Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-185/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun 18 mart 2021-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun 18 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri, 43cü məhəllə ərazisində, Koroğlu prospekti 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.m olan qeyri-yaşayış binası “(Möhtəşəm” şadlıq sarayı) ilə bağlı həyata keçirdiyi icra tədbirlərinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin əvvəlki vəziyyətə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadı ilə X2nun nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmişdir. X4 nümayəndəsi və vəkili X13 məhkəmənin qeyd edilən qərardadından şikayət verərək qərardadın ləğv edilib, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2021 saylı, 06.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə yalnız icra məmurunun sözü və sonradan tərtib edilmiş 11.03.2021-ci il tarixli akta istinad etmişdir. İcra işi məhkəmə tərəfindən araşdırılacağı təqdirdə müəyyən olunar ki, borclu nəinki tələbin könüllü icrası barədə bildirişi, heç icraata başlamaq haqqında qərarı belə rəsmi olaraq almamışdır. “İcra haqqında” Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddəintə bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin icra sənədinin 2 ildən artıq müddətdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə olmasına baxmayaraq heş bir icra hərəkətləri həyata keçirilməmişdir. Həmin Qanunun 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı barədə borcluya rəsmi bildiriş verilir. İcra məmuru qeyri-yaşayış sahəsindən çıxarılmanın günü və vaxtı haqqında borclulara rəsmi bildiriş verməli olduğu halda ona və digər borclulara rəsmi bildiriş verməmiş və ya poçt vasitəsi ilə göndərməmişdir. İcra məmuru məhkəmədə borclulara rəsmi bildiriş göndərildiyini, lakin geri qaytarıldığını bildirsə də bildirişi məhkəmə zamanı təqdim etməmişdir. Bundan başqa icra tədbirinin 18.03.2021-ci il tarixinə, saat 11:00-a təyin edilməsi barədə bildirişin şadlıq sarayının qapısına qoyulması və bununla bağlı icra məmuru tərəfindən fotoşəkillər çəkilməsinə dair 11.03.2021-ci il tarixli aktın tərtib olunması əsassızdır. Şadlıq sarayı fəaliyyət göstərməsə də orada daima mühafizəçi və xadimə olur. İcra məmuru məcburi tədbirlər keçirərkən həmin şəxslər şadlıq sarayını açmışlar. Bundan başqa fotoşəkillərin çəkilmə vaxtı aydınlaşdırılmalı idi. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 303/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsini, Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində, Koroğlu prospekti 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.m olan qeyri-yaşayış binası (“Möhtəşəm” şadlıq sarayı) ilə bağlı həyata keçirdiyi icra tədbirlərinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin əvvəlki vəziyyətə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar "xxxx" QSC-nin nümayəndəsi X9 şikayətə etiraz edərək göstərdi ki, mübahisə barədə qəbul edlmiş barışıq sazişi kassasiya qaydasında mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsələr də iş üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1255/2018 saylı, 12.09.2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı Tələbkar QSC ilə cavabdeh X8 və digər cavabdehlərin arasında barışıq sazişi təsdiq edilmişdir. Həmin qərardaddan görünür ki, barışıq sazişinin 3-cü bəndində Sazişin 2-ci bəndində göstərilən digər əmlakla yanaşı, ünvan 2 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililər (şadlıq sarayı) ilə birlikdə Bankın mülkiyyətinə verilməsi və əmlakların toplam dəyəri ilə borc öhdəliyi arasında yaranmış fərqin 2018-ci il 25 sentyabradək Banka ödənilməsi barədə razılığa gəlmişlər. 206168/18 saylı icra işindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1255/2018 saylı, 12.09.2018-ci il tarixli qərardadı 26.09.2018-ci ildə Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə icraya yönəldilmiş və icra qurumuna 15.10.2018-ci il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə icra məmuru tərəfindən 15.10.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. 05.03.2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1255 saylı, 12.09.2018-ci il tarixli icra sənədinə əsasən X8, X14 və X5 mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0.055 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 126.83 m2 yaşayış, 131.77 m2 köməkçi sahədən ibarət 306/1 nömrəli fərdi yaşayış evi və X4 mülkiyyətində olan Koroğlu prospekti 6 saylı ünvanda yerləşən 0.294735 ha torpaq sahəsi borclular tərəfindən boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməli olduğu barədə məlumat və evin məcburi qaydada boşaldılması ilə bağlı 18.03.2021-ci il, saat 11:00 tarixdə icra tədbirinin həyata keçiriləcəyi bildirilmişdir. 11.03.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1255/2018 saylı, 12.09.2018-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 18.03.2021-ci il tarixə məcburi icra tədbiri təyin edilmişdir. Həmin tədbir məktubunu borcluya təqdim etmək üçün X2na zəng olunmuş və adıçəkilən məktubun qəbul olunması xahiş olunmuş, lakin sonuncu kobud şəkildə məktubu götürməkdən imtina etmişdir. Qeyd olunan məktub icra yerində şadlıq sarayının qapısına qoyulmuş və bununla bağlı icra məmuru tərəfindən fotoşəkillər çəkilmişdir. 18.03.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1255/2018 saylı, 12.09.2018-ci il tarixli icra sənədinə əsasən Tələbkar QSC ilə borclular X8 və qeyriləri arasında bağlanmış 12.09.2018-ci il tarixli barışıq sazişinə borclular tərəfindən əməl edilmədikdə, həmin Sazişin 2-ci bəndində göstərilən X2na məxsus ünvan 2 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililər (şadlıq sarayı) ilə birlikdə Tələbkar QSC-nin mülkiyyətinə keçirilməlidir. İcra sənədində qeyd olunan torpaq sahəsində yerləşən şadlıq sarayı Tələbkar QSC-nin etibarnamə ilə nümayəndəsi X11 verilmişdir. Bununla yanaşı şadıq sarayının 3 tərəfdən olan qapılarının açarları Tələbkar QSC-nin etibarnamə ilə nümayəndəsi X11 təhvil verilmişdir. Həmçinin şadlıq sarayında olan əmlaklar 18.03.2021-ci il tarixli aktda tərtib olunmuş siyahı formasında Tələbkar QSC-nin nümayəndəsinə təhvil verilmişdir. 18.03.2021-ci il tarixli aktdan görünür ki, icra məmuru icra sənədinin icrası ilə əlaqədar icra yerinə getmiş, tərəflərin hüquq və vəzifələri onlara izah edildikdən sonra icra tədbiri başlanılmışdır. İcra tədbiri həyata keçirilən zaman icra yerinə bir nəfər daxil olaraq özünü AR Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş (mülki geyimdə) və əvvəlcə aktı tərtib edən icra məmuru Ramin Əhmədova qarşı kobudluq etmişdir İcra məmuru icraya mane olmamağını vətəndaşa bildirməyinə baxmayaraq sonuncu özünün qanunsuz hərəkətlərini davam etdirmiş, polisin adına yaraşmayan davranışı ilə seçilmişdir. Bundan sonra özünü polis kimi təqdim edən şəxsin X2nun övladı, AR DİN Xaçmaz RPŞ-nin əməkdaşı X12 olduğu məlum olmuşdur. Sonuncuya sakitləşməyi, qanuna riayət etməyi məsləhət görülsə də, o, qanunsuz hərəkətlərini davam etdirmiş, icra yerinə mütəxəssis kimi dəvət olunan Bayram adlı şəxsə hücum çəkərək şadlıq sarayını tərk etməsini tələb etmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun 19.04.2021ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1255/2018 saylı, 12.09.2018-ci il tarixli icra sənədi ərazi aidiyyəti üzrə Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. 03.07.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər (X8 və X10) Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində, Koroğlu prospekti 6 ünvanında ümumilikdə 0,294735 ha (2947 kv.m) torpaq sahəsində yerləşən ümumi sahəsi 1134.6 kv.m olan qeyri-yaşayış binasını və torpaq sahəsini 8.000.000 (səkkiz milyon) manata X1 barədə razılığa gələrək bu müqaviləni bağlamışlar. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Tələbkar QSC ilə X8 və digərləri arasında bağlanmış barışıq müqaviləsinin təsdiq edilməsi, işin icraatına xitam verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı 15.10.2018-ci ildə icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Məhkəmə qərardadına əsasən mübahisəli əmlakın tələbkarın mülkiyyətinə verilməsi tərəflərin bağladıqları barışıq sazişində nəzərdə tutulmuşdur. İcra qurumu tərəfindən 3279/16 saylı, 05.03.2021-ci il tarixli məktublarla müxtəlif dövlət idarələrinə, həmçinin borclu Yadulla Paşayevə icra tədbirinin keçiriləcəyi barədə məlumat verilmiş, eyni zamanda müvafiq bildiriş həmin qeyriyaşayış sahəsinin qapılarının arasına qoyulmuşdur. 08.03.2021-ci il tarixdə icra tədbirləri həyata keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci madəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu Qanunun 6.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Bununla da iş materialları ilə müəyyən edilir ki, borclu Yadulla Paşayevin icra sənədi, eləcə də icra məmurunun icraata başlamağa dair qərarı barədə məlumatı, icra sənədini könüllü icra etməyə kifayət qədər vaxtı olduğundan, onun icra hərəkətlərinin keçirilməsi barədə bildirişi almadığı üçün icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında dəlili əsassızdır. Bundan başqa icra sənədinin bu və ya digər səbəbdən icrasının təmin olunmaması, borcluları həmin qərarın icra edilməsi vəzifəsindən azad etmir. Həmçinin, iki ildən çox yaxın müddətdə icra olunmayan məhkəmə qərarının könüllü icra olunması barədə bildirişin alınmaması icra sənədinin icrasının ertələnməsinə və ya həyata keçirilməməsinə əsas vermir. Belə ki, borclu yadulla Paşayev ona rəsmi bildirişin gəlməməsini bildirsə də, eyni zamanda icra sənədinin 2 ilə yaxın müddətdən çox müddətdə icra idarəsinin icraatında olmasını bildirməklə icra sənədinin gedişatından məlumatlı olmasını təsdiq etmişdir. Belə olan halda icra məmurunun həyata keçirdiyi icra tədbirləri qanunvericiliyin tələblərinə uyğundur və icra sənədi üzrə X2nun şikayəti əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun 18 mart 2021-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-303/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-185/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-185/2021
28.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver