Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-167/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, Əhmədova Mariya Məmmədağa qızının iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 8(027)-180/2021 saylı qərardadından Əhmədova Mariya Məmmədağa qızının şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 8(027)-180/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X37 tərəfindən verilmiş ərizənin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1986/2016 saylı, 03 oktyabr 2016-cı il tarixli qətnaməsinin izah edilməsi hissəsində icraata xitam verilməsi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X37 tərəfindən verilmiş ərizənin Quba Rayon Məhkəməsinin 2(027)-1897/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin izah edilməsi hissəsində təmin edilməməsi qərara alınmış, Əhmədova Mariya Məmmədağa qızı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, 04 iyun 2021-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək Əhmədova Zümrüd Məmmədəli qızına münasibətdə Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016cı il tarixli, 2(105)-1986/2016 saylı və Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı icra sənədlərinin icrasının hansı qaydada təmin edilməsinə dair izah verilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra vərəqəsinə əsasən X36 və Əhmədova X28 şəhəri, Qələbə küçəsi, dalan 2 ümumi sahəsi 119,4 kv.metr olan dörd otaqlı 14 saylı ünvandan çıxarılmalı və həmin evdən X34 və X22 istifadə hüququna xitam verilməlidir. Qeyd olunan icra sənədi 27.03.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı X34 və X22 mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi təmin edilmiş, o cümlədən 02 avqust 2019-cu il tarixdə icra sənədi üzrə digər borclular N.Əhmədov və Z.Əhmədova əmlakları ilə birlikdə ünvan 2 ünvanından çıxarılmış və həmin yaşayış evi tələbkar Əhmədova Mariya Məmmədağa qızına tam boş vəziyyətdə təhvil verilmişdir. İcranın nəticəsinə dair müvafiq akt tərtib edilmiş, tələbkar və icra tədbirinin digər iştirakçıları aktı imzalamışlar. Eyni zamanda tələbkar Əhmədova Mariya Məmmədağa qızı ərizə ilə Quba Rayon İcra və probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbin təmin olunduğunu, Quba şəhəri, Qələbə küçəsi, 14 saylı evin tamamilə boş vəziyyətdə ona təhvil verildiyini, iş üzrə heç bir tələbinin olmadığını göstərmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)- 1986/2016 saylı icra sənədinin icraatına xitam verilməsi barədə 02 avqust 2019-cu il tarixdə qərar qəbul edilərək, qərarın surəti tərəflərə və məhkəməyə göndərilmişdir. İcra məmurunun icraata xitam verilməsinə dair 02.08.2019-cu il tarixli qərarından şikayət verilmədiyi üçün icra sənədi 19.08.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sonradan tələbkar Mariya Əhmədova Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra sənədinin icraatına xitam verilməsi barədə icra məmurunun 02 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi ilə bağlı Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 23.10.2019-cu il tarixli qərardadına əsasən Mariya Əhmədovanın verdiyi şikayət təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qərardadının ləğv edilməsi ilə bağlı M.Əhmədova Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 10.12.2019-cu il tarixli qərarına əsasən Quba Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı qətnaməsinin real icra olunması üçün Quba RPŞ-nə göndərilməsi barədə Əhmədova Mariya Məmmədağa qızının ərizəsi təmin edilməmişdir. Bundan sonra, Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)-1897 saylı qətnaməsi ilə Əhmədova Zümrüd Məmmədəli qızının Quba şəhəri, Qələbə küçəsi, 14, dalan 2 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)- 1897 saylı qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında verilən icra vərəqəsi şöbənin icraatına 11.06.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat üzrə görülmüş tədbirlər nəticəsində Əhmədova Zümrüd Məmmədəli qızının sözügedən fərdi yaşayış evinə köçürülməsi təmin edilmiş və 16.07.2020-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Mariya Əhmədovanın ərizəsinə əsasən Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)- 1986/2016 saylı icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun 02.08.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra sənədi yenidən icra olunması üçün 17.12.2020-ci il tarixdə icraya yönəldilmişdir. Quba Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlı Əhmədova Zümrüd Məmmədəli qızı tərəfindən verilən şikayət həmin məhkəmənin 02.03.2021-ci il tarixli qərarına əsasən təmin olunmamış və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin 08.04.2021-ci il tarixli, 8(105)- 83 saylı qərardadına əsasən Zümrüd Məmmədova verdiyi şikayətdən imtina etdiyinə görə apellyasiya icraatına xitam verilmişdir. Mübahisəli mənzillə bağlı iki qüvvədə olan məhkəmə qərarı mövcuddur və bu qərarların birində Zümrüd Məmmədovanın evdən çıxarılması, digər qərarda isə onun evə köçürülməsi nəzərdə tutulmuşdur. Hazırda icraata yenidən verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)- 1986/2016 saylı icra vərəqəsinin icrasında ciddi çətinliklər yaranmışdır. Bu səbəbdən icra sənədlərinin hansı qaydada icra edilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə izah ərizəsi ilə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadına əsasən icra sənədlərinə izah verilməsindən imtina edilmiş və qeyd edilmişdir ki, izah verilməsi üçün Quba Rayon Məhkəməsinə müraciət olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Əhmədova Mariya Məmmədağa qızı şikayətini onunla əsaslandırmışdır ki, qərardadı əsassız, qeyri obyektiv və qərəzli hesab edir. Eyni zamanda məhkəmə maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Belə ki, Quba şəhəri, Qələbə küçəsi, dalan 2 ünvanda yerləşən 298,0 kv.metr torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi 1904-cü ilin sxem-planına əsasən babası X8 mülkiyyətində olmuş, babası rəhmətə gedəndən sonra atası X9 mükiyyətinə keçmiş, atası X16 08 oktyabr 1978-ci ildə rəhmətə getmiş, həmin fərdi yaşayış evi miras əmlakı kimi həyat yoldaşı X13 adına keçmişdir. 03 iyun 1987-ci il tarixli, 3-1147 saylı qərara əsasən həmin fərdi yaşayış evi anası X24 tərəfindən bağışlama əsasında bacısı X2 adına rəsmiləşdirilmişdir. Anası X24 24 may 1988-ci il tarixdə rəhmətə getmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölşüsünə əsasən Quba rayon DNK-nin 03 iyun 1987-ci il tarixli, 3-1147 saylı bağışlama müqaviləsinə əsasən 298,0 kv.metr torpaq sahəsi X4 verilmişdir. X1 həyat yoldaşı Əhmədova Zümrüd Məmmədəli qızı cavabdeh X4 qarşı Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək evdən istifadə hüququnun verilməsi və evə köçürülmə tələbinə dar qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 noyabr 1988-ci il tarixli qətnaməsinə əsasən iddia əsassız hesab edilərək rədd edilmişdir. Qətnamə 1988-ci ildə qanuni qüvvəsini almışdır. Faktiki olaraq həmin dövrdə mübahisəli evin mülkiyyətçisi bacısı X7 olmuşdur. 20 yanvar 1990-cı il tarixdə o, bacısı Zəhraxanım və qardaşı Rzabala övladları ilə birlikdə Zümrüd Əhmədova tərəfindən zor tətbiq etməklə küçəyə atılmışlar. 9.02.2012-ci ildə isə X6 həyat yoldaşı Əhmədova Zümrüd Məmmədəli qızı tərəfindən maşını əlindən alınmış, paltarları yandırılmış, həyat yoldaşı, oğlu və qızı tərəfindən döyülərək evdən qovulmuşdur. Yaqub Əhmədov aidiyyatı orqanlara məlumat versə də, şikayətlərinə baxılmamışdır. Onun tərəfindən də aidiyyatı orqanlara müraciət olunsa da, ona da cavab verilməmişdir. Mərhum qardaşı X48 şəhərində özünün maşın düzəltmə sexi olmuş, 42 il dəmirçi sənəti ilə məşğul olmuşdu. X6 ilə Əhmədova Zümrüd Məmmədəli qızı 16 avqust 1984-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahları dövründə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 135 saylı evin 110 nömrəli mənzili qardaşının vəsaiti hesabına alınaraq Əhmədova Zümrüd Məmmədəli qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və qardaşının 11000 manata aldıqları ** BP *** dövlət qeydiyat nişanlı, “Volkswagen Passat” markalı avtomobili də olmuşdur. Zümrüd Əhmədova 2010-cu ildən başlayaraq həmin mənzili və avtomaşını Yaqub Əhmədovun əlindən almaq üçün onu küçələrə atmış evə buraxmayaraq maşın sexində və məsciddə qalmağa məcbur etmişdir. Əhmədova X28 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X25 ilə birgə nikah dövründə 11000 manata aldıqları **-BP-*** dövlət qeydiyat nişanlı, “Volkswagen Passat” markalı avtomobilin dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(027)- 1841/2017 saylı qərardadı ilə X14 adına olan **-BP-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı avtomaşının üzərinə həbs qoyulmuşdur. Bununla kifayətlənməyən Zümrüd Əhmədova Yaqub Əhmədova təzyiq edərək, onu müalicəyə aparmaq adı ilə aldadaraq birgə nikah dövründə Bakı şəhərində əldə etdikləri mənzili ələ keçirmək üçün Quba şəhərində yerləşən notariusa aparmış, Yaqub Əhmədovu aldatma yolu ilə ona etibarnaməyə imza atdırmış, bundan sonra Yaqub Əhmədovu qovub evdən çıxarmışlar. Eyni zamanda Zümrüd Əhmədova onun qardaşı Rzabala Əhmədovun istifadəsində olan “VAZ- 21011” markalı, 54-08 AQZ dövlət qeydiyat nişanlı avtomaşını əlindən almış, özünü isə küçəyə ataraq Rusiya Federasiyasında səfil həyat sürməyə məcbur etmiş, Rzabala Əhmədov uzun sürən ağır xəstəlikdən sonra Azərbaycana qayıdaraq 19 oktyabr 2017-ci ildə Xəzər rayonunun Xaşa-Xana bağlar massivində kirayə qaldığı evdə vəfat etmişdir. Zümrüd Əhmədova ona məxsus əmlakı saxta məhkəmə qətnamələri, saxta vərəsəlik şəhadətnaməsi, saxta çıxarışlar, saxta qərardadlar çıxarmaqla əlindən almaq üçün fəaliyyət göstərirlər. 2015-ci ildə iddiaçılar X7, o, X25 və X17 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Əhmədova Zümrüd Məmmədəli qızının, X27 və X23 Quba şəhəri, Qələbə küçəsi,14 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdehlər qarşılıqlı iddia ərizəsi verərək mübahisəli mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-240/2016 saylı, 13 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 07.08.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qaldığı üçün Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)- 2328/2016 saylı, 02 iyul 2016-cı il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-240/2016 saylı, 13 yanvar 2016-cı il tarixli qətnaməsi yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı qətnaməsi ilə Zümrüd Əhmədovanın və qeyrilərinin mübahisəli mənzildən çıxarılmaları barədə qərar qəbul edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamədən X53 oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2017-ci il tarixli, 2(102)-693 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2016-cı il tarixli, 2(105)1986/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)- 1986/2016 saylı icra vərəqəsinə əsasən borclu Əhmədova Zümrüd Məmmədəli qızı, X53 oğlu, X29 və X15 şəhəri, Qələbə küçəsi, dalan 2 ünvanda yerləşən 0,0298 ha torpaq sahəsinin üzərində tikilmiş 4 otaqlı, 14 saylı fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə üzrə icra vərəqəsi verilərək icra edilmək üçün Quba rayon İcra şöbəsinə göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru 02.02.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə izah verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli, 2(105)-1986/2016 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. 31 iyul 2019-cu il tarixdə Quba rayon İcra şöbəsinin icra məmuru onun xəbəri olmadan onun adından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə yazaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra vərəqəsinin icra olunaraq həmin yaşayış evi ona təhvil verildiyi üçün icra şöbəsinin rəisi və icra məmuruna və digər əməkdaşlara öz təşəkkürünü bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. 02.08.2019cu il tarixdə bu iki icra məmuru onun xəbəri olmadan adından Quba rayon İcra və probasiya şöbəsinə ərizə yazaraq şöbədə Ə-205 nömrə ilə qeydə almışlar. Həmin ərizədə də Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra vərəqəsi icra olunaraq yaşayış evinin tamamilə boşaldılaraq ona təhvil verildiyi üçün icra sənədinə xitam verilməsini xahiş etmişdir. Onun hər iki ərizədən xəbəri olmamışdır. Eyni zamanda icra məmuru X46 Əhmədovaya 08.05.2019-cu il tarixdə Quba Rayon Məhkəməsinə, 17.05.2019-cu il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə ərizə yazdıraraq Ə-117 nömrə ilə qeydə aldıraraq icranın dayandırılmasını xahiş etmişdir. Saxta vərəsəlik şəhadətnaməsi və çıxarışa istinad edərək Elçin, Vahid və Zümrüd Quba Rayon Məhkəməsinə müraciət edərək həmin saxta sənədlərə əsasən bütün icranın dayandırılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(027)-1897/2019 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 3 ünvanda yerləşən 119,4 kv.metr torpaq sahəsində yerləşən 4 otaqlı evə həbs qoyulmuş və həmin yaşayış evi ilə bağlı bütün icra hərəkətləri dayandırılmış, qərardad dərhal icra edilmişdir. Quba rayon İcra şöbəsinin rəisi və icra məmuru X39 Əhmədova ilə əlbir olduqlarını və bu məqsədlə də evi onun əlindən almalı olduqlarını bildikdən sonra, bu özbaşınalığın qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin hissələri tərəfindən əmlakın mühafizəsi haqqında 31 iyul 2019-cu il tarixdə 447 nömrəli müqavilə bağlamış, 31 iyul 2019-cu il tarixli qiymət cədvəlinə əsasən 250,00 manat pul vəsaiti ödəmişdi. Quba Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(027)-1897/2019 saylı qərardadına əsasən Quba Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(027)-1897/2019 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə qərardad ləğv edilmişdir. Qərar ləğv edildikdən 2 gün sonra işbazlar dərhal hərəkətə keçmiş və Quba rayon İcra və probasiya şöbəsinin göstərişi əsasında icra məmuru Vahid Məmmədovun 02 avqust 2019-cu il tarixli saxta və əsassız qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra sənədi üzrə icrata xitam verilmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 24.06.2017-ci il tarixli, **********40 saylı məktubunda qeyd edilir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət kimi Əhmədova Mariya Məmmədağa qızına və ailə üzvlərinə məxsusdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra sənədi üzrə 02.08.2019cu il tarixli icra sənədi üzrə icrata xitam verilməsi barədə qərarı Quba Rayon Məhkəməsinin 8(027)-378/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Quba rayon İcra şöbəsinin rəis vəzifəsini icra edənin, icra məmuru Vahid Məmmədov və Əhmədova Zümrüd Məmmədəli qızı əlbir olaraq saxta ərizələr yazaraq işə xitam verildikdən sonra həmin fərdi yaşayış evinin Zümrüd Əhmədovanın xeyrinə həll etmək məqsədi ilə Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsindən aldıqları 02.07.2019-cu il tarixli, 2216 saylı arayışdan görünür ki, Zümrüd Əhmədova ünvan 5 ünvanında yaşayıb və qeydiyyatdadır. X25 03 fevral 2019-cu il tarixdə rəhmətə getdiyi halda, 18.07.2019-cu il tarixli, ********** nömrəli DƏDRX çıxarışında adına ölümündən sonra 1/5 hissədə necə pay verilməsi məlum deyildir. Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(027)-2119/2019 saylı qətnaməsinə əsasən Elçin Hacıyevin və Vahid Məmmədovun saxta sənədlər əsasında alınmış 04.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən verilmiş 27 nömrəli reyestr kitabında 54 nömrəli vərəqdə qeydiyyata alınmış 07.08.2019-cu il tarixli çıxarış ləğv edilmişdir. Həmin qətnamədən narazı qalan Zümrüd Əhmədova Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(105)-1265/2020 saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 28 dekabr 2019cu il tarixli, 2(027)-2119/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da saxta vərəsəlik və saxta çıxarış, saxta qərardad və qərarlar sıfırlansa da, bu iş üzrə Elçin Hacıyev, Vahid Məmmədov və Zümrüd Əhmədova cəzalanmamışlar. İcra məmuru X49 Hacıyevin göstərişi əsasında saxta sənədlər əldə etməklə guya Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən icranın dayandırıldığını bildirmişdir. İcra məmuru X54 rayon prokuroruna 11 mart 2021-ci il tarixə kimi mübahisəli evi boşaldacağını bildirsə də, sözünə əməl etməmişdir. İcra məmuru Vahid Məmmədovun həmin mübahisəli evdə qeydiyyatda olmayan şəxsləri müdafiə edib aidiyyatı orqanlara yalan məlumatlar verərək Qələbə 14 ünvanda yerləşən fərdi yaşayış evini tam boşaltdıqlarını, açarları isə onun almaqdan imtina etdiyi barədə yalan məlumat vermişdir. İcra məmurları borclu Zümrüd Əhmədovaya şərait yaratmışlar ki, evi tamamilə yararsız hala salsın. Borclu Zümrüd Əhmədova bu şəxslərin köməyi və vasitəçiliyi ilə 2017-ci ilin martından evə su buraxmamış, evin əşyalarını çıxartdıqdan sonra otaqları yandırmış, ev əşyalarını götürüb özününküləşdirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2(105)- 1986/2016 saylı icra sənədi bu günə kimi icra olunmamışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və 03 iyun 1987-ci il tarixli bağışlama haqqında qərara, Xaçmaz Rayon Məhkəməsinin 17 noyabr 1988-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 08 fevral 2017-ci il tarixli, 2(102)-693 saylı qərarına uyğun yeni qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Əhmədova Mariya Məmmədağa qızı şikayətdə göstərilənlərə uyğun izahat verdi. Quba rayonu İcra və probasiya şöbəsi və icra icraatında iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Quba rayonu İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, icra icraatında iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Əhmədova Mariya Məmmədağa qızının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1986/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1340/2015 saylı, 07 avqust 2015-ci il tarixli qətnaməsi X30 münasibətdə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması hissəsində ləğv olunmuş, iddiaçılar X3, Əhmədova Mariya Məmmədağa qızının, X14 və X10 cavabdeh X30 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin olunaraq, cavabdeh X19 şəhəri, Qələbə küçəsi, ümumi sahəsi 119,4 kv.metr olan dörd otaqlı 14 saylı evdən çıxarılmalı, qarşılıqlı iddia üzrə iddiaçı X27 cavabdehlər X5, Əhmədova Mariya Məmmədağa qızına, X18 və X12 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiası təmin olunmamış, Əhmədova Zümrüd Məmmədəli qızı ümumi sahəsi 119,4 kv.m olan ünvan 2 ünvanından çıxarılmalı, X29 və X26 Quba şəhəri, Qələbə küçəsi, dalan 2, 14 saylı evdən istifadə hüququna xitam verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1897/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Əhmədova X28 şəhəri, Qələbə küçəsi, 14, dalan 2 nömrəli fərdi yaşayış evinə köçürülməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-109/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadından görünür ki, Əhmədova Zümrüd Məmmədəli qızına münasibətdə Sumqayıt Apellyasiya Məhkəməsinin 03.10.2016ci il tarixli, 2(105)-1986 saylı və Quba Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(027)- 1897 saylı icra sənədlərinə izah verilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X37 tərəfindən verilmiş ərizə təmin edilməmiş və qətnamələrə (icra sənədlərinə) izah verilməsindən imtina edilmişdir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)- 109/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1986/2016 saylı, 03 oktyabr 2016-cı il tarixli qətnaməsinə izah verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Bundan başqa, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1897/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi aydındır, qətnamədə hər hansı anlaşılmazlıq və ziddiyyət yoxdur, qətnaməyə izah verilməsi üçün əsaslar mövcud deyildir. Bu baxımdan da qətnamə aydın olduğundan onun izahına da zərurət yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Əhmədova Mariya Məmmədağa qızının şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 8(027)-180/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-167/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-167/2021
29.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver