Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-152/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına əsasən borclu «xxxxxxxxxxx» MMC-nin əmlakı üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) təqdimatın təmin edilməsi, borclu «xxxxxxxxxxx» MMC-nin mülkiyyətində olan «Hyundai H100» yük markalı ** JC *** nömrəli avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(002)-1280/2019 saylı icra vərəqəsinə əsasən, «xxxxxxxxxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(012)-312/2020 saylı icra vərəqəsinə əsasən 300 manat məbləğində cərimə olunmuşdur. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, borclu «xxxxxxxxxxx» MMC-nin mülkiyyətində olan «Hyundai H100» yük markalı ** JC *** nömrəli, «X2» yük markalı, ** PD *** nömrəli, «Ford Mikroavtobus» markalı, ** PD *** saylı avtomaşınların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu «xxxxxxxxxxx» MMC-nin hal-hazırda 1800 manat borcu vardır. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, borclu «xxxxxxxxxxx» MMC-yə məxsus «Hyundai H100» yük markalı, ** JC *** nömrəli, «X2» yük markalı, ** PD *** saylı, «Ford Mikroavtobus» markalı, ** PD *** saylı avtomaşınlar qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomaşınlar üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclunun nümayəndəsi N.F.Yusifov şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcra məmuru araşdırmadan məhkəməyə təqdimat təqdim edir və hesab edir ki, “xxxxxxxxxxx” MMC-nin ümumilikdə icra sənədlərinə əsasən 1800 manat cərimə borcu vardır. Halbuki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(012)-312/2020 saylı inzibati xəta haqqında qərarından apellyasiya qaydasında şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(012)-312/2020 saylı qərarı ləğv edilərək “xxxxxxxxxxx” MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazarda Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını əldə edib apellyasiya qaydasında şikayət verilməsi üçün müraciət edilmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(012)-329/2020 saylı qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə təqdimat verən şəxs, tələbkar və borclunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qrarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbi borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadagan olunmasından, zəruri hallarda isə əmlakın istifadə hüququnun məhdudlaşdırmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işi bağlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə onun əmlak vəziyyəti araşdırılmışdır. İşə baxan müddətdə Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(002)- 1280/2019 saylı qərarı qüvvədə olmasına baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, göstərilən məbləğin ödənilməsi barədə icracı borclu tərəfindən bunun icra edilməsi üçün heç bir tədbir görməmiş, tərəfə xəbərdarlıq və ya məktublar göndərməmişdir. Bundan əlavə olaraq, birinci instansiya məhkəməsi işə baxarkən tərəflərin məhkəmə prosesində iştirakını təmin etməmiş, bununla da prosessual qanun pozuntusuna yol vermişdir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Borclu “xxxxxxxxxxx” MMC-nin direktoru X1 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 8(012)- 329/2020 saylı qərardadı ləğv edilsin və təqdimat təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №8(105)-152/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-152/2020
16.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver