Məhkəmə qərarları › İş №8(105)-17/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-17/2023

01.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-17/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, "xxxx" MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, "xxxx" MMC tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ "xxxx" MMC-nin direktoru Mahir Hümbətov ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(105)-3470/2018 nömrəli qətnamə üzrə ödənişi 350 manat aidiyyəti üzrə cavabdehdən tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, icraatda olmuş 2(105)-3470/2018 saylı iş üzrə iddiaçı “Nikoyl” İKB-nin cavabdeh Borclu qarşı pul tələbinə dair iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 350 manat cavabdehdən tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülməlidir. Lakin Sumqayıt şəhər üzrə İcra İdarəsi uzun müddətdir ki, bu qətnaməni icra etmirdi. Bunun nəticəsində bir sıra "xxxx" MMC-nin fəaliyyətində maliyyə çətinlikləri baş vermişdir. İcra məmuru icra sənədinə icra etməkdə səhlənkarlıq göstərmişdir. İcra məmuru adi sözlərlə işə xitam verilməsi üçün işi məhkəməyə heç bir ödəniş edilmədən xitam verilməsini qərara almışdır. "xxxx" MMC icraata xitam verilməsinin ləğv edilməsi haqqında ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, icra vərəqəsinin icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2019-cu il tarixli icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi tələbkarın xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən geri qaytarılmışdır. Göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.7. maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən tərəflər icra sənədinin qaytarılması haqqında qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin geri qaytarılması həmin icra sənədi üzrə icraata xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də tələbkarın ərizəsinə əsasən icra sənədinin yenidən icraya yönəldilməsini və ərizədə göstərilən ekspertiza xərcinin borcludan tutulmasını istisna etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi "xxxx" MMC-nin təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar