Məhkəmə qərarları › İş №8(105)-19/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-19/2021

09.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-19/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun borclunun əmlakı üzərinə həbs qoyulmаsı barədə təqdimatını təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı və “Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)698/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 10.000 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Eyni zamanda cavabdeh Borclu 20 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh Borclu 78 manat, iddiaçı Tələbkar isə 42 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməlidir. İcra zamanı Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya aşkar edilməmişdir. Borclu adına «Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı və “Hyundai H 100» markalı, ** CZ *** dövlət qеydiyyаt nişаnlı avtomobillərin olduğu məlum olmuşdur. Göstərilənlərə əsasən icra məmuru Borclu adına olan «Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı və “Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub açıq hərracda satılmasına və əldə olunan vəsaitin tələbə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir (hakim Azər İsmayılov) Qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, borcluya məxsus pul vəsaitlərinin və hər hansı qiymətli əşyanın olmaması təqdimatda göstərilmiş, lakin məhkəmə təqdimatı qeyd edilən halların sübutu kimi sorğuları tələb etməmiş, tələsik təqdimatın təmin edilməməsi nəticəsinə gəlmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək təqdimatın təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, təqdimat təmin edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi təqdimatın əsassız olması əsası ilə ərizəni təmin etməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27.006.2019-cu il tarixli, 2(060)698/2019 saylı icra sənədinə əsasən cavabdeh Borclu 10.000 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Eyni zamanda cavabdeh Borclu 20 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməli, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh Borclu 78 manat, iddiaçı Tələbkar isə 42 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclunun əmlak əmlak vəziyyəti araşdırılmış, elektron portaldan çıxarışa əsasən onun adına 2 mənzil və iki avtomobil aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqdimat təmin edlməli, borcluya məxsus «Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı və “Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalı, üzərinə həbs qoyulmuş avtomobillər hərracda satılmalı və əldə olunan vəsait tələbə yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-421/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun Borclu məxsus olan «Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı və “Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus olan «Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı və “Hyundai H 100» markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq açıq hərracda satılsın və əldə olunan vəsaitin tələbə yönəldilsin. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar