Məhkəmə qərarları › İş №8(105)-157/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-157/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-157/2025 07.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Borclu iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-83/2025 nömrəli qərardadından Borclu tərəfindən verilən şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə icasında baxaraq, müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Əmrullayev Nürəddin Niyazəddin oğlu Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e-2-2(119)-170/2022 saylı icra sənədinə əsasən Borclu Sultanməcid oğluna məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-83/2025 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) təqdimatın təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(105)-629 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(027)- 156/2024 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin X1 aid 1 /2 hissəsinə həbs qoyulması qərara alınmışdır. Borclu xx.xx.2025-ci il tarixində Quba Rayon Məhkəməsinə şikayət verərək, Quba Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(027)-83/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessal müddətin bərpası barədə ərizə ilə müraciət edərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 89027)-83/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)- 83/2025 nömrəli qərardaddan verilən şikayətin mümkünlüyünə tələbkar və İcra qurumunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X2 şikayətin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Belə ki, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsi mübahisələndirilən, yəni xx.xx.2025-ci il tarixli, 8(027)-83/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə şikayətlə yanaşı buraxılmış müddətin bərpasına dair borclu tərəfindən verilmiş ərizə olmasına baxmayaraq birinci instansiya məhkəməsi ona heç bir münasibət bildirməmişdir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən. şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmamasına, borclu tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən, ümumiyyətlə şikayətin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi bаxılmаsı üçün Sumqayıt Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin sadalanan tələblərinə əməl etməmişdir. Odur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-83/2025 nömrəli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq qərardaddan şikayət verilməsi üçün müddətin bərpasına dair borclunun ərizəsinə baxılmalı, bundan sonra müvafiq prosessual hərəkətlər yerinə yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-83/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar