Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-19/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Borclu qarşı (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-3979/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3979/2019 saylı iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 2297,48 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.
2. İcra sənədi xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılmışdır.
3. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Tural İsayev Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3979/2019 saylı iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərardadı ilə /hakim Rəşad Qoşqarlı/ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Sumqayıt şəhəri üzrə İcra idarəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır.
5. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)- 1058/2022 saylı qərardadından Tələbkar ASC-nin verdiyi şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
7. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması ilə bağlı təqdimata hər hansı bir sənəd əlavə olunmamışdır. Qanunvericiliyin tələbinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu tərəfindən cəmi 300 manat ödəniş edilmişdir (sonuncu ödəniş xx.xx.2022 tarixdə 30 manat). Mümkün olmayan bir şeydir ki, aradan 3 il vaxt ötmüş olsun və bu müddət ərzində icra məmuru tərəfindən borcluya könüllü icra üçün bildiriş verilməsin, icra məmuru icra sənədinin icrası üçün hər hansı bir məcburi icra tədbirləri görməmiş olsun. Əgər bir ildən artıq vaxt keçibsə və qanuni qüvvədə olan qətnamə icra olunmadan qalmışdırsa, artıq bu vəziyyət həmin qətnamənin kağız parçasından başqa bir şey olmadığı fikrini yaratmış olar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(060)- 1058/2022 nömrəli qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
1. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):
Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
9. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
10. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1058/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1058/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli və onunla bağlı xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən maddi və prosessual normaların pozulmasına yol vermiş, icra sənədi üzrə toplanmış materialları tələb etməmiş, icra işinin materialları araşdırılmamış, borclunun icra sənədini təmin etməməsinin səbəbləri aydınlaşdırılaraq qiymət verilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
2. Bu baxımdan qeyd edilməlidir ki, qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.
3. Həmin qaydalara əməl edilərək düzgün hüquqi qiymət verilməsi, «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılan məhkəmə qərarının icrasının təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinə nail olmaq məhkəmənin başlıca vəzifələrindən biridir.
14. Araşdırılan iş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi 07 iyun 2019-cu il tarixdə qanuni qüvvəyə minsə də və xx.xx.2019-cu il tarixdə icra prosesinə başlanılsa da, qətnamə 3 ildən artıq müddətdə icra olunmayıb.
15. Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı qərar).
16. Məhkəmə kollegiyası oxşar mövqedən çıxış edərək bildirir ki, qanunvericilik qanunla nəzərdə tutulmuş əsaslar olduğu halda məhkəmə aktlarının icrasının məcburiliyini tanıyır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin əsasların mövcudluğunu hərtərəfli araşdırmamış, bununla da təqdimatın rədd edilməsi ilə bağlı əsaslı olmayan nəticəyə gəlmişdir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, təqdimat yenidən baxılması, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
19. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
20. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 8(060)-1058/2022 nömrəli və bununla bağlı 06 yanvar 2023-cü il tarixli 8(060)-1058/2022 nömrəli qərardadları ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.