Məhkəmə qərarları › İş №8(105)-18/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-18/2024

08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-18/2024 08.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-588/2023 nömrəli qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X1, "xxxx" MMC-nin iştirakçısı X4 və "xxxx" MMC-nin iştirakçısı X2 üzərinə qoyulması qət edilmişdir. Ərizəçi Tələbkar Maraqlı şəxs rəisi Ayaz Nuqaylının və Maraqlı şəxs icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icra olunması üçün "xxxx" MMC-nin direktoru X3 və “Magna Trans" MMC-nin direktor müavini X5 barəsində qanunvericilikdə nəzərdə tutulan icra tədbirlərinin “borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması” vəzifəsinin Maraqlı şəxs icra məmuru Vadim Əliyevin üzərinə qoyulmasını və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyev barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizəçi Tələbkar vəkili-nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını xahiş edərək, əlavə olaraq izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 15 olduğuna görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə yönəldilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 3 il müddət keçməsinə baxmayaraq icra sənədinin icra olunmasından ötrü icra məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bu 3 il ərzində icra məmuru tərəfindən əsassız bəhanələr gətirilməklə müxtəlif vasitələrlə icra sənədinin icrasından yayınmağa çalışmışlar. Lakin əgər dövlətin adından qərar çıxmışdırsa qanunvericiliyin tələbinə əsasən mütləq icra olunmalıdır. Lakin Abşeron rayon icra şöbəsi tərəfindən icra sənədinin icra olunmasına nəinki cəhd etmələri, heç borclu barəsində hər hansı tədbir görməkdən də çəkinirlər. Buna görə də hesab etmişdir ki, əsassız bəhanələr gətirməklə icra sənədinin icrasından yayınan dövlət məmurları qanunamüvafiq qaydada cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsində Maraqlı şəxs icra məmuru X9 şikayət ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Ərizəçi Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru(qanuni təmsilçi) X1, "xxxx"MMCnin iştirakçısı X4 və "xxxx" MMC-nin iştirakçısı X2 üzərinə qoyulması qət edilmişdir. Ərizəçi Tələbkar Maraqlı şəxs rəisi Ayaz Nuqaylının və Maraqlı şəxs icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədinin icra olunması üçün "xxxx" MMC-nin direktoru X3 və “Magna Trans" MMC-nin direktor müavini X5 barəsində qanunvericilikdə nəzərdə tutulan icra tədbirlərinin “borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması, icra sənədi borclu tərəfindən icra olunmadığına görə borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması” vəzifəsinin Maraqlı şəxs icra məmuru Vadim Əliyevin üzərinə qoyulmasını və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli qətnaməsinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyev barəsində tədbir görülməsini xahiş etmişdir. Şikayət ərizələrinə Abşeron Rayon Məhkəməsində baxılaraq icra sənədi üzrə Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, icra məmurunun üzərinə icra tədbirlərinin görülməsi öhdəliyinin qoyulması məhkəmənin səlahiyyətlərinə daxil deyildir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-588/2023 nömrəli qərardadı tam əsassızdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddənin tələbindən də göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına nəzarət məhkəmə tərəfindən həyata keçirilir. Bu əsasla əgər icra sənədi icra məmuru tərəfindən icra olunmursa bu halda maraqlı şəxs tərəfindən icra sənədini vermiş məhkəməyə müraciət olunmalı və qanunamüvafiq qaydada icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurunun üzərinə vəzifə qoyulmalıdır. Buna baxmayaraq Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qərarda hakimiyyətlər bölgüsü sadalanmış və qeyd olunmuşdur ki, “qanunvericilikdə hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq inzibati xətalar üzrə işlərə hansı orqanların baxması ayrılıqda verilmişdir. Eyni zamanda konstitusiyada da qeyd edildiyi kimi icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər”. Lakin tərəflərindən verilən şikayətin mahiyyətindən də görünür ki, tələbkar inzibati xətaya dair hər hansı işdən şikayət verməmişdir. Pozulmuş hüquqlarının bərpa olunması üçün icra məmurunun üzərinə qanunamüvafiq qaydada onun vəzifələri hesab olunan icra hərəkətlərinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə isə işin mahiyyətini kənarda saxlamış, öz qərarında şikayətin mahiyyətinə aidiyyatı olmayan məsələlər barəsində mövqe bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkət (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, qərarın icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Bundan başqa məhkəmə öz qərardadında qeyd etmişdir ki, “xx.xx.2023-cü il tarixli, 8(012)- 614/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi təmin edilərək Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almadığı üçün icraya yönəldilməmişdir. Belə olan halda icra məmurunun hərəkətlərinin qanuniliyinin yoxlanılması mümkün deyidir”. Bununla bağlı da bildirmişdir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə qanunsuz və əsassız formada icra sənədini geri qaytarılmış və elə eyni hakim tərəfindən həmin qərar əsassız olduğuna görə ləğv olunmuş və icra sənədini yenidən icraya yönəltmişdir. Yəni icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı əsaslı və qanuni olsaydı məhkəmə həmin qərarı da ləğv etməzdi. Buradan da görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədinin 3 ildən artıq müddətdə Maraqlı şəxs icraatında olmasına baxmayaraq borclu barəsində heç bir icra tədbiri görülməmişdir. Abşeron Rayon Məhkəməsi tələbkar tərəfindən şikayət ərizəsini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadaladıqları normalarını nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-588/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 8(012)-588/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən ərizəçi Tələbkar tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, 3 il müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icra məmuru tərəfindən icra edilməməsindən narazıdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, qanunvericilikdə hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq inzibati xətalar üzrə işlərə hansı orqanların baxması ayrılıqda verilmişdir. Eyni zamanda konstitusiyada da qeyd edildiyi kimi icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Ərizəçinin “borclu barəsində təqdimatla inzibati protokol verilməklə məhkəməyə müraciət olunması vəzifəsinin Maraqlı şəxs icra məmuru Vadim Əliyevin üzərinə qoyulması ” barədə xahişi məhkəmənin səlahiyyətlərinə daxil deyildir. Həmçinin “borclunun axtarışı barədə qərar qəbul olunması, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulması vəzifəsinin Maraqlı şəxs icra məmuru Vadim Əliyevin üzərinə qoyulması” tələbləri də məhkəmənin səlahiyyətlərinə daxil deyildir Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin maddənin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına nəzarət məhkəmə tərəfindən həyata keçirilir. Buna görə əgər icra sənədi icra məmuru tərəfindən hüquqi əsas olmadan icra olunmursa, bu halda maraqlı şəxs tərəfindən icra sənədini vermiş məhkəməyə müraciət olunmalı və qanunamüvafiq qaydada icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurunun üzərinə vəzifə qoymalıdır. Buna baxmayaraq Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qərarda hakimiyyətlər bölgüsü sadalanmış və qeyd olunmuşdur ki, “... qanunvericilikdə hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq inzibati xətalar üzrə işlərə hansı orqanların baxması ayrılıqda verilmişdir. Eyni zamanda konstitusiyada da qeyd edildiyi kimi icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər...” . Lakin verilən şikayətin mahiyyətindən də görünür ki, tələbkar inzibati xətaya dair hər hansı işdən şikayət verməmişdir. Pozulmuş hüquqlarının bərpa olunması üçün icra məmurunun üzərinə qanunamüvafiq qaydada onun vəzifələri hesab olunan icra hərəkətlərinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin mahiyyətini kənarda saxlamış, öz qərarında şikayətin mahiyyətinə aidiyyatı olmayan məsələlər barəsində mövqe bildirmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkət (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməli, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-588/2023 nömrəli qərardadı ləğv edilməli, Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən ərizəçi Tələbkar tərəfindən verilmiş ərizəyə mahiyyəti üzrə baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-588/2023 nömrəli qərardadı ləğv edilsin. Maraqlı şəxs rəisi Ayaz Nuqaylı və icra məmuru Vadim Əliyevin hərəkətsizliyindən ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar