Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-184/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X11 (məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru Q.M.Mirhəşimovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. X1 nümayəndəsi Vəliyev X9 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməklə ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, həmçinin müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadına əsasən X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 saylı qərardadından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin və ötürülmüş müddətin bərpasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. X1 nümayəndəsi Vəliyev X9 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməklə şikayətin icraata qəbul edilməsi və baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadına əsasən X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 saylı qərardadından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş xx.xx.2025-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-91/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadına əsasən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadının ləğv olunması, X1 "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iş üzrə prosessual müddətin bərpa olunmasına dair vəsatətə baxılması məsələsinin yenidən müzakirə edilməsi üçün işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-91/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Göründüyü kimi X5 nümayəndəsi Nümayəndə ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ötürülmüş müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadının mətni əsas sənədə xx.xx.2025-ci il tarixdə yüklənmiş, həmin qərardaddan verilən şikayət müddətinin axımı da məhz xx.xx.2025-ci il tarixindən başlayaraq 10 gün müddətində, yəni xx.xx.2025-ci il tarixədək verilməli olduğu halda, cavabdeh qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə verməklə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, ərizəçinin nümayəndəsi tərəfindən qərardaddan şikayət vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizə şikayətin içərisinə yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçinin nümayəndəsi ayrıca olaraq ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadından X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ötürülmüş müddətin bərpasına dair ərizə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin ötürülməsi barədə düzgün nəicəyə gəlsə də, prosessual müddətin bərpa olunmasına dair ərizənin şikayətin mətninə yerləşdirilməsinin qanuna uyğun olmaması, ayrıca olaraq ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilməsi barədə səhv nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır, hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Kollegiya vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə prosessual normaların ifrat tətbiqini yol vermiş, məhkəmə əlçatanlıq hüququnu pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(012)- 78/2025 nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınaraq vəsatətə baxılması məsələsi yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa olunması barədə X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməməsi qərara alınmışdır. X1 nümayəndəsi Vəliyev X9 Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməklə şikayətinin icraata qəbul edilməsi və baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, X2 şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru Q.M.Mirhəşimovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi olaraq o, ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 qətnaməyə izah verilməsinə dair ərizəsi təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 may 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X5 Tələbkar məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin 0,14 ha (1400 kv.metr) hissəsindən çıxarılması, yəni həyətə girişin sol tərəfində üç tərəfdən daş hasar, digər tərəfi şərti olaraq 0,161 ha torpaq sahəsi ilə əhatə olunan boş açıq sahə başa düşülməsi qət edilmişdir. Qərardada əsasən mübahisəli daşınmaz əmlakla bağlı icra hərəkətləri həyata keçirilməsi üçün icra sənədi Maraqlı şəxsnə göndərilmiş və icranın həyata keçirilməsi Maraqlı şəxs böyük icra məmuru Mirhəşimov Qəribağaya tapşırılmışdır. İcra prosesi zamanı icraçı X3 Vasif Asif oğlu, iddiaçı Tələbkar və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı ərazi idarəsinin mühəndisi X6 iştirakı ilə akt tərtib edilmişdir. Lakin tərtib olunmuş xx.xx.2025-ci il tarixli akt məhkəmə qərardadına uyğun olaraq deyil, iddiaçı Tələbkar hazırladığı çertyoja uyğun şəkildə ölçülərək hesablanmışdır. Məhkəmə qərardadına əsasən iddiaçıya verilməli olan hissənin dəqiq müəyyən olunmasına baxmayaraq, icra aktında həmin hissədən daha artığı iddiaçıya verilmişdir. Bu isə icranın düzgün və qanuni qaydada aparılmadığını açıq şəkildə sübut edir. Beləliklə, icra məmuru tərəfindən həyata keçirilmiş icra hərəkətləri qanunsuz olmaqla, məhkəmə qərarının icrası zamanı hüquq normalarına riayət olunmadığını göstərir. Məhkəmə onun ərizəsini təmin etməmiş və o, Abşeron Rayon Məhkəməsinin 8(012)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verməklə onun ləğv olunmasını və ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan başqa o, elektron məhkəmə sistemi vasitəsi ilə şikayət müddətinin bərpasına dair ərizə də vermişdir. Lakin məhkəmə işin hallarını, əvvəlki qərardadı ləğv etmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının öz qərardadında qeyd etdiyi xüsusatları nəzərə almayaraq, yenə də birtərəfli mövqe nümayiş etdirmiş və şikayətin verilməsi müddətini bərpa etməmişdir. Ləğv edilmiş əvvəlki qərardadını eyni ilə köçürməklə hazırki qərardadı qəbul etmişdir. Məhkəmə bu dəfə də şikayətini geri qaytarmış və bunu onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 saylı qərardadının mətni əsas sənədə xx.xx.2025-ci il tarixdə yüklənmiş, həmin qərardaddan verilən şikayət müddətinin axımı da məhz xx.xx.2025-ci il tarixindən başlayaraq 10 gün müddətində, yəni xx.xx.2025-ci il tarixədək verilməli olduğu halda, cavabdeh qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə verməklə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəçinin nümayəndəsi tərəfindən qərardaddan şikayət vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizə şikayətin içərisinə yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi ayrıca olaraq ötürülmüş müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, elektron məhkəmə sistemində xüsusi bölmə vardır ki, həmin bölmədə «müddətin bərpasına dair ərizə» qrafası var və müddətin də bərpasına dair ərizə həmin qrafada yerləşdirilmişdir. Lakin məhkəmə yeni qaydalara əsasən ərizənin bu qaydada verilməsinin qanunauyğun olmasına baxmayaraq onun şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə qərardadı ilə razılaşmayaraq o, şikayətini təqdim edir. AR MPM-in 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin məcəllənin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmin məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 78/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumata əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 saylı qərardadı X7 məxsus şəxsi elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin qərardaddan verilən şikayət müddətinin axımı da məhz xx.xx.2025-ci il tarixindən başlayaraq 10 gün müddətində, yəni xx.xx.2025-ci il tarixədək verilməli olduğu halda X1 nümayəndəsi Nümayəndə qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə verməklə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüş, həmçinin ərizəsinə müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutu əlavə etməmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təmin etməməkdə haqlı olmuşdur. X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qərardaddan şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-78/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-184/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-184/2025
17.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver