Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-156/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X8 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-383/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) X3 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X2 qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X7 ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin 2(060)-3312/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək 1998-ci il buraxılışlı, “Opel Astra minik” markalı, **-EP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh X4 alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin iddianın təmin olunması xahişi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh X9 tərəfindən **-EP-*** dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA MİNİK” markalı avtomaşının istifadəsinə qadağa qoyulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)- 3312/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, aktı ilə qətnamə icra edilmişdir. Sumqayıt şəhər məhkəməsinin bu iş üzrə çıxarılmış qətnaməsi icra olunsa da avtomaşının üzərinə qoyulmuş həbs götürülməmişdir. X12 avtomaşını idarə edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar X1 şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini hazırkı iş üzrə yekun məhkəmə aktının qəbul edilməməsi, bu səbəbdən həmin iş üzrə iddianın təmin edilməsi tədbirinin ləğv edilə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan X2 qərardadın ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İşdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3312/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 1998-ci il buraxılışlı, “Opel Astra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu alınaraq X5 verilməsi qət edilmişdir. Eyni zamanda həmin iş üzrə xx.xx.2019-cu il tarixli qərardadla həmin avtomobilin istifadəsinə qadağa qoyulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3312/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və hələ ki, Sumqayıt şəhər məhkəməsinə qaytarılmamışdır. Birinci instansiya məhkəməsi ərizəyə işlə birlikdə bamaq əvəzinə X2nın ərizəsini 8 indeksi ilə yeni iş kimi qeydə alaraq baxmış və bununla da “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərini pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli ləğv edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd olunan göstərişlərə əməl olunmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 42-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd olunan göstərişlərə əməl olunmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-156/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-156/2020
02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver