Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-18/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Borclu2 iştirakı ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)2353/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin” direktoru X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(074)-25/2018 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı kredit borcunun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi tələbi təmin edilərək, cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3.055,73 ABŞ dolları məbləğində əsas, 845,55 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3.901,28 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh X5 məxsus olan 101,5 qram çəkidə kardinal sepə, 13 qram çəkidə kolye, 6,8 qram çəkidə sırğa, 8 qram çəkidə gül formalı dəstdən ibarət qızıl zinət əşyalarına yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh X2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və cavabdeh X2 50 manat ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22,Məhkəmə Ekspertiza Mərkəzi,VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh K.Y.Hüseynov apelyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2350/2018 nömrəli qətnaməsi ilə cavabdeh K.Y.Hüseynovun verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(074)- 25/2018 saylı qətnaməsinin cavabdeh K.Y.Hüseynova münasibətdə dəyişdirilsməsi, cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3.055,73 ABŞ dolları məbləğində əsas, 845,55 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3901,28 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, qətnamənin – «cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 30 manat dövlət rüsumu tutulsun, tələb cavabdeh X5 məxsus olan 101,5 qram çəkidə kardinal sepə, 13 qram çəkidə kolye, 6,8 qram çəkidə sırğa, 8 qram çəkidə gül formalı dəstdən ibarət qızılzinət əşyalarına yönəldilsin, göstərilən əmlaklar açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına banka olan borc ödənilsin, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdeh X2 tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin, cavabdeh X2 50 manat ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22,Məhkəmə Ekspertiza Mərkəzi,VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün» hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə üzrə xx.xx.2018-ci il tarixdə icra vərəqi verilmişdir. “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi-nin direktoru X3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə aparılmış məhkəmə -əmtəəşünaslıq ekspertizasının xərci cavabddehlərdən tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi”-nin bank hesabına köçürülməlidir. Lakin icra idarəsi uzun müddətdir ki qətnaməni icra etmir. Bunun nəticəsində MMC-nin fəaliyyətində maliyyə çətinlikləri baş vermişdir. Bu səbəbdən qətnamə üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Borclu2 göstərdi ki, ərizəni qəbul etmir, məhkəmədən ekspert xərcinin ödənilməsi barədə heç bir bildiriş gəlməyib. Odur ki, ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdeh Borclu3 Ağamhüseyn oğlu, Borclu1, ərizəni vermiş “S-Əmlak Qiymətləndirmə Ekspert MərkəziMMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizənin dəlillərini araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 17 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Qanunun tələbindən də göründüyü kimi, icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Daxil olmuş ərizədən görünür ki, S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi-nin direktoru X3 mülki iş üzrə aparılmış məhkəmə -əmtəəşünaslıq ekspertizasının xərci cavabddehlərdən tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi”-nin bank hesabına köçürülməli olmasını qeyd edərək qətnamə üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. Lakin işə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2350/2018 nömrəli qətnaməsindən görünür ki, cavabdeh K.Y.Hüseynovun verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(074)-25/2018 saylı qətnaməsinin cavabdeh K.Y.Hüseynova münasibətdə dəyişdirilsməsi, cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3.055,73 ABŞ dolları məbləğində əsas, 845,55 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3901,28 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, qətnamənin – «cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 30 manat dövlət rüsumu tutulsun, tələb cavabdeh X5 məxsus olan 101,5 qram çəkidə kardinal sepə, 13 qram çəkidə kolye, 6,8 qram çəkidə sırğa, 8 qram çəkidə gül formalı dəstdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin, göstərilən əmlaklar açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına banka olan borc ödənilsin, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdeh X2 tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilsin, cavabdeh X2 50 manat ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22,Məhkəmə Ekspertiza Mərkəzi,VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün» hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla da müəyyən edilir ki, məhkəmə qətnaməsində məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinin iş üzrə tərəflərdən tutulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, ekspertiza xərcinin tutulması qətnamədə müəyyən edilməmişdir, belə olan halda qətnamədə qeyd edilməyən pulun cavabdehlərdən tutulması da yolverilməzdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsində ekspertiza xərcinin tərəflərdən tutulması müəyyən edilmədiyindən və belə bir icra tədbirinin aparılmasına zərurət olmadığından icra sənədi üzrə icrata xitam verilməsi barədə icra məmurunun qərarı da əsaslı olmuşdur. Bu səbəbdən də hazırki ərizə təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə icra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə icraata xitam verilmiş, iş üzrə tələbkar və yaxud da borclular həmin qərarı mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2350/2018 nömrəli qətnaməsinə dair verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından verilmiş şikayət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2350/2018 nömrəli qətnaməsinə dair verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin” direktoru X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-18/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-18/2023
06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver