Məhkəmə qərarları › İş №8(105)-188/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-188/2025

08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-188/2025 08.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan barət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilən şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Anar Cabbarov icra məmurunun qərarının ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, “icra sənədinin qaytarılması haqqında” Yardımlı rayonu İcra və probasiya şöbəsinin icra məmuru Həmzəyev Səbuhi tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5665/2013 saylı 23 dekabr 2013-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Yardımlı rayonu İcra və probasiya şöbəsinin 11 aprel 2025-ci il tarixli “icra sənədinin qaytarılması” haqqında qərarı ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5665/2013 saylı, 23 dekabr 2013-cü il tarixli icra sənədi yenidən icra olunması üçün Yardımlı rayonu İcra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan Yardımlı rayonu İcra və Probasiya Şöbə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixli müşayiətedici məktubla iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-153/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilən şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadın ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5665/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarından Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 saylı qərardadından Yardımlı rayonu İcra və probasiya şöbəsi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova) Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-153/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Pərvin İmamverdiyeva tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadı ləğv edimiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5665/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarından Tələbkar ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayətə xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında baxılması qərar alınsa da, həmin tarixdə şikayətə yenidən birinci instansiya məhkəməsi tərəfindən baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından icra qurumu tərəfindən verilən şikayət təmin edilməmişdir. Hansı ki, həmin qərardad Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 qərardadı ilə artıq ləğv olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, ləğv olunmuş qərardaddan verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Qeyd olunanlar hazırkı şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-608/2025 nömrəli qərardadından Yardımlı rayonu İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar