Məhkəmə qərarları › İş №8(105)-157/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-157/2020

01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-157/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar Əbdüləzimov Ülkər Abış oğlunun, borclu Cavabdeh iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin borclunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-369/2020 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək, İddiaçı1 oğlunun nəvəsi xx xxxxxx 2017-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinə cavabdeh X2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev qeyd edilən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-369/2020saylı qərardadı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin təqdimatı təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda həmin qərardaddan narazı qalan Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-369/2020saylı qərardadından şikayət verərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin təqdimatının təmin olunmaması bardə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 8(060)369/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu Cavabdeh şikayətini müdafiə edərək göstərdi ki,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)3739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək, İddiaçı1 oğlunun nəvəsi - xx xxxxxx 2017-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinə onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması qərara alınmış, həmin qərarın icrası ilə bağlı o Sumqayıt şəhəri üzrə icra İdarəsinə dəvət olunmuşdur, azyaşlı oğlu Muradla birlikdə icra məmuru Ramil Babayevin otağına gedərək lazımi sənədlərlə tanış olmuş, icra məmuru orada onu icra sənədi ilə tanış etmiş, icra sənədinin icrasından yayınmadığını bildirmişdir. İcra məmuru bildirmişdir ki, oğlu Murad babası ilə ünsiyyətdə olmalıdır, o etiraz etməmişdir, onlar oğlu ilə birlikdə icra məmurunun otağında olarkən qəfildən oğlunun babası Murad Abdüləzimov və onun qızı Muradın bibisi (baxmayaraq ki, qərardadda və icra vərəqəsində adı yoxdur və görüş hüququ yoxdur) səs küylə otağa daxil olmuş, zorla uşağını ondan alıb çölə çıxarmağa cəhd etmişlər. Bütün bunlar azyaşlı uşağının psixologiyasına mənfi təsir göstərmişdir. Uşaq indi də gecələr ağlayaraq yuxudan durur, danışığında müəyyən problemlər yaranmışdır. O hadisədən sonra icra məmuru bir daha onu icra idarəsinə dəvət etməmişdir. O icra idarəsinə uşağı ilə birlikdə könüllü getmişdir. İcra məmurunun təqdimatının heç bir əsası yoxdur, tamamilə qanunsuz təqdimatdır, icra məmurunun dedikləri yalandır. Yuxarıda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-369/2020saylı qərardadının ləğv olunması, təqdimatın təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında tələbkar İddiaçı1 Abış oğlu izahatında şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Sumqayıt şəhər İcra İdarəsinə məlumat verilməsinə baxmayaraq şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-369/2020 saylı qərardadı ləğv edilməli, borclunun məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun təqdimatı təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən müəyyən etmişdir ki, borcluya məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə istinad edərək təqdimatı təmin etmişdir. «İcra haqqında» Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırısı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerdə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, təqdimatda borclunun İcra İdarəsinə çağırılması barədə borcluya bildirişlərin rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir. İş materiallarında olan borclunun işlədiyi “xxxx”MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktub borcluya xx.xx.2020-ci il tarixdə təqdim edilməsi müəyyən edilir. İş materiallarında olan “xxxx”MMC- tərəfindən icra idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh tanış edilmişdir. Qeyd edilən məktub icra şöbəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və icra məmuru xx.xx.2020-ci il tarixdə, yəni məktubun daxil olmasından 3 gün sonra hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan başqa iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, borclu 05.09.202-ci il tarixdə icra idarəsində olmuş, icra vərəqəsi və icraata başlamaq haqqında qərarla tanış olmuş, həmin zaman tələbkar və qızı gözlənilmədən otağa daxil girməyə cəhd edilmiş, bu zaman borclu uşağı götürərək idarəni tərk etmişdir. Göründüyü kimi, borclu iş yerinə göndərilmiş məktub əsasında məlumatlandırıldıqdan sonra xx.xx.2020-ci il tarixdə icra idarəsində olmuş və icra sənədi və icraata başlama haqqında qərarla tanış olsa da, icra məmuru 5 gün sonra borclunun məcburi gətirilməsi barədə təqdimatla müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, borclu daha əvvəl göndərilmiş bildirişlərdən məlumatlı olmasına dair iş materiallarına hər hansı sübut mövcud deyildir. Bir halda ki, borclunun İcra İdarəsinə çağırılması barədə bildiriş borcluya təqdim edilməyib, başqa sözlə, borclu İcra İdarəsinə çağrılmasından məlumatsız olub, belə olan halda borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi səhvə yol verib. Halbuki «İcra haqqında» Qanunun 84.2-ci maddəsinin tətbiqi üçün məlumatı olan borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması əsas şərtdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, borclu məlumatlandırıldıqdan sonra icra idarəsinə olmuşdur ki, bu da onun üzrsüz səbəbdən icra idarəsinə gəlməməsi kimi qəbul edilə bilməz və belə olan təqdirdə onun icra idarəsinə məcburi gətirilməsi üçün də əsaslar yoxdur. Buna baxmayaraq, icra şöbəsi heç bir əsas olmadığı halda hazırki təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də yuxarıda şərh olunan halları nəzərə almayaraq borclunun icra idarəsinə məcburi gətirilməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-369/2020 saylı qərardadı ləğv edilməli, borclunun məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)-369/2020 saylı qərardadı ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin borclunun Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə təqdimatına təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər:Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar