Məhkəmə qərarları › İş №8(105)-177/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-177/2020

24.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-177/2020 24.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, məhkəmə katibi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-394/2020 saylı qərardadından tələbkar T.Ə.Səlimovun verdiyi şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: X3 cavabdehlər X6 və X2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-446/2017 saylı qətnaməsi ilə X3 cavabdehlər X6 və X2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-9018/2016 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qutaranadək ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. X1 ərizə ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-9018/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-394/2020 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) S.Y.Süleymanovun ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-9018/2016 saylı qərardadının ləğv edilərək həmin qərardada əsasən ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Tələbkar T.Ə.Səlimov həmin qərardadan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 8(012)-394/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-394/2020 saylı qərardadının ləğv edilməsinə yönələn T.Ə.Səlimovun xx xxxxxx 2020-ci il tarixli şikayəti imzalanmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qərardaddan verilmiş şikayət ilə bağlı münasibətlərlə bağlı hüquq normaları mövcud olmadığından analoji olaraq apelyasiya şikayəti ilə bağlı olaraq hüquq normalarının tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Abşeron Rayon Məhkəməsi şikayəti iş materiallarına əlavə edərək baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1 və 363.1.3-cü maddələrinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa və apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki vəziyyətdə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin mümkünlüyü qanunverciliyin tələblərinə uyğun olaraq yoxlanılmamış və şikayət birbaşa mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-394/2020 saylı qərardadından T.Ə.Səlimov tərəfindən verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(012)-394/2020 saylı qərardadından T.Ə.Səlimov tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Vidadi Cəfərov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar