Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-161/2025 20.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X1 Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-1869/2025 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 2(060)-1869/2025 saylı mülki işə baxılmışdır. Bu işlə bağlı ailə vəziyyətini, özünün zob xəstəsi, yoldaşının şəkər xəstəsi, oğlunun isə hər iki ayağından əlil, kirayədə yaşamasının və evinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən qətnamədən hər ay 100 manat ödəməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-1869/2025 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X5 Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində maşinist/kompressor qurğuları vəzifəsində çalışır və aylıq maaşı isə 1060,93 manatdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalır, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcək, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından narazı qalan X2 şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin hər ay 100 manat ödəməklə hissəhissə icra edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, ərizədə göstərdiyi hallar-ailəsinin sosial vəziyyəti və ağır maddi şərait qətnamənin hissə-hissə icrasına əsas yaratmalı idi. Hazırda SOCARın “Azərikimya” İstehsalat Birliyində kompressor qurğuları üzrə maşinist vəzifəsində çalışır və maaşı cəmi 1060,93 manat təşkil edir. Həmin vəsaitin yarısından çoxunun borca yönəldilməsi ailəsini ağır maddi duruma salır. Ailə üzvlərindən həyat yoldaşı şəkər xəstəsidir, oğlu X4 hər iki ayağından əlildir və daim qulluq tələb edir, eyni zamanda, özü də zob xəstəliyindən əziyyət çəkir. Ailənin mülkiyyətdə heç bir ev yoxdur və kirayədə yaşayırlar. Bu sosial və tibbi vəziyyətin fonunda, borcun birdəfəlik və ya yüksək aylıq məbləğlə ödənilməsi ailəsinin maddi vəziyyətini dözülməz həddə çatdırır. Hər ay yalnız 100 manat ödəməklə öhdəlik götürə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Elçin Kazımov) şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafəisi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, «…. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar……» Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(060)-1869/2025 saylı icra sənədi üzrə borcludan tutulmalı olan 4466,65 manat pulun hər ay 100 manat manat olmaqla hissə-hissə ödənilməsini xahiş edir ki, həmin məbləğin hissə-hissə olmaqla hər ay 100 manatdan ödənilməsi 45 ay ərzində tam ödənilməsi anlamına gəlir ki, bu da ağlabatanlılıq və ədalətlilik meyarlarına cavab verməməklə, tələbkarın qanuni mənafelərinin kobudcasına pozulmasına səbəb ola və əmlak mənafelərinə əhəmiyyətli zərər vura bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-161/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-161/2025
20.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver