Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-153/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (sədrlik edən və məruzəçi), Süleymanova Almaz Məhərrəm qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilən şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə icasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Anar Cabbarov icra məmurunun qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, “icra sənədinin qaytarılması haqqında” Yardımlı rayonu İcra və probasiya şöbəsinin icra məmuru Həmzəyev Səbuhi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5665/2013 saylı 23 dekabr 2013cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Yardımlı rayonu İcra və probasiya şöbəsinin 11 aprel 2025-ci il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5665/2013 saylı, 23 dekabr 2013-cü il tarixli icra sənədi yenidən icra olunması üçün Yardımlı rayonu İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan Yardımlı rayonu İcra və Probasiya Şöbə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixli müşayiətedici məktubla iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 608/2025 nömrəli qərardaddan verilən şikayətin mümkünlüyünə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi mübahisələndirilən, yəni xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 saylı qərardaddan verilmiş şikayətə heç bir münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbini yerinə yetirmədən, qərardaddan verilmiş şikayətə heç bir münasibət bildirmədən işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir. Qeyd olunan hal hazırkı şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-153/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-153/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver