Məhkəmə qərarları › İş №8(105)-153/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-153/2024

11.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-153/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X12 (məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Maraqlı şəxs icra məmuru Faqil Adıgözəlovun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327/2010 nömrəli İcra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından tələbkar X3 şikayəti üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Xaçmaz Rayon İcra və Prəbasiya Şöbəsinin icra məmuru Faqil Adıgözəlovun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327/2010 nömrəli İcra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarını ləğv edib, icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(067)-54 nömrəli qətnaməsinə əsasən borclu X5 4200 manat məbləğində pul alınaraq tələbkar X6 verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2008-ci il tarixdə Xaçmaz rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327 saylı, qərarı ilə 4200 manat borcdan qalıq qalmış 3950 manat məbləğ indeksasiya edilərək 5085 manat vəsaitin tələbkara ödənilməsi nəzərdə tutulmuşdur. Borclu məhkəmə qərarırının icrasından yayindığına görə ilk növbədə İXM-nin 313-1.1-ci maddəsinə əsasən inzibati, sonra da Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirli bilinib aylıq qazancının 15% dövlət nəfinə pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Borclu xx.xx.2012-ci ildə vəfat etdiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra vərəqələrinin icrasının dayandırılması barədə təqdimatla Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş və Məhkəmənin xx.xx.2012-ci il tarixli, 8(067)-217 saylı qərardadına əsasən borclu vəfat etdiyindən onun vərəsələri və hüquq varisləri müəyyən edilənədək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327 saylı xx.xx.2010-cu il tarxli icra sənədinin icrası dayandırımışdır. Sonradan Xaçmaz Rayon Məhkəməsinin 02 may 2013-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327 saylı xx.xx.2010-cu il tarixli icra sənədinin icrasının dayandırılmasına dair həmin Məhkəmənin 8(067)-2317 saylı, 07 sentyabr 2012ci il tarixli qərardadı ləğv edilmişdir. Borclunun vəfatından sonra vərəsəliyi qəbul edən olmadığı üçün Bak Apellyasiya Məhkəməsinin 2(103)-2327 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrasına "İcra haqqında" Qanunun 20.1.3-cü maddəsinə əsasən xitam verilməsi üçün təqdimatla Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(067)-279/15 saylı, xx.xx.2015-ci tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. İcra tədbirlərinin davamı olaraq borclu mülkiyyətində olan hal-hazırda borclunun ailə üzvləri həyat yoldaşı Nəsirova Rəhiməyə məxsus qanunla tələb yönəldilə bilən hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin borclunun adına olan Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi, ev 16-da yerləşən fərdi yaşayış evinə tələbin üzərinə yönəldilməsindən ötrü verilmiş təqdimat Xaçmaz Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(067)-204/2016 nömrəli qərardadına əsasən tıəmin edilməmişdir və Xaçmaz Rayon Məhkəməsinin qərardadı yuxarı instansiya məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır. Bu səbəbdən də xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327 saylı, xx.xx.2010cu il tarixli icra sənədi "İcra haqqında" Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərardadı ilə Maraqlı şəxs icra sənədinin geri qaytarİlmasma dair xx.xx.2017-ci il tarixli qərarı ləğv edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2327 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi xx.xx.2018-ci il tarixdə yenidən icraya yönəldilmişdir. Qətnamənin icrası icra məmuru X4 həvalə edilmişdir. İcra məmuru X7 borclunun xx.xx.2012-ci ii tarixdə vəfat etdiyinə, tələbin yənəldilməsi üçün əmlak aşkar edilmədiyinə və borclunun ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün hər hansı bir müraciətin olmaması icra sənədinin icrasina "İcra haqqında" qanunun 20.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassiz olduğundan ləğv edilməlidir. Belə ki, əvvəla borclu R.Nəsirəv xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra, Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə onun hüquqi varisləri Rəhimə Nəsirəva və Rəhman Nəsirəv ilə əvəz edilmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında isə borclu ölsə də onun mülkiyyətində olan Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi 16 saylı evdə onun ailə üzvləri arvadı və oğlunun yaşaması qeyd edilmişdir. Bununla belə, icra məmuru tərəfindən qeyd olunan hallara baxmayaraq icra tədbirləri davam etdirilməmiş və əsassız olaraq icraata xitam verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadı ilə tələbkar X3 Maraqlı şəxs icra məmuru Faqil Adıgözəlovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2327/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Aynur Əliyeva). Həmin qərardaddan tələbkar İsmayıl Aydəmirov şikayət vermiş, şikayət elektron kabinet vasitəsilə verilmədiyindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra, tələbkar X10 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadı düzgün qəbul edilməmişdir. Belə ki, Maraqlı şəxs qərarını o poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə almışdır və qanunla müəyyən edilmiş müddətdə şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə ənun məhkəməyə daxil əlduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı əlmayaraq, məhkəmənin maddi və prəsessual hüquq normalarına riayət etməsini yəxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)- 162/2024 nömrəli qərardadı ləğv edilməli və Maraqlı şəxs icra məmuru Faqil Adıgözəlovun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327/2010 nömrəli İcra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından tələbkar X3 şikayəti həmin məhkəməyə qaytarılmalıdır. İşin hallarına görə Maraqlı şəxs xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)- 2327/2010 nömrəli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İcra məmuru qeyd edilən qərarda qeyd etmişdir ki, borclu xx.xx.2012-ci il tarixdə vəfat etdiyindən, tələbin yönəldilməsi üçün əmlak aşkar edilmədiyinə və borclunun ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün hər hansı bir müraciətin olmaması icra sənədinin icrasına “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə əsasən xitam verilməlidir. Həmin qərarı mübahisələndirən tələbkar X10 şikayətini onunla əsaslandırmışdır ki, borclu vəfat etmişdir, Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə onun hüquq varisləri Rəhimə Nəsirova və Rəhman Nəsirov əvəz edilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(105)-152/2022 nömrəli qərardadında isə borclu ölsə də onun mülkiyyətində olan Xaçmaz şəhəri, Ş.Qurbanov küçəsi 16 saylı evdə onun ailə üzvləri – arvadı və oğlunun yaşaması qeyd edilmişdir. Bununla belə, icra məmuru tərəfindən qeyd olunan hallara baxmayaraq icra tədbirlərini davam etdirməmiş və əsassız olaraq icraata xitam verilmişdir. İcra sənədinə xitam verilməsi barədə qərardan verilmiş şikayəti təmin etməyən birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə qərardadından şikayət verilməsi müddətini müəyyən edən 268.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Halbuki, tələbkar məhkəmə qərardadını yox, icra məmurunun qərarını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi daha sonra öz mövqeyini Mülki Prosessual Məcəllənin prosessual müddətlərin buraxılmasının nəticələrindən bəhs edən müvafiq maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, tələbkar şikayət ərizəsi verməklə icra məmurunun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327/2010 nömrəli icra sənədinə icraata xitam verilməsi barədə qərarını mübahisələndirmiş və həmin qərarla razılaşmamasına dair öz dəlillərini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci tarixli Qərarında göstərilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Həmin Qərarda qeyd olunmuşdur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi şikayətə baxarkən məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunu və qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun Qərarını ümumiyyətlə nəzərə almamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)- 2327/2010 nömrəli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından tələbkar X3 şikayətinə Xaçmaz rayon Məhkəməsi tərəfindən baxmağa səlahiyyətinə aid olub-olmamasına dair məsələsinə diqqət yetirməmişdir. Kolegiya qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən əlunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs icra məmuru Faqil Adıgözəlovun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327/2010 nömrəli İcra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından tələbkar X3 şikayəti hazırki göstərilən xüsusatlar nəzərə alınmaqla baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prəsessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kəllegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-162/2024 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs icra məmuru Faqil Adıgözəlovun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-2327/2010 nömrəli icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından tələbkar X3 şikayəti hazırki göstərilən xüsusatlar nəzərə alınmaqla baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar