Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-164/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya şöbəsinin "icraata xitam verilməsinə dair qərarından" X8 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı X8 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1198/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçı X3 övladı X4 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Ərizəçi X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1198/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(012)-669/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, onun X5 ilə bərabər ünvan 1 ünvanında yerləşən evə köçürülməyi qət edilmişdir. Həmin iş üzrə tərtib edilmiş icra vərəqəsi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədiyyə qulluqçusu X6 xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə icra olunması əsası ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1198/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. İcra sənədinə xitam verilməsinə baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1198/2023 nömrəli qətnaməsi tam şəkildə icra edilməmiş, evin açarları ona verilməmiş, evə köçürülməmiş, borclu onu qeyd edilən evə buraxmır. Hazırda qeyd edilən iş üzrə çıxarılmış icra vərəqəsinin icra olunmaq üçün yenidən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 73-cü maddəsi tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədinin icrası ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 73.5. maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Göründüyü kimi “İcra Haqqında” Qanunun 73.5-ci maddəsində akt tərtib edildikdən sonra borclu tələbkara yenidən maneçilik törətməsi halında icra sənədinin yenidən icraya yönəldilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarını tələblərinə əsasən qeyd edir ki, icra sənədinin yenidən icraya yönəldilməsi “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə icra sənədi məhkəməyə geri qaytarıldığı və həmin əsalar aradan qalxdığı halda mümkündür. Hazırkı iş üzrə isə tələb borclu tərəfindən tam icra edilməsi əsası ilə xx.xx.2024-cü il tarixli icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olduğu təqdirdə isə tələbkar “İcra haqqında” Azərbaycan Respublikası qanunun 73.5-ci maddəsinə əsasən tələbkar icra şöbəsinə müraciət edərək, icra sənədi üzrə icraatın təzələnməsini tələb etməkdə haqlı hesab olunur. Müraciəti təmin olunmadığı halda isə tələbkarın icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək hüququ vardır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1198/2023 nömrəli qətnaməsi üzrə icra sənədinin yenidən icraya yönəldilməsi barədə iddiaçı X8 tərəfindən verilmiş ərizə təmin edilməsin. “İcra haqqında” Qanunun 73.5-ci maddəsinin tələbinə əsasən tələbkara icra sənədi üzrə üzrə icraatın təzələnməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-164/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-164/2025
26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver