Məhkəmə qərarları › İş №8(105)-152/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-152/2021

05.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-152/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Borclu: X5 iştirakı ilə, X1 məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə ərizəsi üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) X1 məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə ərizəsinin geri qaytarılması, ərizəçiyə ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: X2 məhkəmə əmrinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəmyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2021-ci il tarixli 8(060)-103/2021 saylı məhkəmə əmrinin 6 ay ərzində hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu M.M.İsmayılov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmişdir. O, 20 fevral 2013-cü il tarixdə Tələbkar ASC ilə bank hesabı müqaviləsinə əsasən kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən kreditor ona 500 manat məbləğində bol kart vermiş və müqavilədə kreditin qaytarılması günləri qeyd edilmişdir. Cədvəl üzrə o, hər ay istifadə etdiyi məbləgi kart hesabına qaytarılmalıdır. O, bol kart hesabında olan vəsaitin 144 manat 12 qəpik borcunu qaytarmış, qalan 355 manat 88 qəpik borcunu isə hissə-hissə müxtəlif vaxtlarda kart hesabına ödəmişdir. Ailə vəziyyətində yaranmış probleslərlə bağlı kredit öhdəliyini vaxtında yerinə yetirməmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli 8(060)-301/2021 saylı qərardadını ləğv edib, dəbbə pulu və faizləri ləğv edib, ödəmə barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu M.M.İsmayılov şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM-nin) 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlirdir. MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki halda ərizəçi tərəfindən MPM-nin 150.0.5-ci maddəsinin tələblərinə əməl edilməmiş, öz tələbini əsaslandığı hallara dair hər hansı sənəd (mübahisələndirilən məhkəmə aktı, əmlak vəziyyəti barədə məlumat və s.) ərizəyə əlavə edilməmişdir. Eləcə də məhkəmə qeyd edir ki, borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının nömrəsi -“8” indeks altında məhkəmə əmrinin qəbul edilməsi - düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 31 may 2021-ci il tarixli 8(060)-301/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar