Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-162/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovanın katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli 2(060)- 4470/2019 saylı iş üzrə verilmiş icra sənədi üzrə Borclu ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4470/2019 saylı iş üzrə verilmiş 27.06.2019-cu il tarixli icra sənədi üzrə üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyevin təqdimatının təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4470/2019 saylı iş üzrə verilmiş 27.06.2019-cu il tarixli icra sənədinə əsasən 10.04.2018-ci il tarixli, 126CLM********** saylı kredit müqaviləsinə əsasən 5470,47 manat əsas, 806,47 manat faiz borcu, 22.09.2018-ci il tarixli, **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə 380 manat əsas, 95,27 manat faiz olmaqla, ümumilikdə 6752,21 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şirəli Pirəliyev Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4470/2019 saylı iş üzrə verilmiş 27.06.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi İ.Kərim şikayəti onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş qətnamə icrasız qalmışdır. Qətnamə ilə müəyyən edilmiş məbləğin uzun müddətə tələbkara qaytarılmaması konstitusion prinsiplər baxımından tələbkarın hüquqlarının pozulması dəlalət edir. Cavabdeh könüllü qətnamə icra etmir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli 8(060)- 275/2021 saylı qərardadının ləğv olunması və təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə təqdimat verən şəxs, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, təqdimatda borclunun icranı könüllü təmin etməməsinə və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına istinad olunsa da, qeyd edilənləri təsdiq edən hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Təqdimata əlavə olunmuş sənədlər borclunun icra sənədini həqiqətən də üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N saylı Qərarı ilə təsdiq olunmuş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1- ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Həmin Təlimatın 2.5.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmamışdır. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02.10.2012-ci il tarixli qərarına əsasən borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizə verilməsi istisna edilməməlidir. Məhkəmə aktını icra etməmə yalnız o halda qərəzli hesab olunur ki, təqsirkar şəxsə yazılı xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarlarının icra edilməsi ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarlarının icrası üçün faktiki imkanlarının olmaması. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən hallar məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsinə də şamil oluna bilər. Avropa İnsan Hüquqları Konvensiyasına 4 saylı protokolun 2-ci maddəsinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai sayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Ona görə də qanunda nəzərdə tutulan əsaslar olmadan, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması Avropa Konvensiyası ilə qoruma altına alınan hərəkət etmək azadlığı hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası təqdimatın təmin edilməməsi barədə qərardadın qanunda zidd olmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul etmir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X4 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 31 may 2021-ci il tarixli 8(060)-275/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №8(105)-162/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-162/2021
22.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver