Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-17/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 8(074)-127/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim N.İsmayılov) Maraqlı şəxs icra məmuru Babək İsmayılov tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” 14 noyabr 2023-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 8(074)-127/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Borclu şikayətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılmasını və bu əsasla Maraqlı şəxs ona ünvanlandığı 14 noyabr 2023-cü il tarixli, “İcraata başlamaq barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Ağayev X4 Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadının və eyni zamanda Maraqlı şəxs 14 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni qərardad çıxarılmaqla ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 8(074)-127/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadında maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq və təfsir edilməmişdir. Ona görə də bu qərardad ləğv edilməli və ərizə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsini icra sənədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilməsi və icra sənədi Maraqlı şəxs icraatına daxil olduqdan sonra icra məmuru qanunla müəyyənləşdirilmiş müddətdə və qaydada icraata başlamaq haqqında qərar qəbul etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-8.3-cümaddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli və onunla bağlı 08 yanvar 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-17/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-17/2024
05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver