Məhkəmə qərarları › İş №8(105)-164/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-164/2020

08.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-164/2020 08.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Borclu1, təqdimatı vermiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Əsgərov Samir Sabir oğlunun iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)578/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Samir Əsgərovun təqdimatı üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-401/2020 saylı qərardadından Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-578/2020 saylı iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu1 50000 (əlli min) ABŞ dolları(ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla), 22000 (iyirmi iki min) manat və ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitləri alınaraq tələbkar X1 hüquqi varisi Tələbkar ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-270/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-578/2020 saylı iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı Borclu1 arvadı Borclu2 ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 103,90 kv.m olan 3 otaqlı mənzilin və “Range Rover” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Əsgərov təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Ona görə də Borclu1 adına olan “Range Rover” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşının və Borclu1 arvadı Borclu2 ilə birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 44, mənzil 37 ünvanında ümumi sahəsi 103,90 kv.m olan 3 otaqlı mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)401/2020 saylı qərardadı ilə təqdimat təmin olunmamışdır (hakim Rəşad Qoşqarlı) Həmin qərardaddan təqdimatı vermiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Əsgərov şikayət verərək qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)401/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Əsgərov şikayəti müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-578/2020 saylı iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu1 50000 (əlli min) ABŞ dolları(ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla), 22000 (iyirmi iki min) manatvə ödənilmiş 30 (otuz) manatməbləğində pul vəsaitləri alınaraq tələbkar X1 hüquqi varisi Tələbkar ödənilməlidir. İcra sənədi xx xxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-270/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-578/2020 saylı iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı Borclu1 arvadı Borclu2 ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 103,90 kv.m olan 3 otaqlı mənzilin və “Range Rover” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinin verilməsinə əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv olunmuşdur. İcra sənədinin verilməsinə əsas olmuş qiyabi qətnamə ləğv edildiyindən icra işi üzrə görülmüş tədbirlərin ləğv olunmasına zərurət yaranmış və bu məqsədlə borclunun arvadı Borclu2 adına olan mənzilin və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün müraciət etsə də, təqdimatı təmin edilməmişdir. Hesab edir ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, “ İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsinə əsas olan məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Göstərilən icra sənədinin, yəni qiyabi qətnamə ləğv edildiyindən həmin icra sənədi üzrə icraata “ İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Lakin məhkəmə yeni məhkəmə baxışı təyin edildiyini, yekun məhkəmə aktının qəbul edilmədiyindən təqdimat təmin edilməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(060)401/2020 saylı qərardadının ləğv edilərək təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında borclu X4 şikayətin təmin edilərək qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməsinə dari qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tələbkarın ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, təqdimat təmin edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Borclu1 qarşı “pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-578/2020 saylı qiyabi qətnaməsinin ləğv olunması və iş üzrə icraat təzələnərək işin mahiyyəti üzrə məhkəmə iclasında baxılmasının Sumqayıt Şəhər Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixə saat 16.00-a təyin edilməsi qərara alınmasını, iş üzrə yekun məhkəmə aktı qəbul edilməməsini, bu səbəbdən həmin iş üzrə əmlaklara qoyulmuş həbs götürülə bilməməsini müəyyən edərək təqdimatı təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməklə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, hazırda borclunun əmlakı üzərinə həbs qoyulmasına əsas Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 578/2020 saylı qiyabi qətnaməsi üzrə verilmiş icra sənədi olmuş, həmin icra sənədi üzrə aparılmış icra hərəkərlərindən sonra qeyd edilən əmlaklar üzərinə həbs qoyulmuşdur. Hazırda iş materiallarından müəyyən edilir ki, icra sənədinin verilməsinə əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 578/2020 saylı qiyabi qətnaməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv olunmuş, iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün məhkəmə iclasına təyin edilmişdir və hazırki gündə iş üzrə yekun aktın qəbul edilməsinə dair iş materiallarında məlumat yoxdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icraata xitam verilir. Göründüyü kimi, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi hazırda ləğv edilmişdir. Bu səbəbdən də ləğv edilmiş qətnamə üzrə verilmiş icra sənədin üzrə icra hərəkərlərinin davam etdirilməsi qanunvericiliyə ziddir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməyərkən hazırki iş üzrə qiyabi qətnamənin ləğv edilsə də, işin məhkəmə baxışına təyin edilməsi və iş üzrə yekun aktın qəbul edilməməsinə və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə istinad etmişdir ki, kollegiya bunun əsaslı saymır. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 45.6cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Hazırki işdən görünür ki, tərəflər arasındakı mülki işin əsasını pul tələbi təşkil edir və üzərinə həbs qoyulmuş əmlaklar hazırki işin mübahisə predmeti deyildir. Belə olan halda iddia predmetinə aid olmayan cavabdehin adına olan əmlaklar üzərinə həbs qoyulması qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddianın predmeti pul tələbidir, həmin tələblə əlaqədar olmayan əmlak üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması yolverilməzdir. İddianın predmeti ilə əlaqəli olmayan əmlak üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasına təminat yaradan tədbir kimi qəbul edilə bilməz. Çünki hazırki iş üzrə pul alınması barədə iddia tələbi təmin ediləcəyi halda, cavabdehdən üzərinə həbs qoyulan əmlaklar deyil, pul vəsaiti alınacaqdır. Pul vəsaitinin alınması ilə bağlı belə tədbir cavabdeh qətnaməni könüllü şəkildə icra etməyəcəyi halda, yalnız “İcra haqqında” Qanuna uyğun olaraq məhkəmə qətnaməsinin icrası qaydasında, icra məmurunun təqdimatı ilə görülə bilər. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-401/2020 saylı qərardadı ləğv edilməli, təqdimatı təmin edilməli, Borclu1 arvadı Borclu2 ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 103,90 kv.m olan 3 otaqlı mənzilin və “Range Rover” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(060)-401/2020 saylı qərardadı ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatı təmin edilsin. Borclu1 arvadı Borclu2 ilə birgə mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 103,90 kv.m olan 3 otaqlı mənzilin və “Range Rover” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün.. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar