Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-19/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X12 (məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-706/2024 nömrəli qərardadından X11 Tumas oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İcra sənədi üzrə X11 Tumas oğlu şikayətlə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv olunması və bununla bağlı məsələyə baxılanadək icraatın dayandırılmasına dair xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) "xxxx" KB ASC ilə iş üzrə cavabdehiddiaçı Eyvazov Balakişi Tumas oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 58BKƏ/14 saylı və xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 58BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 89507,65 ABŞ dolları əsa, borc, 9872,75 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 99-430,40 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 2978,81 manat, faiz borcu üzrə 396,17 manat, cərimə borcu üzrə 50 manat, cəmi 3424,98 manat məbləğində borcun cavabdeh Eyvazov Balakişi Tumas oğlundan iddiaçı “Unibank" KB ASC-nin xeyrinə tutulması, tələbin “Unibank" KB ASC ilə cavabdeh-iddiaçı Eyvazov Balakişi Tumas oğlu ilə bağlanmış xx.xx.2012-ci tarixli 86BKİ/12 saylı və X7 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 86BKİ/15 saylı İpoteka müqavilələrinə əsasən ipoteka predmetləri olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən, 2 saylı evin 22 saylı mənz’hnə və ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən, 2 saylı evin 22 saylı mənzilinin ilkin satış qiymətinin 74000 manat, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzilin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən, 2 saylı evin 22 saylı mənzilinin və Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 7 ünvanımda yerləşən 31 saylı mənzilin açıq hərrac vasitəsiylə satılması və satışdan əldə olunan məbləğin xx.xx.2014-cü il tarixli 58BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 99480,40 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 3424,98 manat məbləğində pulun iddiaçı “Unibank’ KB ASC' nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına iddiaçının banka olaı. borcu ödənildikdən sonra qalan məbləğin iddiaçıya qaytarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd eilməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumun və 60 manat xidmət haqqının, cəmi 120 manatın cavabdeh-iddiaçı Eyvazov Balakişi Tumas oğlundan "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2694/2017 saylı, 09 oktaybr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Lətifə Məmmədova), ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC- nin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 22 may 2017-ci tarixli qətnaməsi iddia tələbinin Sumqayıt şəhəri, 16-cı mikrorayonda İ.Qayıbov küçəsində yerləşən 2 saylı evin 22 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan ən geci 1 ay müddətində Eyvazov Balakişi Tumas oğlunun və X8 və Sumqayıt Şəhəri 7-8-12-ci məhəllədə istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 7A ünvanda yerləşən 31 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıldıqdan sonra ən geci 1 ay müddətində X3, X1, X4, X5 həmin evdən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Sumqayıt şəhəri, 16-cı mikrorayonda İ.Qayıbov küçəsində yerləşən 2 saylı evin 22 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay müddətində Eyvazov Balakişi Tumas oğlu və X8 həmin mənzildən çıxarılmaları, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 7A ünvanda yerləşən 31 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıldıqdan sonra ən geci 1 ay müddətində X3, X1, X4 və X5 həmin mənzildən çıxarılmaları qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" KB ASC ilə Eyvazov Balakişi arasında xx.xx.2012-ci il tarixli, 86BK/12 saylı əsas kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə. xx.xx.2017-ci il tarixədək 20% ödəmək şərli ilə 94500 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə. xx.xx.2017-ci tarixinədək illik 20% ödəmək şərti ilə 135000 ABŞ dolları. xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə xx.xx.2016-cı il tarixədək 28% ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Əsas kredit müqaviləsində pul öhdəliyi manatla ifadə edilmişdir. Digər tərəfdən həm əsas, həm də əlavə kredit müqavilələrində borc faizlərinin hər ay ödənilməsi nəzərdə tutulmuşdur. Halbuki, qanunvericilikdə faizlərin 1 ilin sonunda qaytarılması nəzərdə tutulmuşdur. Buna görədə iş üzrə borclu müqavilə bağlanan zaman aldadılmışdır. Borcluya məxsus ünvan 5 ünvanda yerləşən. 22 saylı mənzil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y- 151 nömrəli, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: 3/11 25 %, əmlakın son satış qiyməti isə 47175 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. X6 məxsus ünvan 6 ünvanda yerləşən, 31 saylı mənzil, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Maraqlı şəxs sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-152 nömrəli, 04 iyun 2019-cu il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 44625 manat müəyyən edilmiş və həmin mənzil 04 iyun 2019-cu il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. ərizəçi qeyd ki, hərraclarım keçirilməsi ilə əlaqədar bildirişlər borclunun ünvanına gəlməmiş, hərraclarım keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Qanunvericiliyə uyğun olaraq borclu Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC- yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2( 105)-1741/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli. 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin ünvan 9 ünvanda yerləşən 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y- 151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnaməni qəbul edilməsi, iddiaçıya məxsus ünvan 9 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi, qətnamə X6 məxsus ünvan 1 ünvanda yerləşən, 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y- 152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqısatqısı barədə 04 iyun 2019- cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qətnamə çıxdıqdan sonra Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2694/2017 saylı, xx.xx.2017-ci il tarixili icra vərəqəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 33-16 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun və "Unibank” KB ASC-nin müvafiq məktubunun icrası əsasında ünvan 11 ünvanda yerləşən, 22 saylı mənzil açıq hərraca çıxarılmış və "xxxx"MMCnin 31/02 №-li, xx.xx.2023-cü il tarixli yekun protokoluna görə mənzilin tam dəyəri 47.175.000 (qırx yeddi min yüz yetmiş beş) manat, “İpoteka haqqında” AR qanunun 43.5 ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 % olması nəzərə alınaraq, ilkin hərrac qiyməti 74000 (yetmiş dörd min) manat, təkrar hərracdakı satış qiyməti 62900 (altımış iki min doqquz yüz) manat məbləğində müəyyən edilmiş və mənzil hərracın yekunları üzrə əmlakın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. Mübahisəli məsələ ilə bağlı hərracın keçirilməsi ilə əlaqədar bildirişlər borclunun ünvanına gəlməmiş, təkrar hərracın keçirilməsindən heç bir xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Buradan da görünür ki, keçirilmiş hərrac mülki qanunvericiliyin tələblərinə zidd olaraq keçirilmiş, cavabdehlər tərəfindən qərəzli şəkildə iddiaçıya məlumat verilməmişdir. Daha sonra borclu tərəfindən təkrar Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin ünvan 11 ünvanda yerləşən, 22 saylı mənzilinin hərracdan satılmasının nəticələri haqqında 31/02 №-li, xx.xx.2023-cü il tarixli yekun protokoluna və hərracın yekunları üzrə əmlakın xx.xx.2023—cü il tarixli alqısatqı müqaviləsinin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsi Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-524/2024 saylı xx.xx.2024-cü iltarixli məktubu ilə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3772/2024 saylı xx.xx.2024-cü iltarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Halhazırda bununla bağlı olaraq Ali məhkəməyə kasassiya şikayəti verilmişdir. Ərizəçi qeyd edir ki, kasassiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron qaydada göndərilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə elektron kabinete yerləşdirilmişdir. Həmin işin Ali Məhkəmənin icraatına götürülməsinə dair heç bir bildiriş ərizəçiyı göndərilməmişdir. Yuxarıda yazılanlara baxmayaraq Maraqlı şəxs ona zəng vuraraq işin icrası ilə bağlı addımlar atılacağı bililmiş, ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-706/2024 nömrəli qərardadı ilə şikayətin rədd edilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). X11 Tumas oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 706/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, Maraqlı şəxs tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv olunmasını və bununla bağlı məsələyə baxılanadək icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən, X11 Tumas oğlu tərəfindən verilmiş Maraqlı şəxs icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətin rədd edilməsi qərara alınmışdır. Qeyd edir ki, çıxarılan qərardad qanunvericiliyin normalarına uyğun düzgün əsaslandırılmamışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17584 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lakin başlanılan qərarla bağlı üzərindən neçə il keçdikdən sonra məlumatlı olub. Həmçinin iş üzrə digər mübahisəyə dair məhkəmə məsələsi məhkəmə icraatında olduğuna görə şikayət verilmişdir. Lakin məhkəmənin mövqeyi yalnış olmuş, məsələnin bu tərəfinə obyektiv yanaşmamışdır. İşin halları ilə bağlı ətraflı qeyd olunmuşdur. Lakin bir daha qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC ilə iş üzrə cavabdeh-iddiaçı Eyvazov Balakişi Tumas oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 58BKƏ/14 saylı və xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 58BKƏ/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 89507,65 ABŞ dollarıəsas borc, 9872,75 ABŞ dolları faiz borcu, 100 ABŞ dollarıməbləğində dəbbə borcu, ümumilikdə 99480,40 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 2978,81 manat, faiz borcu üzrə 396,17 manat,cərimə borcu üzrə 50 manat,cəmi 3424,98 manat məbləğində borcun cavabdeh – iddiaçı Eyvazov Balakişi Tumas oğlundan iddiaçı- cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin "xxxx" KB ASC ilə cavabdeh-iddiçı Eyvazov Balakişi Tumas oğlu ilə bağlanmış xx.xx.2012-ci tarixli 86BKi/12 saylı və X7 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 86BKi/15 saylı İpoteka müqavilələrinə əsasən ipoteka predmetləri olan Sumqayıt şəhəri, 16cımikrorayon, İ.Qayıbov küçəsində yerləşən, 2 saylıevin 22 saylı mənzilinə və ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri 16-cı mikrorayon, İ.Qayıbov küçəsində yerləşən, 2 saylı evin 22 saylımənzilinin ilkin satış qiymətinin 74000 manat, Sumqayıt Şəhəri, 7-8-12-ciməhəllə,ev 7A ünvanında yerləşən 31 saylımənzilin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 16-cımikrorayon, İ.Qayıbov küçəsində yerləşən, 2 saylıevin 22 saylımənzilinin və Sumqayıt şəhəri 7-8-12-ciməhəllə,ev 7A ünvanıında yerləşən 31 saylımənzilin açıq hərrac vasitəsiylə satılması və satışdan əldə olunan məbləğin xx.xx.2014cü il tarixli 58BKƏ/14 saylıəlavə kredit müqaviləsi üzrə 99480,40 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylıəlavə kredit xəttimüqaviləsi üzrə 3424,98 manat məbləğində pulun iddiaçı- cavabdeh "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehiddiaçının banka olan borcu ödənildikdən sonra qalan məbləğin cavabdeh-iddiaçıya qaytarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumun və 60 manat xidmət haqqının,cəmi 120 manatın cavabdeh-iddiaçı Eyvazov Balakişi Tumas oğlundan "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sonra bu qətnamədən apellyaisya şikayəti verrilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (105)-2694/2017 saylı, 09 oktaybr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Lətifə Məmmədova), ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 22 may 2017-ci tarixli qətnaməsi iddia tələbinin Sumqayıt şəhəri, 16cımikrorayonda İ.Qayıbov küçəsində yerləşən 2 saylıevin 22 saylımənzilinə tutma yönəldildikdən və o satıldıqdan ən geci 1 ay müddətində Eyvazov Balakişi Tumas oğlunun və X8 və Sumqayıt Şəhəri 7-8-12- ciməhəllədə istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 7A ünvanda yerləşən 31 saylımənzilinə tutma yönəldildikdən və o satıldıldıqdan sonra ən geci 1 ay müddətində X3, X1, X4, X5 həmin evdən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbuledilərək Sumqayıt şəhəri, 16cımikrorayonda İ.Qayıbov küçəsində yerləşən 2 saylı evin 22 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay müddətində Eyvazov Balakişi Tumas oğlu və X8 həmin mənzildən çıxarılmaları; Sumqayıt şəhəri, 7-8-12- ciməhəllədə istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 7A ünvanda yerləşən 31 saylımənzilinə tutma yönəldildikdən və o satıldıldıqdan sonra ən geci 1 ay müddətində X3, X1, X4 və X5 həmin mənzildən çıxarılmaları qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu mübahisənin yaranmasına əsas olan predmet "xxxx" KB ASC ilə Eyvazov Balakişi arasında bağlanmış kredit müqaviləsidir. Belə ki, xx.xx.2012-ci il tarixli, 86BK/12 saylı əsas kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, xx.xx.2017-ci il tarixədək 20% ödəmək şərti ilə 94500 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli, 58BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, xx.xx.2017-ci tarixinədək illik 20% ödəmək şərti ilə 135000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 5mspBKS/15 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə xx.xx.2016-cı il tarixədək 28% ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Daha sonra sözügedən kredtin təminatı olan mənzil hərraca çıxarılmış, borclunun məlumatı olmadan mənzillər açıq hərracda satılaraq bank tərəfindən əldə edilmişdir. Qeyd edir ki, hərraclarıın keçirilməsi ilə əlaqədar bildirişlər borclunun ünvanına gəlməmiş, hərraclarıın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Qanunvericiliyə uyğun olaraq borclu Sumqayıt şəhər üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1741/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2456/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin ünvan 9 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnaməni qəbul edilməsi, iddiaçıya məxsus ünvan 9 ünvanda yerləşən, 22 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-151 nömrəli yekun protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi, qətnamə X6 məxsus ünvan 1 ünvanda yerləşən, 31 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 04 iyun 2019-cu il tarixli, Y-152 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakı alqısatqısı barədə 04 iyun 2019-cu il tarixli müqavilənin etibarsız və əsassız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hərraclar borclunun xəbəri olunmadan keçirildiyindən ərizəçinin hüquqları pozulmuşdur. Hakimin gəldiyi nəticədən tam narazıdırlar. İcrata başalmaq haqqında qərar onlara gec verilmişdir. Həmin işlə əlaqədar mübahisə, yəni hərrcla əlaqdar olan məhkəmə yekuyn aktı qəbul etməmişdir. Hesab edir ki, hakim tərəfindən bu nəzərə alınmalı, ərizəçinin hüquqları bərpa olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-706/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 706/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Maraqlı şəxs icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarının qanunsuz hesab edilməsinə dair hallar müəyyən olunmur. Həmçinin icra sənədi üzrə icraatın dayandırılması üçün hər hansı səbəb və əsas müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17584 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Qərarın surəti 1 gün müddətində məhkəməyə və tərəflərə göndərilərək, qərardan 10 gün müddətinə şikayət vermək hüququ izah edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı halda icra sənədi üzrə icraatın dayandırılması üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş icraatın dayandırılmasının məcburiliyi və ya icraatın dayandırılmasının mümkün olduğu hallardan (maddə 17,18) heç biri müəyyən edilmir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-706/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-19/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-19/2025
21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver