Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-163/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(060)-203/2021 saylı qərardadından borclu Y.T.Ələkbərov tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(060)-203/2021 saylı qərardadı ilə (hakim E.X.Hüseynov) borclu X2 Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraata başlamaq haqqında 19 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-203/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Borclu Y.T.Ələkbərov şikayət verib, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 8(060)-203/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Borclu Y.T.Ələkbərov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 04 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, şikayətin təmin edilib, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Tələbkar ASC və X5 arasında bağlanmış 31.07.2019- cu il tarixli, 19016-SO84526/744740 saylı kredit limiti müqaviləsi çərçivəsində illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 31.07.2021 -ci il tarixinədək 15.000 (on beş min) AZN məbləğdə borc pul verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 31.07.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Banka ipoteka qoyulmuşdur.Bankın ipoteka hüququ 02.08.2019-cu ildə AR ƏMDK yanında DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır (reyestr № **********03- 05***-*******, qeydiyyat № **********). 31.07.2019-cu 19016-S084526/744740 saylı kredit limiti müqaviləsinə əlavə olan ödəniş Cədvəlinə əsasən (Kerdit müqaviləsinin bank proqramında nömrəsi: 016İAMR********) X5 əsas borc və faiz borcu daxil olmaqla ayda 778.92 (yeddi yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat ödəniş etməyi öhdəlik götürmüşdür. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq 6 ay vaxtlı-vaxtında ödəniş etdikdən sonra Kredit verən Tələbkar ASC və X5 arasında bağlanmış 19016-S084526/744740 saylı, 31.07.2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 №-li, 20.02.2020-ci il tarixli razılaşma ilə X3 illik 21 (iyirmi bir) % dərəcəsi ilə 18.02.2022-ci il tarixinədək o (sıfır) ay güzəşt olmaqla 20.000 (iyirmi min) AZN kredit ayrılmış və yeni ödəniş cədvəli tərtib edilmişdir. Tələbkar ASC-nin 11 yanvar 2021-ci il tarixli İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişinə əsasən X2 06.01.2021-ci il tarixə banka olan borcunun məbləği 20.000 manat əsas borc, 3059,79 manat faiz və 165,28 manat cərimə olmaqla, cəmi 23225,07 manat borcu olması müəyyən edilmiş, «İpoteka haqqında» AR Qanununun 34 və 36-cı maddələrinə əsasən bank qarşısında ipoteka ilə təmin olunan icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlanıldığı nəzərinə çatdırılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 19 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-1381 saylı, 17.02.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar ASC-nin tələbi ilə ipoteka qoyan borclu X4 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.01 kv.metr olan mənzilə (cəmi 23225.07 manat məbləğində) tutmanın yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1 - 15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansya məhkəməsi borclu Y.T.Ələkbərovun Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraata başlamaq haqqında 19 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-203/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu Y.T.Ələkbərovun verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(060)-203/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-163/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-163/2021
23.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver