Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-166/2020 09.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və X2 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinin izah edilməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlovun ərizəsi təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli, 2-519 saylı qətnaməsi aşağıdakı məzmunda oxunsun: JN- 158, KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X10, X13 və X11 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X10 və X5 torpaq sahələri ayrılsın. Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X10 və X5 torpaq sahələri üzrə Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızına ayrılan pay şimaldan cənuba doğru - qərbdən 13.60 metr, şərqdən 8 metr, cənub-şərqdən 23.20 metr, şimaldan 414.35 metr, cənubdan 393.93 metr olmaqla 0.574 ha, X6 ayrılan pay şimaldan cənuba doğru -qərbdən 15.50 metr, cənub-şərqdən 47.35 metr, şimaldan 393.93 metr, cənubdan 354 metr olmaqla 0.574 ha, X7 ayrılan pay şimaldan cənuba doğru qərbdən 19.10 metr, cənub-şərqdən 50,40 metr, şimaldan 354 metr, cənubdan 312.15 metr olmaqla 0.574 ha olmaqla ayrılsın. Bu qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X10 və X5 adına 1.71 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktının verilməsi üçün əsadır. Bu qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi Borclu və onun yetkinlik yaşına çatmamış uşağı X8 adına 1.16 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktının verilməsi üçün əsasdır. Tərəflərə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktları verilərkən onların adına olan JN-158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ləğv edilməsi təmin edilməsi qərara alınmışdır. Üçüncü şəxs Maraqlı şəxs qərardaddan şikayət vermişdir. Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519/2006 saylı icra vərəqəsinə əsasən JN-158, KOD ******* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X10, X13 və X11 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X10 və X5 torpaq sahələrinin ayrılması təmin olunmalıdır. Bu qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X10 və X5 adına 1.71 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktının verilməsi üçün əsadır. Bu qətnamə payları bərabər torpaq mülkiyyətçisi kimi Borclu və onun yetkinlik yaşına çatmamış uşağı X8 adına 1.16 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktının verilməsi üçün əsasdır. Tərəflərə Torpağa Mülkiyyət Hüququna dair yeni Dövlət Aktları verilərkən onların adına olan JN158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ləğv edilməsi təmin edilməlidir. Qeyd olunan icra sənədində payçılara düşən torpaq paylarının torpaq sahəsinin hansı istiqamətindən ayrılması göstərilmədiyindən həmin icra sənədinin icrası mümkün olmamışdır. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faqil Adıgözəlov İcra Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519/2006 saylı qətnaməsinə JN158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində birgə bərabər torpaq payçıları Borclu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X10, X13 və X11 verilmiş 2.87 ha torpaq sahəsindən hər biri üçün 0.57 ha hesabı ilə Tələbkar və onun yetkinlik yaşına çatmamış uşaqları X10 və X5 torpaq sahələrinin hansı istiqamətindən ayrılması hissəsində izah verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Üçüncü şəxs Maraqlı şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, JN-158, KOD ******* saylı torpaq sahəsinə cavabdeh X1 adına verilmiş çıxarış ləğv edilmişdir və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxsin nümayəndəsi X9 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə olan digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını, məruzəçini və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə yenidən baxılması üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsini əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan üçüncü şəxs Maraqlı şəxs qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (Mülki Prosessual Məcəllənin 230.1. və 230.4. maddələri). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İşdən göründüyü kimi, ərizəni təmin edən birinci instansiya məhkəməsi qətnamənin mahiyyətindən kənara çıxaraq məzmununu dəyişdirmiş, həmin qətnamədə ərizədə göstərilən məsələnin olmasını ətraflı araşdırmamış, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin izah edilməsinə dair ərizəsinin təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 42-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Qətnaməyə izah verilməsinə dair ərizəyə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün yenidən baxılması üçün mülki iş Xaçmaz rayon məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Telman Quliyev Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(105)-166/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-166/2020
09.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver