Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-156/2024 19.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, Xaçmaz rayon İcra və probasiya şöbəsinin borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatı əsasında çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadından Tələbkar nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Xaçmaz Rayon İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54.81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil və “Nissan X Trail” markalı, **-CP-*** qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin ½ (ikidə bir) hissəsində iddiaçı Borclu, ½ (ikidə bir) hissəsində cavabdeh Tələbkar payı müəyyən edilməlidir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsində iddiaçı Tələbkar, ½ (ikidə bir) hissəsində cavabdeh Borclu payı tanınmalıdır. 2013-cü il buraxılışlı, ** VT *** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin – 36000 (otuz altı min) manatın ½ hissəsi – 18000 (on səkkiz min) manat Borclu tutularaq Tələbkar ödənilməli, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 180 (yüz səksən) manatı Borclu alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54.81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil və “Nissan X Trail” markalı 99 CP-509 qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli. 2 mərtəbəli binada yerləşən 54.81 kv.m ümumi. 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil və “Nissan X Trail” markalı, ** CP *** qeydiyyat nişanlı minik avtomobil üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
3. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3078/2023 saylı icra vərəqəsindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli , 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin ½ (ikidə) bir) hissəsində iddiaçı Tələbkar payı müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha. Torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evinin ½ (ikidə bir) hissəsində iddiaçı Tələbkar ½ (ikidə bir) hissəsində cavabdeh Borclu payı tanınsın. 2013-cü il buraxılışlı **-VT- *** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin – 36000 (otuz altı min) manatın ½ hissəsi – 18000 (on səkkiz min) manat Borclu tutularaq Tələbkar ödənilsin. Nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli manatın 180 (yüz səksən) manatı Borclu alınaraq Tələbkar ödənilsin.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-400/2024 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3078/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuş, boclunun izahatı alınmışdır.
6. İş materiallarında olan MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54.81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə Borclu məxsusdur.
7. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan “Nissan X Trail” markalı 99 CP-509 qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin olunaraq, Borclu məxsus olan “Nissan X Trail” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.
9. Tələbkar 11 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının avtomobilin üzərinə həbs qoyulması hissədə ləğv edilməsi və borclunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0,02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54,81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) Xaçmaz rayon məhkəməsinin 21 oktyabr 2024cü il tarixli, 8(067)-158/2024 saylı qərardadından Tələbkar şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
11. Tələbkar nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Nissan X Trail” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmasını təmin etmişdir. Borclu ilə birgə nikah dövründə borclunun adına alınmış, halhazırda onun adına olan və məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş “Nissan X Trail” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı minik avtomobili (2012-ci ildə) alınan zaman pulu hər ikisinin qohumu olan X4 (dayısı) tərəfindən ödənilmiş və həmin vaxtdan da onun istifadəsində və sahibliyindədir. Borclu həmin vaxtdan X3 baş etibarnamə vermişdir. Həmin avtomobil heç vaxt onların olmayıb. Həmin vaxtdan da formal olaraq borclunun adında qalmışdır. Bu səbəbdən də boşanmadan sonra onu əmlak bölgüsü zamanı bölgüyə verməmişlər. Hər ikisi bu barədə məhkəmə prosesində məlumat versə də, məhkəmə X2 faktiki olaraq vicdanlı alıcı olduğunu və borcun həmin əmlaka yönəlməsinin onların arzusu olmadığını, göstərilən faktiki halları nəzərə almadan işə düzgün hüquqi qiymət verməmişdir. Yalnız formal borclunun adında olan avtomobil üzərinə həbs qoymaqla icra işini mürəkkəbləşdirərək icranı mümkünsüz etmişdir. Hətta bildirir ki, sənəd üzərində nikah dövründə əldə edilmiş avtomobilin yarısı ona aid olsa belə məhkəmə qərar çıxararkən bu kimi halları nəzərə almamış, bununla da məhkəmə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmamış, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız, qanunsuz və ədalətsiz qərardad çıxarması ilə nəticələnmişdir. Məhkənə iddiaçının ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamış, iddiaçının X11 və Azadlıqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş Ədalətli Məhkəmə Araşdırması hüququ pozulmuşdur. Hazırkı işdə məhkəmənin qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qərardadı əsaslandırarkən istinad etdiyi halları sübut etsə də, məhkəmə qeyd edilən prosesual normaların tələblərinə riayət etmədən əsassız olan qərardad qəbul etmişdir. Sübutları, tərəflərin mövqeyini, obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamışdır. Məlumat üçün bildirir ki, işə baxan məhkəmə üzərinə həbs qoyduğu avtomobilin faktiki digər şəxsə aid olduğunu formal olaraq borclunun adında qalmasını müəyyən etsə də, qərardad çıxararkən 3-cü şəxsin maraqlarına toxunduğunu müəyyət etsə də, bu kimi halları nəzərə almamış və sonda icrası mümkün olmayan qərardad çıxarmışdır. Məhkəmə qərardad çıxararkən, formal sübutlara və öz mülahizələrinə əsaslanmış, əsassız olaraq borclu ilə birgə nikah dövründə sənədləşmiş, lakin faktiki olaraq başqa şəxsin pulu ilə alınmış və başqa şəxsin sahibliyində və istifadəsində olan avtomobilin üzərinə həbs qoymaqla formal dəlilləri rəhbər tutmuş, avtomobilin başqa şəxslərin sahibliyində (istifadəsində) olmasına dair izahat və sübutlara diqqət yetirməmiş, bir sözlə, qərardad çıxararkən qərardadın 3-cü şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qərardadında göstərilmiş nəticələr ümumiyyətlə işin hallarına uyğun gəlmir və bununla bağlı yuxarı bölmələrdə kifayət qədər məlumat verilmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 44.1. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 398.0.3. qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesb edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadı qismən – təqdimatın təmin olunmayan hissəsində ləğv olunmalı və təqdimat təmin edilməlidir.
