Məhkəmə qərarları › İş №8(105)-174/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-174/2025

23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-174/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X16 və X10 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, X1nun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(105)-482/2009 nömrəli qətnaməsi üzrə icra sənədinin yenidən icraya yönəldilməsi barədə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X14 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏNETDİ: X1 icra sənədinin yenidən icraya yönəlidilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmıdşır ki, iddiaçı X8 X9, Borclu1, Borclu2 və Borclu3 qarşı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi, mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə ilk və X4 Borclu1, X11 qarşı çəkilən xərclərin və mənzilin dəyərinin ödənilməsi barədə qarşılıqlı, Borclu1 X11, X5 və X12 qarşı pul tələbi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli, 2(060)-2902/2008 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mkr., ev 55-də yerləşən 35 nömrəli mənzilə dair Borclu1 ilə X14 arasında bağlanmış 15 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydin ləğv edilməsi və X3 adına qeyd edilməsi, Borclu1, Borclu2, X4 və digər ailə üzvlərinin pasport qeydiyyatından çıxarılmaları, Borclu1 Ə.Z.Həşimovun xeyrinə 36500 manat mənzilin dəyəri və 4000 manat təmir xərclərinin tutulması, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, Borclu1 A.Kazımova və qeyrilərinə qarşı qarşılıqlı iddiasının əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qərardadına əsasən həmin mənzilin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli qətnaməsi Ə.Z.Həşimovun və Borclu1 qarşılıqlı iddiaları hissəsində ləğv olunmuş, Ə.Z.Həşimovun qarşılıqlı iddiası qismən təmin edilmiş, Borclu1 Ə.Z.Həşimovun xeyrinə 36500 manatın tutulub verilməsi, Borclu1 qarşılıqlı iddiasının qismən təmin olunması, A.S.Kazımovdan, T.S.Kazımovadan və E.S.Kazımovdan Borclu1 xeyrinə 5500 ABŞ dollarının manatla məzənnəsinin tutulub verilməsi, A.S.Kazımovun cavabdehlərə qarşı mənzildən çıxarılma barədə iddiasının təmin olunması və cavabdehlər Borclu1, Borclu2, Ə.Z.Həşimov və Borclu3 mübahisəli mənzildən çıxarılmaları, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində qeydin ləğv edilməsi, qeydin bərpa olunması, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmaları, Borclu1 Ə.Z.Həşimovun xeyrinə və A.S.Kazımovdan Borclu1 xeyrinə pul məbləğlərinin tutulması hissələrində qətnamənin eyni vaxtda icra olunması, qətnamənin qalan hissəsinin dəyişiklik olunmadan saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(105)-482/2009 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2009-cu il tarixli qətnaməsi ilə tutulmalı olan pul məbləğinin indeksasiyası barədə cavabdeh Borclu1 ərizəsi təmin edilmiş, borclular A.S.Kazımovdan, T.S.Kazımovadan və E.S.Kazımovdan Borclu1 xeyrinə indeksasiya tətbiq olunmaqla 17869 ABŞ dollarının manatla məzənnəsinin tutulub verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8(105)-148/2021 nömrəli qərardadı ilə Borclu1 ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsi ilə Borclu1 ödənilməli olan pul vəsaiti indeksasiya edilərək, borclular X6, X2 və X7 Borclu1 xeyrinə manatla məzənnə üzrə 15505 (on beş min beş yüz beş) ABŞ dolları tutulması, ərizənin qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-586/2023 nömrəli qərardadı ilə A.S.Kazımovun ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2009-cu il tarixli qətnaməsi ilə ona ödənilməli pul məbləği indeksasya olunaraq 2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Dövlət Statistika Komitəsinin məlumatına əsasən hesablanmış 84090,62 manat pul vəsaitinin Borclu1 tutularaq X9 ödənilməsi qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra sənədinin icra olunmadan qaytarılmasına dair 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, icra sənədinə əsasən cavabdehlər Borclu1, Borclu2, Ə.Həşimov və Borclu3 mübahisəli mənzildən və pasport qeydiyyatından çıxarılması, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair dövlət reyestrində qeydin ləğv edilməsi, habelə Borclu1 Ə.Həşimovun xeyrinə və A.Kazımovdan, E.Kazımovdan Borclu1 xeyrinə yuxarıda göstərilən pul məbləğlərinin tutulması hissələrində qətnamənin eyni vaxtda icra edilməli olması barədə qərar qəbul etmişdir. Aparılmış icra tədbirləri nəticəsində iş üzrə tələbkar, eyni zamanda A.Kazımov Ukrayna Respublikasının vətəndaşı olmaqla, onun vəkili ilə əlaqə yaratmaq mümkün olmamışdır. Borclu1 məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlak olmamaqla yalnız 233 manat məbləğində pensiya alır. Tələbkar A.Kazımov və onun vəkili V.Əliyevin hərəkətsizlik göstərmələri, eləcə də onların Borclu1 ödənilməli olan 15505 ABŞ dolları məbləğində pul vəsaitini ödəyəcəkləri halda belə, Borclu1 Ə.Həşimova 84090.62 manat pul məbləğini qərəzli olmayaraq ödəyə bilməməsi səbəbindən qətnamədə göstərilənlərin Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş qaydada eyni zamanda icra edilməsi mümkünsüz hesab edildiyindən “İcra haqqında” Azerbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 23.1.3, 23.1.5 və 70.4-cü maddələrinə əsasən icra məmuru “İcra sənədinin məhkəməyə qaytarılması haqqında" qərar qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı ilə X4 Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli, 2(060)-2902 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1839/2024 nömrəli qərardadı ilə cavabdeh X14 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(060)-2902/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia təmin edildiyindən və Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 30 iyun tarixli qətnaməsi əsasında verilmiş icra sənədi hal-hazıradək icra olunmadığından tətbiq edilmiş müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Mübahisəli mənzilin üzərindən həbsin götürülməsi mənzillə bağlı yeni mübahisələrin yaranmasına səbəb ola, o cümlədən iş üzrə qəbul edilmiş qətnamənin icrasını gələcəkdə ümumiyyətlə qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X13 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verərək “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il tarixli 853-VQD №-li Qanununun 1.14 və 1.15-ci maddələrinin Azerbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə, 60-cı maddəsinin İ və İİ, 25-ci maddəsinin İ, 71-ci maddəsinin İİ və 149-cu maddəsinin İ hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmiş, qərardadla şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında X1 ərizəni müdafiə edərək bildirdi ki, 18 ildir ki, qətnamə icra edilmir. İddiaçı tapılmır. Hazırda da ev daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətindədir. İcra məmuru onu, Xanımqızı dəfələrlə icra şöbəsinə dəvət etmiş, onlar da getmişlər. Lakin, Kazımov Aydın tapılmır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına çağırılmış digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2009-cu il tarixli qətnaməsi üzrə icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, hazırkı iş üzrə mövcud hüquqi vəziyyət qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş icra üsulu səbəbindən yaranmış olsa da qanunvericilik qətnamənin icra edilə bilməməsi halında icra üsulunun dəyişdirilməsinin mümkünlüyünü istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2025-ci il tarixli qərardadında göstərilən hüquqi mövqeyə uyğun olaraq, icra sənədi üzrə maraqlı şəxslər qətnamənin hər hansı bir digər formada icrasının mümkün hesab etdikləri halda məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş icra üsulunun dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanına malikdirlər. Bundan başqa məhkəmə kollegiysı qeyd edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərarı “İcra haqqında” Azərbaycan Respublikası qanunun həm 23.1.1, həm 23.1.5, həm də 70.4-cü maddəsinə əsasən qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 70-ci maddəsi “Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri” adlanır ki, həmin maddə icra sənədinin icrası mümkün olmadıqda icra sənədinin geri qaytarılmasını nəzərdə tutmaqdadır. “İcra haqqında” Azərbaycan Respublikası qanununda həmin qanunun 70.4-cü maddəsinə əsasən icra olunmadan geri qaytarılan icra sənədinin yenidən icraya yönəldilməsi müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası icra məmurunun icra sənədini geri qaytarılması əsaslarını ziddiyyətli hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə tələbkar, eyni zamanda borclu Ukrayna Respublikasının vətəndaşı olduğu halda məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyaya müvafiq olaraq hüquqi yardımın göstərilməsi, tapşırığın icra edilməsi, o cümlədən icra sənəsinin icrası ilə bağlı məsələlərin də nəzərədən keçirilməsi mümkündür. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.1.1-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin qanunun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinə istinadən icra sənədinin icra olunmadan geri qayarılmasına münasibətdə icra sənədinin yenidən icraya yönəldilməsi məqsədəmüvafiq hesab edilir. Buna görə də ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2009-cu il tarixli, 2(105)-482/2009 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X14 tərəfindən verilmiş ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsi üzrə icra sənədi yenidən icraya yönəldilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar