Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-150/2024 05.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Borclu qarşı iş üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına əsasən çıxarılmış Şamaxı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 8(074)-162/2024 nömrəli qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular X3 və Borclu müştərək qaydada 3432.55 ABŞ dolları əsas borc, 318.06 ABŞ dolları faiz borcu olmaqla cəmi 3750.61 ABŞ dolları məbləğində borc “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 42.60%-i, yəni 8 manat 50 qəpiyi iddiaçıya aid edilməli, qalan 57.40%-i, yəni 11 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq tələbkar “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 42.60%- i yəni 21 manat 30 qəpiyi iddiaçıdan, digər 57.40%-i, yəni 28 manat 70 qəpik məbləğində pul vəsaiti cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şamaxı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
3. Şamaxı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 8(074)-162/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatının təmin olunmaması qərara alınmışdır.
4. Tələbkar "xxxx" ASC tərəfindən şikayət verilərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, icra məmurunun təqdimatının təmin olunması xahiş edilmişdir.
5. Şamaxı Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 8(074)-162/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Şamaxı Rayon Məhkəməsinin 8(074)- 162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclular X3 və Borclu müştərək qaydada 3432.55 ABŞ dolları əsas borc, 318.06 ABŞ dolları faiz borcu olmaqla cəmi 3750.61 ABŞ dolları məbləğində borc “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 42.60%-i, yəni 8 manat 50 qəpiyi iddiaçıya aid edilməli, qalan 57.40%-i, yəni 11 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq tələbkar “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 42.60%-i yəni 21 manat 30 qəpiyi iddiaçıdan, digər 57.40%-i, yəni 28 manat 70 qəpik məbləğində pul vəsaiti cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir.
7. Şamaxı rayon icra və probasiya şöbəsinin 05 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
9. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X7 şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu və X2 müştərək qaydada 3432.55 ABŞ dolları əsas borc, 318.06 ABŞ dollları faiz borcu olmaqla cəmi 3750.61 ABŞ dolları, ödənilmiş 11.50 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunan qətnamə üzrə icra sənədi xx.xx.2019-cü il tarixində Şamaxı rayon İcra şöbəsinə daxil olmuşdur. xx.xx.2019-cü il tarixli İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Keçən müddət ərzində dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)-162/2024 saylı xx.xx.2024cü il tarixli qərardadına əsasən, Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı rayon İcra şöbəsindən daxil olmuş təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 8(074)-162/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsassız olduğu üçün ləğv olunmalıdır. Məhkəmənin mövqeyi ilə razılaşmırlar. Belə ki, icra sənədinin tam və düzgün icrasını təmin etmək məqsədi ilə icra sənədinin icrasından qərəzli olaraq yayınmaqda davam edən Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Borclu əvvəllər də vaxtaşırı xarici ölkələrə gedib-gəlirdi. İstisna olunmur ki, borclu istənilən vaxt Respublikanın hüdudlarını tərk edə bilər və belə olan halda icra sənədinin icrası qeyrimümkün olacaqdır. Bütün bunlara əsasən hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 8(074)162/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Hazırda Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin həmin məhkəmə qərarı hal-hazıradək borclunun qanunusuz hərkətləri səbəbindən icra olunmamışdır. Şamaxı Rayon Məhkəməsi qərar qəbul edərkən borclu tərəfindən məhkəmə qətnaməsinin icrasına yönəlmiş maneələri nəzərə almayaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməmişdir. Bu halda, gələcəkdə də həmin məhkəmə qətnaməsinin icrasının qeyri-mümkün olduğunu nəzərə almamışdır. Şamaxı Rayon Məhkəməsinin 8(074)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 8(074)-162/2024 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 8(074)- 162/2024 nömrəli qərardadı tam həcmdə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
13. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 8(074)-162/2024 nömrəli qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
15. Kollegiya araşdırması zamanı müəyyən olundu ki, Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-101/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Göründüyü kimi mübahisələndirilən məhkəmə qərardadına əsasən təqdimatın təmin olunmaması qərara alınmışdır.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmurunun təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, müəyyən hərəkətlərin edilməsinin vacibliyi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, qeyd olunan hərəkətləri tam olaraq yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, təqdimatı təmin olunmamalıdır.
18. Məhkəmənin qərardadı ilə razılaşmayan tələbkar "xxxx" ASC tərəfindən şikayət verilərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, icra məmurunun təqdimatının təmin olunması xahiş edilmişdir.
19. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün yetərli hesab edir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən icra sənədi üzrə toplanmış materialları tələb etməmiş, icra işinin materialları araşdırılmamış, borclunun icra sənədi barədə məlumatlı olması, tələbin könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməməsinin səbəbləri araşdırılmamış, borclunun əmlak vəziyyətinin öyrənilməsi isiqamətində icra məmurunun hərəkətləri aydınlaşdırılaraq qiymət verilməmişdir.
21. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, təqdimat yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 8(074)-162/2024 nömrəli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.