13. Belə ki, hazırkı təqdimatın mahiyyətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmiş, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyindən icra məmuru araşdırılan təqdimatla məhkəməyə müraciət etmişdir.
14. Birinci instansiya məhkəməsi tərəfindən təqdimat qismən təmin olunaraq, Borclu məxsus olan “Nissan X Trail” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmuşdur.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 18000 manat məbləğində icra sənədi üzrə borclunun həm Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54.81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzilinə, həm də “Nissan X Trail” markalı avtomobilin üzərinə həbsin qoyulmasını mütənasib hesab etmir. Mülki prosessual qanunvericilin tələblərinə əsasən əmlak üzərinə həbs qoyularkən birinci növbədə daşınar əmlak üzərinə, daşınar əmlak olmadıqda və ya dəyəri kifayət etmədikdə daşınmaz əmlak və ya həm daşınar, həm də daşımaz əmlak üzərinə həbs qoyula bilər. Hazırkı halda isə borclunun mülkiyyətində borcun ödənilməsinə kifayət edəcək dəyərdə (mühərrik həcmi 2500, istehsal ili 2012-ci ilə uyğun hazırkı bazar qiyməti 20000-24000 manat məbləğində olan Nissan X Trail) minik avtomobili olduğu halda, həm həmin daşınar əmlak üzərinə, həm də dəyəri borc məbləğindən bir neçə dəfə artıq olan daşınmaz əmlak üzərinə həbsin qoyulması yolverilməzdir.
16. Tələbkar 11 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 8(067)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının avtomobilin üzərinə həbs qoyulması hissədə ləğv edilməsi və borclunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0,02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54,81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyası şikayəti qismən əsaslı hesab edir və mövqeyini aşağıdakılarla əsaslandırır:
18. Borcluya məxsus avtomaşının üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Nissan X Trail” minik markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Nəqliyyat vasitəsinin etibarnamə əsasında üçüncü şəxsin idarəçiliyində olması mülkiyyət hüquqlarının həmin şəxs keçməsi demək deyildir və nəqliyyat vasitəsinin faktiki olaraq üçüncü şəxsin istifadəsində olması məhkəmə qərardadın bu hissədə ləğv edilməsinin, avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Odur ki, kollegiya şikayətin bu dəlili ilə razılaşmır və əsassız hesab edir.
19. Kollegiya şikayətin – borcluya məxsus mənzilin üzərinə həbs qoyulması barədə dəlili ilə razılaşır və birinci instansiya məhkəməsinin təqdimatın həmin hissədə təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir.
20. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmə aparılaraq göstərilir ki, hazırkı halda borcluya məxsus nəqliyyat vasitəsinin 20000-24000 manat məbləğində olması, bu baxımdan, həm həmin daşınar əmlak üzərinə, həm də dəyəri borc məbləğindən bir neçə dəfə artıq olan daşınmaz əmlak üzərinə həbsin qoyulması yolverilməzdir.
21. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, nəqliyyat vasitəsinə baxış keçirməklə qiymətləndirilmə aparılmadan onun dəyəri barədə obyektiv nəticəyə gəlmək mümkün deyildir.
22. Kollegiyanın qənatincə borclunun adına aşkar edilmiş nəqliyyat vasitəsinin mövcudluğu və vəziyyəti yoxlanılmadan, qiymətləndirilməsi həyata keçirilmədən hazırki halda borcluya məxsus əmlak üzərinə məhkəmə tərəfindən öz seçiminə görə həbs qoyulması qanunvericiliyin tələblərinə cavab vermir.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
24. Bu baxımdan qeyd edilməlidir ki, qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.
25. Həmin qaydalara əməl edilərək düzgün hüquqi qiymət verilməsi, “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılan məhkəmə qərarının icrasının təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinə nail olmaq məhkəmənin başlıca vəzifələrindən biridir.
26. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadı qismən – təqdimatın təmin edilməməsi hissəsində ləğv edilməli, təqdimat təmin edilməli, borcluya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0,02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54,81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzilin üzərinə həbs qoyulmalıdır.
27. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(067)-158/2024 nömrəli qərardadı qismən – təqdimatın təmin edilməməsi hissəsində ləğv olunsun, həmin hissədə təqdimat təmin edilsin. Borclu məxsus olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi 2-ci döngədə istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada yerləşən 54.81 kv.m ümumi, 32.46 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil üzərinə həbs qoyulsun. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.