Məhkəmə qərarları › İş №8(105)-16/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-16/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-16/2025 03.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, İddiaçı Tələbkar nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-7021/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X8 tərəfindən verilmiş ərizəyə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi:

1. İddiaçı Tələbkar cavabdehlər X11 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 7-ci mkr, ev 5b, mənzil 16-da yerləşən ona məxsus yaşayış evini qanunsuz zəbt etmiş X9, X2 ailə üzvləri ilə birlikdə mənzildən məcburi qaydada çıxarılmaları və həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Zəngilan Rayon Məhkəməsinin 2-4/05 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-ci mikrorayondakı 5b saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar həmin mənzilə köçürülməsi, qətnamənin mənzildən çıxarmaya dair olan hissəsinin icrasının Ağdam rayonun işğal olunmuş əraziləri azad edilənədək dayandırılması qət edilmişdir.

3. Qətnamədən iddiaçı Tələbkar və cavabdeh X5 tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 17 mart 2005-ci il tarixli, 1MK-1393/2005 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar Borisovanın apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-ci mikrorayondakı 5b saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi hissəsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.

5. Qətnamədən iddiaçı Tələbkar tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 21 iyul 2005-ci il tarixli, 6K-1518/2005 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 17 mart 2005-ci il tarixli, 1MK-1393/2005 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-7021/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar Borisovanın apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri 7-ci mikrorayondakı 5b saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi hissəsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.

8. İddiaçı Tələbkar Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qətnaməsinin icraya yönədilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-7021/2005 saylı, 15 noyabr 2012-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-7021/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin icraya yönəldilməsi, qətnamənin icrasının Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmış, qətnamə xx.xx.2012-ci il tarixli təkrar icra vərəqəsi ilə icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir.

10. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Qədir Mikayılov tərəfindən xx.xx.2012-ci il tarixdə “icaata başlamaq haqqında” qərar qəbul edilmiş, iş üzrə icraata başlanılmışdır.

11. İddiaçı Tələbkar xx.xx.2013-cü il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı Tələbkar Borisovanın iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-7021/2005 saylı, 27 mart 2013-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 08 dekar 2005-ci il tarixli 1MK-7021/2005 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

13. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Qədir Mikayılov tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarla (tələbkarın hərəkətsizlik edərək icra şöbəsinə gəlməməsi ilə əlaqdar) icra vərəqəsi Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına geri qaytarılmışdır.

14. İddiaçı Tələbkar xx.xx.2015-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək 1MK- 7021/2005 saylı, xx.xx.2005-ci il tarixli icra vərəqəsinin onaməlumat verilmədən məhkəməyə qaytarıldığını bildirmiş, icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1MK-7021/2005 nömrəli məktubu ilə icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, icra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır.

16. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli, xx/xx-11188-3 nömrəli məktubunda qeyd edilmişdir ki, icra vərəqəsinə əsasən cavabdehin ailə üzvləri ilə mübahisəli mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsinin Ağdam rayonunun işğal olunmuş əraziləri azad edilənədək dayandırılmışdır.

17. İddiaçı Tələbkar özünün xx.xx.2024-cü il tarixli ərizəsində yenidən məhkəməyə müraciət edərək Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qədir Mikayılovun “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2013-cü il tarixli qərarından narazılığını bildirmiş və Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 1-MK-7021/2005 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-57/2024 nömrəli qərardadı ilə iddiaçı Tələbkar Barisovna tərəfindən verilmiş ərizə təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1-MK-7021/2005 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin, icra işinin davam etdirilməsi üçün yenidən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.

19. X1 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 1MK- 7021/2005 nömrəli qətnaməsinin məzmununa izah verilməsini xahiş etmişdir.

20. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdam rayon, Maqsudlu kəndindən məcburi köçkün düşdüklərindən 1996-cı il tarixdən ailəsi ilə birlikdə yuxarıda qeyd edilən mənzildə yaşayırlar. Məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu üzrə məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırkı vaxta qədər həyata keçirilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamının 1ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və yerlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ailə məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır və Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu üzrə məcburi köçkün ailələrinin öz doğma yurdlarına köçürülməsi hazırkı vaxta qədər həyata keçirilməmişdir. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 1MK-7021/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, 7-ci mikrorayondakı 5 “b” saylı evin 16-cı mənzilindən çıxarılması və Tələbkar Borisovanın həmin mənzilə köçürülməsi hissəsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Bildirir ki, məhkəmə qətnaməsində onların mənzildən çıxarılması və mənzilə köçürülmə hissəsi eyni vaxtda icra edilməsi bildirilsə də, Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarın icraata başladığı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-7021/2005-ci tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Bir neçə dəfə bir neçə şəxs və tələbkarla birgə mənzilə gələrək boşaldılmasını tələb etsə də, mübahisə yarandığı üçün icranı başqa tarixə təyin etmişdir. Hal-hazırda həyat yoldaşı, oğlu, qızı, iki azyaşlı nəvələri sözgedən mənzildə 30 ilə yaxındır yaşayırlar. Ağdam şəhərində evləri tikilib hazır olandan sonra onlar da öz dədə baba yurdlarına dönəcək, həmən mənzili boşaldacaqlar. İcra şöbəsinə dəfələrlə izah edilmişdir ki, qətnaməyə əsasən mənzilin boşaldılması və mənzilə köçürülmə eyni vaxtda icra edilməsi qətnamədə müəyyən edilmişdir, İcra şöbəsinin əməkdaşları buna məhəl vermədən icra hərəkətlərini davam etdirirlər. Odur ki, qətnamənin məzmununa izah verilməlidir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı (tələbkar) Tələbkar nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf uzun illərdir onlara məxsus olan mənzildə qanunsuz olaraq yaşayır. Qanuni qüvvədə olan məhkəmə qərarının olmasına baxmayaraq, cavabdeh tərəf mənzildən çıxmır, hər dəfə müxtəlif bəhanələrlə işi uzatmağa çalışır. Hətta məhkəmə tərəfindən cərimə də olunublar. Hesab edir ki, ərizə yenə də süni maneə yaratmaqdan başqa bir şey deyildir. Ona görə də təmin olunmamasını xahiş edir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh (borclu) tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.

24. Məhkəmə kollegiyası ərizəni iddiaçı tərəfin izahatı və iş materialları ilə araşdıraraq hesab edir ki, X8 tərəfindən verilmiş qətnaməyə izah barədə ərizə geri qaytarılmalıdır.

25. Birincisi, ona görə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(105)-152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, yuxarıda istinad edilən məhkəmə qətnaməsi üzrə digər cavabdeh X11 tərəfindən verilmiş qətnaməyə izah edilməsinə dair eyni məzmunlu ərizə təmin edilməmişdir. Göründüyü kimi həmin məhkəmə aktı ilə cavabdehin ərizəsinin dəlillərinə hüquqi qiymət verilmiş və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır

26. İkincisi, X4 ərizəsinin məzmunu qətnamənin izahı ilə bağlı deyil, daha çox qətnamənin həqiqi məzmununun dəyişdirilməsinə nail olmağa cəhd xarakteri daşıyır. Ona görə də qərarın oxunaqlı dildə olmaması və ya başa düşülməməsi kimi amillər cavabdehin şəxsi mülahizələrinə əsaslanan subyektiv fikridir. Dövlətin adından çıxarılmış qərarın bu formada izahı isə yolverilməz olduğundan ərizə təmin edilə bilməz.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK- 7021/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X8 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır.

28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-7021/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X8 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar