Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-158/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X18 (məruzəçi), X6 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 690/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Maraqlı şəxs icra məmuru X11 tərəfindən xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata icra sənədi tam icra edildiyindən xitam verilmişdir. Tələbkar qeyd olunan qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 513/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh Borclu ilə iddiaçı Tələbkar arasında olan xx.xx.2007-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 Borclu alnaraq iddiaçıya verilməsi qət olunmuşdur. Borclu birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 ünsiyyət adı altında iki aydan artıqdır ki, aparmış və uşağın gətirilməsi ilə bağlı müraciətlərə baxmayaraq bu günə qədər uşağı geri qaytarmaqdan imtina etmişdir. Bununla bağlı onlar tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli məktubu ilə qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsi icra olunması üçün xx.xx.2021-ci il tarixdə icra vərəqəsi göndərilmişdir. Həmin icra sənədi ilə bağlı xx.xx.2022-ci il tarixdə icraata xitam verilməsi qərar qəbul edilmişdir. Müraciətə cavab olaraq bildirmişlər ki, “İcra haqqında" AR Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunan Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 269.2-ci maddəsinə əsasən şikayət əsashdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Bu səbəbdən də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmadığı üçün icra sənədinin yenidən icraya göndərilməsi mümkün deyildir. Əlavə olaraq qeyd etmək istəyir ki, Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı ərizənin qoşma hissəsinə Maraqlı şəxs icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının əlavə olunması zərurəti ona Sumqayıt Şəhər Məhkəməsi tərəfindən məktubla bildirildikdən sonra onun tərəfindən Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə müraciət olunmuşdur. Sumqayıt şəhər İcra və Probasiya şöbəsi cavab məktubu ilə ona icraata xitam verilinəsi barədə qərarın və aktın surətlərini təqdim etmişdir. Həmin sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-690/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Maraqlı şəxs icra məmuru X8 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə alimentin tutulması ilə bağlı olan öhdəlik olmaqla uşaqların yetkinlik yaşına çatanadək hər ay tutulması davam etdirilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 29 avqust 2022-ci il tarixli, e-2(060)-460/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılaraq uşağın atanın himayəsindən alınıb tələbkara verilməsinə dair qətnamənin qanuni qüvvəsini almadan icra məmuru Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “icraata icra sənədi tam təmin edilməsi” əsası ilə xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Lakin icra işindən və icra məmurunun qərarından görünür ki, icra məmuru Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi üzrə icra sənədinə xitam verməsinə baxmayaraq icra sənədinin icrasını tam şəkildə həyata keçirməmişdir. Bundan əlavə iş materiallarında olan Şabran Rayon Məhkəməsinin qətnaməsindən tələbkar apellyasiya şikayəti verməklə həmin qətnamənin qanuni qüvvəsini almadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və qanunvericiliyin tələbi baxımından qanuna uyğun deyil. Ona görə də icra məmuru “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Ona görə də icra məmurunun icraata xitam verilməsi barədə qərarı ləğv olunmalıdır. Borclu qeyd edilən qərardaddan şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər üzrə İcra İdarəsinin icra məmuru X8 icra sənəd i üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləgv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi daxil olduqdan sonra icra məmuru borclu ilə əlaqə saxlamış, uşaq alınaraq xanıma verilmiş və bununla əlaqədar akt tərtib olunmuşdur. Daha sonra borclunun iş yerinə yönəldilmiş ki, onun əmək haqqından pul tutulsun. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(060)- 3022/2022-ci il nömrəli qətnaməsinə əsasən təyin olunmuş aliment miqdarı dəyişdirilərək hər uşağa 170 (yüz yetmiş) manat sabit pul məbləgində alimentin tutulması qət edilmişdir. Borclununda heç bir aliment borcu olmadığından Sumqayıt Şəhər üzrə İcra İdarəsinin icra məmuru X8 icra sənədi üzrə icraata xitam verilmişdir. Bu hal qanuni və əsaslıdır ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(060)-3022/2022-ci il nömrəli qətnaməsinə əsasən təyin olunmuş aliment miqdarı dəyişdirilərək hər uşağa 170 (yüz yetmiş) manat sabit pulməbləgində alimentin tutulmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər üzrə İcra İdarəsinin icra məmuru X8 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləgv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınması bu deməkdir ki, onda Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(060)-513/2021-ci il nömrəli qətnaməsinə əsasən təyin olunmuş aliment miqdarı hər uşağa 150 (yüz əlli) manat sabit pul məbləgində alimentin yenidən tutulmasının davam etməsidir. Yəni Sumqayıt Şəhər üzrə İcra İdarəsinin icra məmuru X8 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləgv edilməsi açıq-aydın bu halın baş verməsinə gətirib çıxarmaq deməkdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının qanunsuz və əsassız olması burdan açıq aydın görünür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-690/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-513/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı onun cavabdehə qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X3 anası Tələbkar yanında qalması, X5 atasından alınaraq anasına verilməsi, 02 fevral 2021-ci il tarixdən başlayaraq iddiaçıdan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi, həmçinin iddiaçıdan xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat və müalicəsi ilə bağlı əlavə xərclərə görə uşaq sağalanadək hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin uşağın atadan alınıb anaya verildiyi vaxtdan hesablanması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması və iş üzrə ödənilmiş dövlət rüsmunun iddiaçıya aid edilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(060)-513/2021 nömrəli icra vərəqəsi üzrə tələb icra edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Borclu apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 29 avqust 2022-ci il tarixli, e-2(060)-460/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata icra sənədi tam təmin edildiyindən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3022/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(060)-513/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulması, alimentin dəyişdirilmiş məbləğdə tutulmasınən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin e-2(031)-143/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Borclu yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə cavabdeh Tələbkar sabit pul məbləğində hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ilkin iddia üzrə iddiaçı Borclu verilməsi, alimentin tutulmasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında qarşılıqlı iddia üzrə cavabdeh Borclu qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 170 manat miqdarda alimentin məbləğinin artırılması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qarşılıqlı iddia üzrə cavabdeh Borclu hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarda alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Tələbkar verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-690/2024 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs icra məmuru X8 xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-513/2021 nömrəli qətnaməsi üzrə icra vərəqəsinə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarı ilə xitam verilmişdir. Mübahisələndirilən qərardadn görünür ki, icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən normaya əsasən icra sənədinə xitam verilməsi ilə razılaşmayarkən qeyd etmişdir ki, icra işindən və icra məmurunun qərarından görünür ki, icra məmuru Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi üzrə icra sənədinə xitam verməsinə baxmayaraq icra sənədinin icrasını tam şəkildə həyata keçirməmişdir. Halbuki iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qətnamə tam icra olunmuşdur. Bundan başqa, sözügedən qərarın qəbul edilməsindən 2 ildən çox vaxt keçmişdir. İş materiallarında olan məhkəmə aktlarından da görünür ki, tərəflər arasında məhkəmə mübahisələri davam etməkdədir. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında hal-hazırda da uşaq və aliment tələbinə dair məhkəmə mübahisələri olduğundan, artıq icra olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-513/2021 nömrəli qətnaməsi ilə bağlı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv oluna bilməz. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1, 20.1.5-ci-ci maddələrnə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanununun 20.5-ci maddəsinə əsasən Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-690/2024 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs icra məmuru X8 xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-690/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-513/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhər İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-158/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-158/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver