Məhkəmə qərarları › İş №8(105)-182/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-182/2025

18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-182/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-583/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim S.Bayramov) ərizənin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli, 2(067)-839/2014 nömrəli qətnaməsi ilə xx.xx.2013cü il təvəllüdlü Bayramova (Mövlanova) Albina Xəyyam qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs nümayəndəsi Nümayəndə qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs nümayəndəsi Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 8(067)- 583/2025 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Xaspoladoba kəndində yaşayan Maraqlı şəxs 03 mart 2013-cü il təvəllüdlü X1 üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-839/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması və Maraqlı şəxs tutulan alimentin miqdarının respublikada müəyyən edilmiş minimum əmək haqqının 0.95 misli miqdarında müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs nümayəndəsi Nümayəndə Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2025ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə oğlu Maraqlı şəxs 03 mart 2013-cü ildə anadan ollmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 aprel 2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin tutularaq X6 verilməsi qət edilmişdir. X7 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə təmin edilmiş alimentin indeksasiya olunması və alimentin miqdarının respublikada müyyən edilmiş minimum əmək haqqının 0,95 misli miqdarında müəyyən edilməsini xahiş etmişdir. Oğlu Maraqlı şəxs hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşayır və ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan 08 sentyabr 2020-ci ildə anadan olmuş uşağı vardır. Bundan da əlavə oğlunun ailə qurduğu qadının birinci nikahdan olan 2018-d il təvəllüdlü uşağı da oğlunun ailəsində yaşayır. Onun hazırki həyat yoldaşı heç yerdə işləmir, özü və iki uşağı oğlunun himayəsindədirlər. X2 da hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Bütün bu məlumatları o işə baxılanda sədrlik edən hakimin nəzərinə çatdırmışdır. Çox təəssüf ki, məhkəmə göstərilən halları nəzərə almamış və xx.xx.2025-ci il tarixli, 8(067)-583/2025 nömrəli qərardadı ilə ərizəni qismən təmin edərək Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli, 2(067)-839/2014 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Bayramova (Mövlanova) Albina Xəyyam qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olıınmıış minimum aylıq əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. (hakim Samir Bayramov). Hesab edir ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır, tərəflərin maddi vəziyyəti və sair obyektiv hallar nəzərə alınmamışdır. Belə ki, qərardadda qeyd olunur: "Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 aprel 2014-cü il tarixli, 2(067)- 839/2014 nömrəli qətnaməsi ilə Maraqlı şəxs 03 mart 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 aprel 2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2014-cü il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 0,95 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,95 misli həddində (400x0,95 =380 manat) müəyyən edilməlidir. Ərizə qaları hissədə təmin olunmamalıdır". Hesab edir ki, məhkəmə alimentin məbləğini indeksasiya edərkən məhkəmə iclasında verdiyi izahatında göstərdiyi halları, o cümlədən oğlu Xəyyamın və ərizəçinin Rusiya Federasiyasının vətəndaşları olması, oğlu Xəyyamın xəstə olması və aliment ödədiyi uşaqdan əlavə digər iki uşağın və həyat yoldaşının himayəsində olmasını nəzərə almamışdır. Məhkəmədə verdiyi izahatında həmçinin qeyd etmişdir ki, ərizəçiyə ödənilən alimenti o öz pensiyasından və qohum-əqrəbanın yardımı hesabına ödəyir. Aliment məbləği indeksasiya olunursa ağlabatan məbləğdə olmalıdır. Nə onun nə də ki, oğlunun maddi imkanı yoxdur ki, ərizəçiyə hər ay 380 manat məbləğində aliment ödəsin. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin təmin edilməsini aliment məbləği 2014-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi Elvina Bayramova ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 2013-cü il təvəllüdlü X1 üçün Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-839/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması və Maraqlı şəxs tutulan alimentin miqdarının respublikada müəyyən edilmiş minimum əmək haqqının 0.95 misli miqdarında indeksasiya edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli və onunla bağlı 18 avqust 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar