Məhkəmə qərarları › İş №8(105)-176/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-176/2021

08.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-176/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X2, tələbkarlar Tələbkar11 və Tələbkar12, borclu "xxxx" MMC-nin nümayəndəsi X6, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-361/2021 saylı qərardadından borclu "xxxx" MMC-nin nümayəndəsi E.D.Səlimovun verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-361/2021 saylı qərardadı ilə (hakim E.T.Məmmədov) Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilib, borclu "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospetki 167 ünvanında yerləşən 0,0348 ha (**********53 reyester nömrəli), 0,0390 ha (**********51 reyester nömrəli), 0,0390 ha (**********52 reyester nömrəli) və Abşeron rayonu, Xırdalan şəhəri ünvanında 0,0424 ha (**********23 reyester nömrəli) torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Borclu "xxxx" MMC-nin nümayəndəsi E.D.Səlimov şikayət verib, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-361/2021 saylı qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(012)-361/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, borclu "xxxx" MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospetki 167 ünvanında yerləşən 0,0348 ha (**********53 reyester nömrəli), 0,0390 ha (**********51 reyester nömrəli), 0,0390 ha (**********52 reyester nömrəli) və Abşeron rayonu, Xırdalan şəhəri ünvanında 0,0424 ha (**********23 reyester nömrəli) torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(037)- 251/2018 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən və X1 müştərək qaydada 44863 manat pul vəsaitinin tutularaq Tələbkar16 ASC-yə ödənilməsi, Sumqayıt İnzibat-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-2(85)-187/2018 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 204490,11 manat pul vəsaitinin tutularaq “Azəriqaz” İB-nə ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 2(012)-539/2017 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 54000 manat pul vəsaitinin tutularaq Tələbkar21 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(012)-578/2018 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 95633,08 manat pul vəsaitinin tutularaq Tələbkar16 ASC-yə ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(105)-3185/2018 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 12070 manat borc və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar9 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli, 2(012)-302/2019 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 61410 manat borc və 20 manat dövlət rüsumunun tutularaq Tələbkar23 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(012)-1995/2019 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 21565 manat pul vəsaitinin tutularaq Tələbkar27 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(012)-432/2019 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 22604,46 manat borcun tutularaq Tələbkar15 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2019 saylı, 02.05.2019-cu il tarixli icra sənədinə əsasən “AAAF-İnşaat" MMC-dən 5388,50 manat pul vəsaitinin tutularaq Tələbkar18 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-680/2018 saylı, 17.04.2018ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 43297,03 manat pul vəsaitinin tutularaq Tələbkar19 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2348/2018 saylı, 28.02.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 100 manat ekspertiza xərcləri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-580/2018 saylı, 14.08.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 94731,71 manat pul vəsaitinin tutularaq Tələbkar12 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3615/2016 saylı, 23.05.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 3265,68 manat pul vəsaitinin tutularaq Tələbkar13 ödənilməsi, X4 Xidmətinin 004550 saylı, 30.03.2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 5000 manat pul vəsaitinin tutularaq X4 Xidmətinə ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2018 saylı, 15.10.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 168 manat pul vəsaitinin tutularaq Tələbkar28 ödənilməsi, AR FHN Tikintidə Təhlükəsizliyə NDA-nın 001644 saylı, 04.09.2014-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 15000 manat pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 162/2020 saylı, 23.10.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 8233 manat pul vəsaitinin tutularaq Tələbkar1, 200 manat tutularaq Məhkəməm Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 26.11.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 43938 manat pul vəsaitinin tutularaq Tələbkar3 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2656/2020 saylı, 18.06.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 26670 manat pul vəsaitinin tutularaq Tələbkar17 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10.11.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 39182,15 manat pul vəsaitinin tutularaq Tələbkar2 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-401/2019 saylı, 20.12.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 39182,15 manat pul vəsaitinin tutularaq Tələbkar25 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)2912/2020 saylı, 06.10.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 2020 manat pul vəsaitinin tutularaq Tələbkar24 ödənilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-415/2019 saylı, 14.08.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC ilə X3 arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında 19.04.2014-cü il tarixli D(b)/045 mrəli müqavilənin 2.1-ci bəndində göstərilən dəyərinin mənzilin faktiki ölçüsünə uyğun azaldılması, müvafiq maliyyə arayışının verilməsi və mənzilin təmirinə icazə verilməsi öhdəliyinin qoyulması və 100 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1888/2020 saylı, 11.11.2020-cİ il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 11379 manat pul vəsaitinin tutularaq Tələbkar22 ödənilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1461/2020 saylı, 13.03.2020-ci il tarixli icra sənədinə əsasən “AAAF inşaat“ MMC-dən 2970 manat pul vəsaitinin tutularaq Tələbkar11 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-489/2020 saylı, 18.05.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 37271,67 manat pul vəsaitinin tutularaq Tələbkar9 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 3598/2019 saylı, 30.01.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 520 manat pul vəsaitinin tutularaq Tələbkar10 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 210/2020 saylı, 08.10.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 8675 manat pul vəsaitinin tutularaq Tələbkar7 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4375/017 saylı, 31.07.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC-dən 17190 manat pul vəsaitinin tutularaq Tələbkar8 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1169/2019 saylı, 29.03.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 11272 manat pul vəsaitinin tutularaq Tələbkar6 ödənilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2147/2020 saylı, 13.10.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 24804 manat pul vəsaitinin tutularaq Tələbkar5 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-560/2020 saylı, 17.11.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 10749,86 manat pul vəsaitinin tutularaq Tələbkar15 ödənilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-3464/2020 saylı, 03.11.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 42030 manat pul vəsaitinin tutularaq Tələbkar4 ödənilməsi qət olunmuşdur. “İcra Haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən, borclunun əmlak vəziyyətini öyrənmək məqsədilə, müxtəlif təşkilatlara sorğular göndərilmişdir. Bu tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, “Elektron icra” sistemindən çıxarışa əsasən borclu "xxxx" MMC-nin mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospetki 167 ünvanında yerləşən 0,3 ha (**********53 reyester nömrəli), 0,0390 ha (**********51 reyester nömrəli), 0,0390 ha (**********52 reyester nömrəli) və Abşeron rayonu, Xırdalan şəhəri ünvanında 0,0424 ha (**********23 reyester nömrəli) torpaq sahələrinin olduğu məlum olmuşdur. Ona görə də, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 45.6 və 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi haqqında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Borclu "xxxx" MMC-nin nümayəndəsi E.D.Səlimov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 01 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqdimatda üzərinə həbs qoyulması xahiş olunan Cəmiyyətin adına qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda yerləşən 0.0348 ha (**********53 reyestr nömrəli), 0.0390 ha (**********52 reyestr nömrəli), 0.0424 ha (**********23 reyestr nömrəli) və 0.0390 ha (**********51 reyestr nömrəli) ha torpaq sahələri Cəmiyyətə deyil, ilkin bağlanmış alqı-satqı müqavilələri əsasında satılmış vətəndaşlara məxsusdur. Alıcı vətəndaşın fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeyd alınması proseduru Cəmiyyətin 4.68399 ha torpaq sahəsinin eskiz bölgüsü, həmin sahəyə mülkiyyət hüququnun qeydə alınması və daha sonra həmin sahənin notarial qaydada alqısatqı əsasında vətəndaşın adına keçirilməsindən ibarətdir. Bu prosedur “AAAF Park” yaşayış massivində yerləşən bütün fərdi yaşayış evlərinə, mənzil və qeyri-yaşayış sahələrinə tətbiq edilir. Çünki "xxxx" təşkilatı hüquqi formasına görə Mənzil-Tikinti Kooperativi deyil, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Sözügedən təqdimatda qeyd olunan torpaq sahələrində ciddi uyğunsuzluq mövcuddur. Belə ki, **********51 reyestr nömrəsi üzrə 0.0390 ha torpaq sahəsi – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli, **********51-06301 daşınmaz əmlakın reyestr nömrəli Çıxarışa əsasən sahəsi 357.8 kv.m.olan qeyri-yaşayış binasının ayrılmaz tərkib hissəsidir; "xxxx" SKT BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. **********52 reyestr nömrəsi üzrə 0.0390 ha torpaq sahəsi - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli, **********52-06301 daşınmaz əmlakın reyestr nömrəli Çıxarışa əsasən sahəsi 357.8 kv.m.olan qeyri-yaşayış binasının ayrılmaz tərkib hissəsidir; "xxxx" SKT BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. **********53 reyestr nömrəsi üzrə 0.0348 ha torpaq sahəsi – (dəqiq olaraq 0.03477 ha) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli, **********53-06301 daşınmaz əmlakın reyestr nömrəli Çıxarışa əsasən sahəsi 417.0 kv.m.olan qeyri-yaşayış binasının ayrılmaz tərkib hissəsidir; "xxxx" SKT BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. **********23 reyestr nömrəsi üzrə 0.0424 ha torpaq sahəsi – "xxxx" QSC BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu "xxxx" MMC-nin borclu olduğu icra sənədləri üzrə əmlaka həbs qoyulması barədə təqdimat kifayət qədər əsaslandırılmamış, icra icraatına aidiyyatı olmayan şəxslərin əmlakına həbsin qoyulması isə qüvvədə olan qanunvericiliyin müddəalarına tamamilə ziddir. Bundan əlavə, icra məmurunun təqdimatı təmin edilməklə qanun pozuntusuna yol verilmişdır. Çünki hər bir iş üzrə ayrı-ayrılıqda təqdimat verilməli olduğu halda, təqdimat bir neçə mülki işlərə dair qətnamələr üzrə verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, təqdimatın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında borclu "xxxx" MMC-nin nümayəndəsi E.D.Səlimov şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru N.O.Ramazani şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkarlar Tələbkar11 və Tələbkar12 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada digər tələbkarlara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən digər tələbkarların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan elektron icra informasiya sisitemindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospetki 167 ünvanında yerləşən 0,0348 ha (**********53 reyester nömrəli), 0,0390 ha (**********51 reyester nömrəli), 0,0390 ha (**********52 reyester nömrəli) və Abşeron rayonu, Xırdalan şəhəri ünvanında 0,0424 ha (**********23 reyester nömrəli) torpaq sahələri borclu "xxxx" MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və şikayətinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu "xxxx" MMC-nin nümayəndəsi E.D.Səlimovun verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(012)-361/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar