Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-151/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-570/2023-003 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadından Borclu Faiq oğlu tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) təqdimatın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3005/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrə ilə Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.0356 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Faiq oğlu qərardaddan şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Borclu Faiq oğlu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi qərara alınmışdır. Borclu 13 noyabr 2023-cü il tarixli qərardaddan şikayət vermiş, lakin birinci instansiya məhkəməsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində 19 dekabr 2023-cü il tarixdə məhkəmə aktının nəticəsi sistemə daxil etsə də, lakin məhkəmə aktı sistemə yüklənməmişdir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Qüvvədə olan prosessual qanunvericilik şikayət ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutur. Hakim şikayəti əsaslı hesab edirsə, qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında yeni qərardad çıxarır və işin sonrakı gedişi üçün müvafiq prosessual hərəkətlər edir. Əks halda şikayət baxılması üçün 7 gün müddətində apellyasiya məhkəməsinə göndərilir (MPM-nin 269.1- 269.3-cü maddələri). Göründüyü kimi şikayətə ilkin baxmalı olan birinci instansiya məhkəməsi tərəfindən mövcud şikayət üzrə yekun məhkəmə aktının qəbul edilməsi görünmür. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-nin 269-cu maddəsinin tələblərinə riayət edilmədən, apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Borclu Faiq oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu Faiq oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-151/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-151/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver