Məhkəmə qərarları › İş №8(105)-16/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-16/2023

08.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-16/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-1431/2021 nömrəli icra sənədi üzrə Şabran rayon İcra və probasiya şöbəsinin 16 sentyabr 2022-ci il tarixli qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarının ləğv edilməsi barədə “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzinin direktoru X5 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, Müəyyən etdi : İddiaçı X4 cavabdeh Borclu Əlbaba oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış Şabran rayonun Şahnəzərli kəndindəki evə gedən yolun üstündə cavabdeh Borclu tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(031)-39/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, X3 miras qalmış Şabran rayonun Şahnəzərli kəndindəki evə gedən yolun üstündə cavabdeh Borclu Əlbaba oğlu tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir. Cavabdeh Borclu Əlbaba oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-1431/2021 nömrəli qətnaməsi ilə cavabdeh Borclu Əlbaba oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(031)- 39/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılaraq iş üzrə aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) AZN manat pulun cavabdeh Borclu Əlbaba oğlundan alınıb "xxxx" MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ******************** Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi icraata qəbul edilərək müvafiq icra tədbirlərinin aparılması qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə mübahisəli ərazidə inşa olunmuş tikili sökülmüş və bu barədə müvafiq akt tərtib edilərək həmin hissədə icra sənədi tam icra olunsa da, icra sənədi üzrə borcludan 500 manat ekspertiza xərcinin alınaraq müvafiq hesaba köçürülməsi mümkün olmamışdır. Sonda Şabran rayon İcra və probasiya şöbəsinin 16 sentyabr 2022-ci il tarixli qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarı qəbul edilmişdir. “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzinin direktoru X5 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinə əsasən Mərkəzə 500 manat ekspertiza xərci ödənilməlidir. İcra məmuru tərəfindən icra sənədi tam icra olunmamış, həmin hissədə qətnamə icrasız qalmışdır. Bu səbəbdən də, Şabran rayon İcra və probasiya şöbəsinin 16 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəllənin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 23.1-ci maddəsinə görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.), borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda (maddə 23.1.2), borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1.3), tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə (maddə 23.1.4), tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Beləliklə öyrənilən işdən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsi qismən, yəni tikilinin sökülməsi hissəsində icra olunsa da, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) manat pulun cavabdeh Borclu Əlbaba oğlundan alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi hissəsində icra olunmamışdır. Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 icra işini tam icra etmədən xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə qaytarmışdır. Yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzinin direktoru tərəfindən verilmiş şikayət təmin edilməli, Şabran rayon İcra və probasiya şöbəsinin 16 sentyabr 2022-ci il tarixli “qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı qismən ləğv edilməli və icra işi məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) manat pulun cavabdeh (borclu) Borclu Əlbaba oğlundan alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi hissəsində icra işinin davam etdirilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilməlidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş şikayət təmin edilsin. Şabran rayon İcra və probasiya şöbəsinin 16 sentyabr 2022-ci il tarixli “qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı qismən ləğv edilsin və icra işi məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) manat pulun cavabdeh Borclu Əlbaba oğlundan alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi hissəsində icra işinin davam etdirilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar