyin olunmuşdur. İddiaçı 2020-ci ildə ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, alimentin məbləğinin dəyişdirilərək, aylıq gəlirlərinin 1/3-nin ona ödənilməsini tələb etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq ondan ümumi olaraq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi 18 iyul 2021-ci il tarixində qüvvəyə minmişdir. Belə ki, onlar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsindən kassasiya şikayəti veriblər, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılaraq, bildirilmişdir ki, Mayis Abdullayev qətnaməni 18 may 2021-ci ildə almışdır və 2 aylıq şikayət müddəti daxilində şikayət verməmişdir. Deməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi cavabdeh Mayis Abdullayevin aldığı 18 may 2021-ci il tarixindən 2 ay sonra, yəni 18 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Qanunun tələbinə görə məbləği dəyişdirilmiş aliment bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən hesablanılır və bu halda da Mayis Abdullayevdən dəyişdirilmiş aliment məhkəmə qətnaməsi — bu halda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi 18 iyul 2021-ci ildən hesablanmalıdır. Həmçinin bildirir ki, icra işi Quba rayon İcra və Probasiya Şöbəsində aparılmalı deyildir. İş üzrə borclu X1 şəhəri, N.Nərimanov küçəsi, ev 21a, mənzil 23 ünvanında qeydiyyatdadır və bu ünvanda da yaşayır. Bu barədə X22 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədova rəsmi məlumat vermişdir və dəfələrlə icra işinin aidiyyatı üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Lakin Quba rayon İcra və Probasiya Şöbəsi onlara məlum olmayan səbəblərdən icrası ona aid olmayan icra sənədini icra etməkdə davam edir. Bildirir ki, Quba rayon İcra və Probasiya şöbəsinin qəbul etdiyi Məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərarı Mayis Abdullayevə xx.xx.2023-cü ildə poçt vasitəsi ilə çatdırılmışdır. X15 xx.xx.2023-cü ildə çatdırıldığından, 10 günlük şikayət müddəti daxilində şikayəti Quba Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Quba Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 8(027)-379/2023 saylı qərardadı ilə şikayəti geri qaytararaq, şikayət ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Dərhal müvafiq şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-452/2023 saylı qərardadı ilə şikayəti geri qaytararaq, şikayət ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Bu qərardada əsaslanmaqla yenidən Quba Rayon Məhkəməsinə müraciət edərək, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-434/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Tələbkar nümayəndəsi Nümayəndə2 qərardaddan şikayəti verərək Quba Rayon Məhkəməsinin 8(027)-434/2023 saylı, 17 noyabr 2023-cü il il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-434/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, borclunun iddia etdiyi kimi, yəni apellyasiya məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi tarixdən hesablanası olsa idi, belə olan halda uşaqların yetkinlik yaşına çatdıqlarına görə Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən onlara ödənilən aliment dayandırılardı. Bu da uşaq hüquqlarının pozulmasına səbəb olardı. Məhkəmə qərardad qəbul edərkən məhkəməyə verdiyi 7 vərəqdən ibarət yazılı etirazı və 32 vərəqdən ibarət etiraza əlavə etdiyi yazılı sənədləri (sübutları), həmçinin birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarını nəzərə almamışdır. Quba Rayon İcra və Probasiya şöbəsinin məlum qərarını ləğv etməklə, MPM-nin 15.2-ci maddəsinin tələblərini pozmaqla, yuxarıda adları çəkilən məhkəmə instansiyaların qərarlarının ziddinə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarını da düzgün tətbiq etməmişdir. Belə ki, Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsini apellyasiya və kassasiya instansiya məhkəmələri dəyişiklik etmədən, qüvvədə saxlamışdır. Deməli dəyişilmiş aliment məbləğinin miqdarının hesablanması birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi vaxtdan, yəni Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərarda göstərilən vaxtdan-18 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyasının iclasında Tələbkar nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsini qətnaməsi 1 ay müddətinə qüvvəyə minir. Qətnamə qüvvəyə mindiyindən icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilib. 2020-ci ilin oktyabrın 28-də icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilib. Uzun müddət keçəndən sonra qətnamənin surətini alaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən çoxsaylı kassasiya şikayətləri vermiş, şikayətləri geri qaytarılmışdır. Yenidən icra şöbəsinə məlumat göndərilir. 2022-ci ilin iyul ayından qətnamə icra edilir. 2020-ci ildən 2022-ci ilin iyul ayına kimi qətnamə icra edilmişdir. Borclu 8000-10000 manat əmək haqqı alır. Hazırda əmək haqqısından 2000-3000 manat aliment tutulur. İcra məmuru düzgün qərar qəbul edərək birinci instansiya məhkəməsini qətnaməsini qüvvəsini aldığı tarixdən borcu hesablayıb. Çünki apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini qətnaməsinin qüvvədə saxlamışdır. 2022-ci il sentyabr ayında borclu qətnamənin izah olunması ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qətnamənin izahından imtina edir. Həmin qərardaddan şikayət verilir, şikayəti təmin edilmir. İcra məmuru haqlı qərar qəbul edir. Alimentin tutulma vaxtının Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtıdan hesablanması əsassızdır. Odur ki, şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 8(027)-434/2023 saylı 17 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 8(027)-434/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-7743/2017 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 136.60 manat sabit pul məbləğində aliment və azyaşlı oğlunun 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(105)-1735/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(02)-7743/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında 14 oktyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş azyaşlı uşaqların X5 yanında qalmaları, xx.xx.2007ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 və 15 iyul 2016-cı təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X3 hər ay hər uşaq üçün 110 manat cəmi 330 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətləri müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, qaytarılma qərardadından şikayətlər də müxtəlif vaxtlarda qaytarılmaqla Bakı Apellyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Məbləği dəyişdirilmiş aliment barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən alimentin hesablanması müəyyən olunduğundan və hazırki iş üzrə alimentin dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi 18 iyul 2021-ci ildə qanuni qüvvəyə mindiyindən, aliment həmin tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 “məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, yaranmış borc məbləği 15 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin iyul ayınadək olan dövr üçün hesablanmış və borc məbləğ 44949 manat müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-7743/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 136.60 manat sabit pul məbləğində aliment və azyaşlı oğlunun 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(105)- 1735/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(02)-7743/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflərin nikahından doğulmuş azyaşlı uşaqların X5 yanında qalmaları, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 və 15 iyul 2016-cı təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X3 hər ay hər uşaq üçün 110 manat cəmi 330 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra aliment məbləğinin dəyişdirilməsi ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2214/2020 saylı qətnaməsi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2710/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətləri müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, qaytarılma qərardadından şikayətlər də müxtəlif vaxtlarda qaytarılmaqla Bakı Apellyasiya Məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı Azərbaycan Ali Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Məbləği dəyişdirilmiş aliment barədə məhkəmə qətnaməsi 18 iyul 2021-ci ildə qanuni qüvvəyə minmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 2710/2021 saylı qətnaməsinin qanuni qüvvəsini aldığı tarix). Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası qeyd edir ki, artırılmış aliment məbləği qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Belə ki, alimentin artırılması barədə iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yaranmış aliment borcunun xx.xx.2020-ci il tarixdən 2022-ci ilin iyun ayınadək olan dövr üçün hesablanması barədə icra məmurunun qərarının ləğv edilməsi nəticəsinə gəlmişdir. Çünki iş materialları ilə alimentin məbləğinin dəyişdirilməsinə dair məhkəmə qətnaməsi 18 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məbləği dəyişdirilmiş alimentin tutulma vaxtı da qətnamənin qanunin qüvvəsini aldığı tarixdən müəyyən edilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmiş və gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 8(027)-434/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 8(027)-434/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar nümayəndəsi Nümayəndə2 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-150/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-150/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver