Məhkəmə qərarları › İş №8(105)-180/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-180/2021

13.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-180/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovanın katibliyi, Borclu: X3 iştirakı ilə, Borclu X3 ölkədən getmə hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazanlının təqdimatına əsasən Abşeron Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) təqdimatın təmin edilməsi, xx xxxxx 1969-cu il tarixdə Türkiyə Cümhuriyyətində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu Dilçi Necatın ölkədən getmək hüququnun icra sənədi tam icra olunanadək məhdudlaşdırılması və dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli 2(012)-4084/2019 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(012)-4084/2019 saylı qətnaməsi ilə cavabdeh Dilçi Necatdan 600 manat məbləğində pul, 2 ədəd «Moped» habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, xx xxxxx 1969-cu il tarixində Türkiyə Cümhüriyyətində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, ünvan 1 ünvanında qeydiyyatdap olan və yaşayan borclu Dilçi Necatın ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi 06 yanvar 2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə «İcraata başlamaq haqqında» qərar və bildiriş qəbul olunaraq tərəflərə və aidiyyətı məhkəməyə göndərilmişdir. Borcluya verilmiş könüllü müddətin bitməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi hazırki vaxta qədər icra etməmişdir. Həmçinin, borclunun istifadəsində olan «Elektron icra» informasiya sistemindən əldə olunan mobil nömrələr vasitəsilə borclu ilə əlaqə saxlanmaga çalışlarda da bu mümkün olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu D.N.Bayramoğlu şikayəti onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərardad qanunsuzdur. Xəstəliyi ilə əlaqədar olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması ləğv edilməlidir. İcra sənədi tərəfindən hissə-hissə olaraq ayda tələbkara 50 manat olmaqla icra edilir. Tələbkara bu günə kimi 250 manat vəsait ödəmişdir. O, hal-hazırda ağır vəziyyətdə xəstədir. Tibbi müayinə və müalicə altındadır. Türkiyə Respublikasına ailəsinin yanına və müalicə məqsədi üçün müvəqqəti getmək məcburiyyətindədir. Özü Azərbaycan Respublikasında yaşayır, daimi yaşamaq icəzəsi vardır. Dilçi Rəna ilə 2009-cu il tarixdən nikahdadır və 2011-ci il təvəllüdlü Türkər adlı oğlanları anadan olmuşdur. Özünə məxsus Xırdalan şəhəri Quşçuluq Massivində fərdi yaşayış evi vardır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(012)-365/2021 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu D.N.Bayramoğlu şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə təqdimat verən və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, borclunu dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, təqdimatda borclunun icranı könüllü təmin etməməsinə və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına istinad olunsa da, qeyd edilənləri təsdiq edən hər hansı hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Təqdimata əlavə olunmuş sənədlər borclunun icra sənədini həqiqətən də üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N saylı Qərarı ilə təsdiq olunmuş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.1- ci bəndinə görə məhkəmə qərarı əsasında verilmiş icra sənədi üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə bu barədə zərurət yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli; borcun ödənilməsi tələbinə dair icra sənədinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakının olub- olmamasını yoxlayır. Həmin Təlimatın 2.5.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq borclunun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması halları araşdırılmamışdır. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası təqdimatın təmin edilməsi barədə qərardadın qanunda zidd olmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul etmir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu X2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 16 may 2021-ci il tarixli 8(012)-365/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar