Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-189/2025 22.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-982/2025 nömrəli, 22 avqust 2025-ci il tarixli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim P.İmamverdiyeva) Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Samir Məmmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar Açıq Səhmdar Cəmiyyəti qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-982/2025 saylı, 22 avqust 2025-ci il tarixli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixdə verdiyi şikayət təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Samir Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(060)-2770/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə Borclu 8733.9 (səkkiz min yeddi yüz otuz üç manat, doxsan qəpik) manat əsas, 838.58 (səkkiz yüz otuz səkkiz manat, əlli səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 9572.48 (doqquz min beş yüz yetmiş iki manat, qırx səkkiz qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 115.72 (bir yüz on beş manat, yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində oian tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Tələbkar ASC Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2770/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu Tələbkar ASC-nin xeyrinə ümumilikdə 9572.48 manat məbləğində kredit borcunun və 115.72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, icra sənədi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Qətnamə hazırda qüvvədədir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən borclunun ölkədən kənara çıxmağa hazırlaşdığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bərədə Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-982/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-982/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilməməsi icra sənədinin icra edilməsinə maneəçilik yaratmışdır. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icrasız qalmışdır. Qətnamə ilə müəyyən edilmiş məbləğin uzun müddətə tələbkara qaytarılmaması konstitusion prinsiplər baxımından tələbkarın hüquqlarının pozulmasına dəlalət edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli, Stanova Bolqarıstana qarşı iş üzrə 19 yanvar 2017-ci il tarixli qərarlar). Qeyd olunanlar məhkəmə aktının vaxtında icrasını təmin etmək məqsədinə xidmət edən məcburiyət tədbirlərinin tətbiq olunmasını şərtləndirir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu”nun xx.xx.2017-ci il tarixli qərarı”na əsasən məhkəmələr ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi”nin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi qanuni qüvvəyə minmə ifadəsinin bütün mənaları baxımından icra məmuruna təqdim olunmuş hər bir məhkəmə qətnaməsi qanun qüvvəsinə, qanun gücünə malikdir və bu səbəbdən də hər hansı qanunun icrası hamı üçün nə qədər məcburidirsə, həmin qətnamənin icrası tərəflər və aidiyyatı şəxslər üçün bir o qədər məcburidir. Qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqimüəyyənlik prinsipi nüqteyi-nəzərdən məqbul sayıla bilməz. Məhkəmə aktının hər hansı əsasla icra olunmaması yol verilməzdir və o, bütün mümkün qanuni vasitələrlə qanunvericiliklə müəyyən olunmuş müddətlərdə icra olunmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsini icra məmuru tərəfindən könüllü icra barədə bildiriş borcluya təqdim edilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərinin müəyyənləşdirməməsi, izahatının alınmaması, borclunun əmlakının axtarılması yönündə hər hansı tədbir həyata keçirildiyi, onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlanılmasının görünməməsi ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2025-ci il tarixli və onunla bağlı 26 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Samir Məmmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı qeyd olunanlara əsasən qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən könüllü icra barədə bildiriş borcluya təqdim edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəbləri müəyyənləşdirməmiş, izahatı alınmamış, borclunun əmlakının axtarılması yönündə hər hansı tədbir həyata keçirildiyi, onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlanılması görünmədiyini qeyd etmişdir. Qeyd olunan halları araşdırmaq məqsədilə icra işi tələb edilsə də icra işinin gətirilməsi, hansı səbəbdən təqdim edilməməsi və nəticəsindən asılı olaraq hansı tədbirlərin görülməsi işdən görünmür. Digər tərəfdən icra hərəkətlərini həyata keçirmiş icra məmuru təqdimata baxılması ilə bağlı iştirakının zəruriliyi belə müzakirə edilməmişdir. Göründüyü kimi mövcud şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2025-ci il tarixli və onunla bağlı 26 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla təqdimata yenidən baxıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2025-ci il tarixli və onunla bağlı 26 avqust 2025-ci il tarixli qərardadları ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Samir Məmmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-189/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-189/2025
22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver